Keçəlləşmənin qarşısını alan 15 ərzaq. Müasir dövürdə reallıq belədir: əgər sənin yaşın artıq 15-i keçibsə, deməli saçlarının vitaminli və gür olan vaxtları artıq zamanla geridə qalmağa başlayır. Məhs bu yaşdan başlayaraq ortastatistik kişi saçları tökülməyə başlayır.

Saç tökülməsinin səbəbləri olduqca çoxdur: genetikanız, harmonlar,yaşadığınız məkanın ekoloji vəziyyəti, qəbul etdiyiniz dərmanlar, autoimun xəstəliklər, yaş. Lakin, qida rasionunuzda edəcəyiniz dəyişikliklər başınızda olan tüklərin miqdarına müsbət təsir göstərmiş olar.

“Düzgün pəhriz və qida əlavələri saç tökülməsinin qarşısına ala, hətda bərpa edə bilər. Onları canlı edib qalınlaşdırar” – deyə dietoloq, doktor Joseph Debe bildirmişdir.

İspanaq

Bir çox hallarda saç tökülməsinin səbəbi mineralların çatışmamazlığındadır. İspanağın tərkibində dəmir, sebum, kalium, omeqa-3 yağ turşuları, kalsium və sair mikroelementlər mövcutdur. O saçları sağlam və parıltılı saxlamağa yardımçı olur.

Yunan yoqurtu

Yunan heykəllərinə baxdıqda belə siz əfsanəvi qəhərmanların gur saçlara sahib olduğunu görə bilərsiniz. Əslində bu incəsənət həmləsidir ya necə? Hər şey ola bilər. Məsələ ondadır ki, yunan yoqurtunun tərkibində zəngin zülal və pantoten turşusu mövcutdur. Nəticədə baş dərisinə qan axını prosesi yaxşılaşır, saçın uzanması sürətlənir. Artıq 2000 ildən artıqdır ki, sözü gedən ağartı yunanların qida rasionunda başlıca rol oynamaqdadır.

Qızıl balıq

İnsan orqanizmi inanılmaz bacarıqlara sahibdir. Misal olaraq, o günəş enerjisini vitamin D-yə çevirərək sümükləri möhkəmləndirir. Lakin, özü omeqa-3 ifraz edə bilmir. Omeqa-3 isə öz növbəsində soyuqdəymə ilə mübarizə aparır və saç tökülməsinin qarşısını alır. Saç follikullarının işini normallaşdırır. Omeqa-3 üçün ən yaxşı mənbə qızıl balıq, sardalyalar və makrel hesab edilir.

Darçın

Qan dövranını yaxşılaşdırır ki, bu da öz növbəsində oksigeni və mineral maddələri saç follikullarına daha yaxşı çatdırmış olur.

Yulaf sıyığı

Yulaf dəmirlə, liflərlə, sinklə, omeqa-3 turşuları və digər olduqca önəmli maddələrlə zəngindir. Bu da saçın uzanmasını və sağlam olmasını təmin edir.

Guava

Vitamin C saç qırılmalarının və zəifləməsinin qarşısını alır. Adəti üzrə bir çoxları tərəfindən C vitamininin mənbəyi portağal heesab edilsədə, Guavadada bu göstərici dörd dəfə çoxdur.

Yumurta

Yumurta B vitamini ilə zəngindir. Saçların uzanmağını təmin edib qırılmasının qarşısını alır. Bu vitaminin çatışmamazlığı bir başa olaraq baş dərisinin təmiz, yəni tüklərsiz olmağına səbəb olur.

Keçəlləşmənin qarşısını alan 15 ərzaq 2

Mərci

Mərci zülal, dəmir, sink və biotinlə (B vitamini) və folik  turşularla olduqca zəngindir.  Öz növbəsində, bədənin ümumiyyətlə dərini və xüsusilə də saç dərisini oksigenlə təmin edən qırmızı qan hüceyrələrinin sağlamlığını bərpa etməsi üçün lazımdır. Yeri gəlmişkən, folik turşusu da reproduktiv fəaliyyətiniz üçün çox faydalıdır.

İstiridyələr

Sink bədən üçün vacib bir mineraldır. Onun çatışmazlığını görmək asandır: əks halda yalnız saçlarınızı deyil, hətta kipriklərinizi də itirə bilərsiniz! Sink saç böyüməsində önəmli olan hüceyrələrin işlərini yerinə yetirməsinə kömək edir.

Qaraciyər

Yuxarıda qeyd edildiyi kimi dəmir çatışmazlığı saç tökülməsinə səbəb ola bilər. Buna görə pəhrizə ispanaq (və tünd yarpaqları olan digər göyərti), mərcimək və soya əlavə etməlisiniz. Ancaq dəmir ən çox miqdarda bədənə heyvanın qaraciyərdən daxil olur.

Yağsız quş əti

Yəqin ki, (idman salonuna getmisinizsə) pəhrizdə zülal yoxdursa, necə məşq  etməyinizdən asılı olmayaraq əzələlərin böyümədiyinin fərqinə varmısınız. Eyni şey saçla da olur: protein və amin turşuları şəklində protein saç quruluşunun böyüməsinə və keyfiyyətinə təsir göstərir. İtirilmiş saçları əvəz etmək üçün yeniləri yaranmır (gündə təxminən 50-100 ədəd). Quş əti (məşhur toyuq döşləri) ən yaxşı protein mənbələrindən biri hesab olunur.

Arpa (arpa sıyığı)

Arpa tərkibində olan E vitamini sayəsində güclü bir antioksidandır və günəşin zərərli UF radiasiyasını udur. Saça da faydalı təsir göstərir. Professor Joseph Debe araşdırma aprmışdır: saç tökülməsindən əziyyət çəkən bir qrup xəstəyə səkkiz ay ərzində E vitamini preparatları, digər qrupa isə plasebo verildi. Təcrübənin sonunda kifayət qədər E vitamini alan xəstələr saç böyüməsində% 48 yaxşılaşma hiss olundu.

Ləpələr

Ləpədə (xüsusən fıstıq, yer fıstığı və balqabaq toxumu) beta-sitosterol adlı bir element var. Sitosterol haqqında bilməli olduğunuz önəmli şey saçların elastikliyini təmin etməsi və saç tökülməsinin qarşısını almasıdır.

Çin kələmi (bok choy)

Bu, ən qədim əkinçilik mədəniyyətlərindən biridir. Kələm  dəmirlə olduqca zəngindir.Hematopoetik prosesi təmin edir və saç köklərinə həyati elementləri bəxş edərək qan dövranı sistemi yaxşılaşdırır.

Aktiv insanlar üçün gündəlik qidalanma40 yaşdan sonra testesteronu normallaşdıran qidalar

Fikirlərinizi bildirin.