Kifayət qədər yatsanızda yorğunluğunuz keçmir? Səhər saatlarında yorğunluq o qədərdə yaxşı hiss hesab edilmir. Siz nə qədər özünüzü motivasiya etsənizdə bu sizdə uğurlu alınmayacaq. Axşam saatlarında tez yatsanız, yuxu rasionunuzu 6-8 saat müəyyən etsəniz belə bu sizi yorğunluqdan siğortalamayacaq.
Yaxşı və dərin yuxu həqiqətəndə özünüzü gümrah hiss etməyə yardımçı ola bilər. Lakin, bəzən problemin səbəbi bunda olmaya bilər. Əgər səhərlər özünüzü tez-tez yorğun hiss edirsinizsə, deməli məsələyə ötəri yanaşmamalısınız.
Səhərlər ciddi yorğunluğun səbəbləri:

Siz dərin yuxu fazasında olan zaman oyanırsınız.

Əgər siz yuxunun yüngül dövründə, fazasında oyanırsınızsa (birinci və ya ikinci fazada) gümrahlıq gün boyu sizinlə olacaq. Dövrü müəyyən etmək üçün hal-hazırda bir çox smartfon tədbiqləri və fitnes-treklər mövcutdur. Onlar sizin bədəninizin siqnallarını müəyyən edərək sizin daha rahat oyanma vaxtınızı müəyyən edə və sizi oyada bilərlər.

Kifayət qədər yatsanızda yorğunluğunuz keçmir?

Sizin sutkalıq ritminiz pozulmuşdur.

Səyahət və ya digər saatqurşağı, gecə saatlarına qədər davam edən iş saatları, məzuniyyət zamanı iş planları növbəlik dövrünü poza və aktivliyinizi zəiflədə bilər. Bu zaman yorğunluq halınızın nə ilə bağlı olduğunu, nə zaman yatıb-oyanmanızı, mütamadi olaraq dincəlməyinizi nəzarətdə saxlayın.
Bioloji saatlar üçün gündəlik rejiminiz dəyişilməz qalmalıdır. Eyni zamanda qeyd edək ki, gün ərzində aktiv rejimə sahib olma, bir çox təcili məsələləri həll etmək beyinin fəaliyyətini yüksəldir.

İş saatlarınız təbii yuxu qrafikinizlə üst-üstə düşmür.

Əgər növbəli iş rejiminə malik işdə çalışırsınızsa və bu rejim yuxu qrafikinizlə uyğunluq təşkil etmirsə, deməli zamanla ciddi problemlərlə rastlaşa bilərsiniz. Çalışın rəhbərliklə danışın. Bəlkə də iş saatlarının sizin təbii yuxu qrafikinizlə uyğunlaşdırmaq məsələləri nəzərə alına bilər.
Yoröunluq hissi xəstəlik deyil. Lakin, yarana biləcək xəstəliklərin, orqanizimdə baş verəcək dəyişikliklərin başlıca səbəbi ola bilər.
Əgər yurğunluq hissi xroniki hal almışdırsa bunu ciddi problem kimi qəbul edin. Səhərlər yorğun halda oyanmağınız iki həfdə ard-arda baş verərsə deməli fiziki pozğunluqların yaranma təhlükəsi baş verər.

Xroniki yorğunluğun təhlükəli simptomları:

Kifayət qədər yatsanızda yorğunluğunuz keçmir?

Hormonal problemlər: hipotireoz

İnsan hipotireozdən əziyyət çəkdiyi zaman qalxanabənzər vəzdə problemlər olduğu müəyyən edilmiş olar. Nəticədə orqanizimdə ciddi funksional dəyişikliklər baş verər.
Hormonlarda olan bu cür çatışmamazlıqlar maddələr mübadiləsini pozar, bütün bədənin funksional bacarıqlarını zəiflədər. İnsan hər zaman yorğun və ətrafında baş verənlərə qarşı laqeyid ola bilər.

Ürək xəstəlikləri

Həkimlər çox vaxt beyinə qanın az çatması səbəbindən aşağı təzyiq məsələlərini xüsusi vurğulayırlar. Bu səbəbdən də hər səhər yorğunluq hiss edirsinizsə, enerji çatışmamazlığı ilə rastlaşırsınızsa, yüngül baş gicəllənmələri olursa mütləq həkimə müraciət edin.

Psixoloji problemlər

Depresiya halları üçün əzələ ağrıları və yorğunluq daha xarakterik hesab edilir. Bu zaman sizdə apetiya-laqeyidlik və ümumi ruhdan düşmə halları yarana bilər. Bir sözlə səhər saatlarında siz depressiv vəziyyətdə ola bilərsiniz.

Ağır dietalar

Düzgün qidalanmama və ağır dietalar uzun müddətli davam edərsə bu mütləq sizin orqanizminizi zəiflədəcək və həm psixoloji baxımdan, həm də fiziki baxımdan sizi yoracaq. Ağır dietlərə müraciət edən insanlar daha çox maddələr mübadiləsinin pozulmasından, özündən getmə hallarından, kalium və natrium çatışmamazlığı səbəbindən bədəndə maye səviyyəsinin azlığından əziyyət çəkirlər.

Qısa zamanda arıqlamaq üçün 25 addımAktivlik dərəcəsi-nə dərəcədə aktiv birisiniz?

Fikirlərinizi bildirin.