Kastrasiya (xədimlik) proseduru və Eunuxlar (xədimlər) barədə

4459

Kastrasiya (xədimlik) proseduru və Eunuxlar (xədimlər) barədə. Kastrasiya proseduru qədim zamanlardan məlumdur. Bəzi kişilər cəza olaraq digər kişidən ən qiymətli şeyləri kəsirdilər. Qədim Çin salnamələrinə görə, hələ eramızdan əvvəl 2281-ci ildə cinayətkarların və hərbi əsirlərin kişi ləyaqətindən məhrum edilməsi haqqında qanun hazırlanmışdır.

Tezliklə cinsiyyəti məhrum olan kişilər padşahların və imperatorların saraylarında əvəzolunmaz xidmətçilərə çevrilirlər. Eunuxlara (bu yunan sözü çox sonralar meydana çıxsa da) həm hökmdarın arvadlarına, cariyələrinə, həm də hökmdarların özlərinə qulluq etmək həvalə edilirdi. İmperatorun göylərin oğlu və canlı tanrı hesab edildiyi Çində adi xidmətçilər onu toxunuşları ilə murdarlaya bilməzdilər, buna görə də Səmavi İmperatorluğun hökmdarına yalnız xədimlər xidmət edirdi. Bənzər adət təkcə Çində deyil, digər Asiya ölkələrində də yayılmışdı.

Bir neçə əsr sonra hökmdarlar anladılar ki, xədimlərdən yalnız qulluqçular üçün istifadə etməyə dəyməz. Kastrasiya olunmuşlar digər saray əyanları üzərində böyük üstünlüyə malik idilər: fiziki cəhətdən yeni sülalə qura bilmədiklərindən, onların taxt-tac üçün perspektivləri yox idi. Buna görə də hökmdarlar yüksək dövlət vəzifələrini onlara həvəslə etibar etməyə başladılar. Eramızdan əvvəl 19-cu əsrə qədər Assur krallarının əvvəllər yalnız mühafizəçi kimi xidmət edən xədimləri sonradan hökmdar və fəth edilmiş bölgələrin valiləri kimi təyin etməyə başladığı barədə məlumatlar var. Tezliklə dövlət idarəçiliyi məsələsində, xüsusilə perspektivli olan bəzi saray əyanları könüllü-məcburi surətdə axtalanmağa başladılar. Kişiliyin olmaması bir növ ali dövlət vəzifələrinə keçid mənasına gəlmişdi. Assuriyalılardan qaynaqlanan bu təcrübə zamanla farslar və digər Asiya xalqları tərəfindən də mənimsənilmişdir. Fars tarixində bir neçə padşahı taxta çıxaran, sonra isə III Dara tərəfindən həddindən artıq hakimiyyət həvəsinə görə edam edilən yüksək vəzifəli Baqa adlı xədim daha çox tanınır.

Kastrasiya antik dünyada da məlum idi. Dünyanın yaranması ilə bağlı qədim yunan miflərində Uranın son dərəcə sevgi həvəskarı və məhsuldar olduğu deyilirdi. Rəvayətə görə anası, yer ilahəsi olan Qayanın iztirablarını yüngülləşdirmək üçün Uranın oğlanlarından biri, zaman tanrısı Kron atasını oraqla axtalamışdır.

Təbabətin atası Hippokrat hesab edirdi ki, kastrasiya kişilər və qadınlar arasında aralıq mövqe bəxş edir. “Onlar da qadınlar kimi yeməkdə, içməkdə və fiziki həzzlərdə öz istəklərini cilovlaya bilmirlər”. Xədimlərin kişilərdən daha çox qadınlara bənzəməsi Aristotel və Qalen tərəfindən də qeyd edilmişdir.

