Kiməsə qarşı sexual həvəsləndikdə bədəndə nələr baş verir?

3617
Kiməsə qarşı sexual həvəsləndikdə bədəndə nələr baş verir 2

Kiməsə qarşı sexual həvəsləndikdə bədəndə nələr baş verir? Cinsi ehtiraslanma zamanı qadının və kişinin bədəni sexual stimullar sayəsində müəyyən dəyişikliklərə uğrayır. Beləliklə, bu gün sizə məhs həmin o adamın, bizi ehtiraslandıran insanın qarşımıza çıxdığı zaman bədənimizdə nələrin baş verdiyi haqqında danışmaq istərdik. Baş verəcək effekt gözlənilməz ola bilər Bu hal hərəkətlərin sinxiron icra edilməsindən başlayaraq, ciddi kədərlənmə hallarına qədər dəyişə bilər.

Göz bəbəklərinin genişlənməsi

Marağımızı və həvəsimizi oyada biləcək insan qarşımıza keçən zaman biz zahirən sakit görünsəkdə, bədənimiz hislərimizi açıq şəkildə biruzə verə bilər. İlk öncə qeyd etmək istərdik ki, xoşlandığımız insanı gördükdə göz bəbəklərimizin ölçüləri böyüyür.

Bir neçə əsr öncə italiya qadınları kişiləri yoldan çıxarmaq üçün gözlər və göz bəbəklərinin böyüdülməsi vasitələrindən istifadə edirdilər. Onlar gözlərinə zəhərli bitki tərkibli narkotik maddələr damızdıraraq qısa zaman ərzində gözün qarasını daha gözəgəlimli etməyə çalışırdıar. Bir müddət sonra isə kişilərin hislərini bu şəkildə aldadan vasitə belladonna -“cazibəli qadın” adlandırıldı.

Ürək döyüntülərinin artması

Sexual baxımdan bizə maraqlı insan qarşımıza çıxdığı zaman sözün həqiqi mənasında ürəyin yerindən çıxması halı baş verə bilir. Lakin, həyəcan zamanı döyüntüdən fərqli olaraq ehtiras döyüntüsünün sürətinin dəyişməsini hiss etmək asan olmur. İstənilən hərəkət, söz, baxış insanın sinə nahiyyəsində ehtiraslandıran ritm yarada bilər.

Kiməsə qarşı sexual həvəsləndikdə bədəndə nələr baş verir

Hərəkətlərin sinxronluğu

İstəmədən belə bizim bədənimiz bəyəndiyimiz insan bədəni ilə sinxronlaşa bilir. Bu səbəbdən də hərəkətlərimizə, bəzən isə mimikalarımıza fikir vermədən ona bənzəməyə başlayırıq. Bu hal 20 saniyyədən çox çəkmir. Ancaq, hərəkətlərin kopyalanması preiodik olaraq təkrarlana bilər. Misal üçün, kişi başını sağ tərəfə əyərsə, qadın da eyni istiqamətə əyə bilir. O dodaqlarını dişləyə bilərsə, qadında anlaqsız olaraq eyni şəkildə edər.

Tərləmənin artması

Bir çoxlarımıza artıq məlumdur ki, tər qoxusu bizi ehtiraslandıra və cəlb edə bilər. Biz bu halda yüngül ətir qoxusunu duya bilərik. Əslində isə, tərləmə ehtiraslanma nəticəsində baş verir. Kişi tər qoxusu isə ümumiyyətlə özündə androstadienon adlı maddəni cəmləşdirir. Bu isə əks tərəfdə, yəni qadın orqanizmində harmonal və psixoloji dəyişikliklərə səbəb ola bilir.Bu cür fikiri Kaliforniya universitetinin alimləri irəli sürmüşlər. Onların fikrincə kişi tərlədiyi zaman qadının emosional vəziyyətində belə dəyişikliklər baş verə bilir.

Depressiv hallar

Serotonin – həzz harmonu hesab edilir. Nəticədə biz özümüzü xöşbəxt his edirik. Ancaq, o heçdə hər zaman bədəndə lazımı miqdarda ifraz edilmir. Bu halda emosional dözümsüzlük kimi effektlər yaşana bilər. Serotonin çatışmamazlığı kədərli əhval-ruhiyyə ilə yanaşı istəklərin qarşısının alınmasına da təsir etmiş olar. Bu səbəbdən də, depressiv vəziyyətlərdən və musiqilərdən nisbətən uzaq durmaq gərəklidir.

Kişiləri ehtiraslandıran ətirlər (afrodiziaklar)Ehtiyyatlı olun: ən təhlükəli sex pozaları

Əvvəlki məqaləQadın və kişi – Mark Levi
Növbəti məqaləQrup sex sevən və sevməyən bürc nümayəndələri

Fikirlərinizi bildirin.