Romada ilk xədim qullar sənətkarların incə himayədarı Mesenanın dəbdəbəli sarayında peyda oldu. Onun yüngül əli ilə onlar tez bir zamanda dəbdə olub, dəbdəbəli əşyalar sayılmağa başladıqlarından sahiblərini şərq padşahlarına bənzədirdilər. Roma şairləri digər kişilərdən fərqli olaraq, saqqal buraxmayan gənc xədimlərin şəninə şeirlər oxuyurdular.

Matta incilində yazırdı: “Xədimlər (Eunuxlar) var ki, ana bətnindən belə doğulublar; xədimlər var ki, insanlar tərəfindən kişilikdən məhrum edilirlər; xədimlər var ki, özlərini Səmavi Padşahlıq üçün xədim edirlər”. İlk xristianlar onlara günahkar insan kimi baxmırdılar. Xristianların fikrincə, onlar zina və azğınlıq günahından açıq-aydın xilas olma yollarını tapıblar.

1-ci əsrin sonunda Roma imperatoru Domitian qanuni olaraq öz xidmətçilərinin kastrasiyasını qadağan edir. Lakin onun hakimiyyəti Romaya yaxın xalqları əhatə etmədiyindən, ortaya gəlirli biznes, qazanc mənbəyi çıxmış oldu: barbarlar öz əsirlərini, bəzən isə ən kasıb qəbilə soydaşlarını axtalayır, sonra isə onları mal kimi baha qiymətlərlə Romaya satırdılar. Həmin dövrlərdə bu cür hərəmlərə tələbat, eləcə də bu cür insanların qiymətləri durmadan artırdı. III əsrdə imperator Diokletianın sarayında yenidən eunuxlar görünməyə başladılar. Roma hökmdarları da şərqdəki həmkarları kimi sui-qəsdlərdən çox qorxurdular. Ona görə də Əbədi Şəhərdə taxt-taca iddiası olmayan xədimlər tez bir zamanda imperatorla digər saray əyanları arasında körpü rolunu oynadı. Onlar çox vaxt yüksək vəzifələrə təyin olunurdular.

Xədimlərin gücü xüsusilə Şərqi Roma İmperiyasında daha çox hiss edilməyə başladı. Böyük Konstantinin varisi II Konstanzın sarayında çoxsaylı xədimlərin təsiri o qədər böyük idi ki, onların başçısı Eusebius faktiki olaraq dövləti idarə edirdi. İngilis tarixçisi Gibbon “Roma İmperiyasının tənəzzülü və süqutunun tarixi” əsərində xədimlər haqqında yazırdı: “Onlar tezliklə çoxaldılar və tədricən Konstantinin gizli düşüncələri ilə tanış oldular, sonra isə bütünlüklə Konstantini nəzarətə keçirdilər”. – “Hər kəsin bu çirkin təbəqəyə olan ikrah və nifrət hissi onları daha da korladı və əvəllər ictimai rəyin onlara aid etdiyi hər hansı bir nəcib hissləri və nəcib əməllərinı aciz hala gətirdi”.

Konstantinopolun “saqqalsız” gücü sonra da azalmadı. Xədimlər birinci şəxsə olan yaxınlıqlarından istifadə edir, aldıqları məlumatları süzgəcdən keçirir, digər yüksək rütbəli auditoriyaya rüşvət qarşılığında satırdılar.

Kastrasiya (xədimlik) proseduru və Eunuxlar (xədimlər) barədə 2

Görünür, Bizansda əxlaq keşikçiləri azlıq təşkil edirdi. Bir-birinə dayaq olan xədimlərin gücə və sərvətə asanlıqla çatması ümumi paxıllıq doğururdu. Övladları üçün dövlət karyerası arzusunda olan Konstantinopol sakinləri durmadan öz övladlarını şikəst etməyə davam edirdilər. Çoxları öz qullarını da axtaladır, bundan sonra onları baha qiymətə satırdılar. Prosedur təhlükəli idi: VI əsrin statistikasına görə, kastrasiya edilən 90 kişidən yalnız üçü sağ qalırdı.

İmperator I Yustinian kastratorlara qarşı cəza qanunu tətbiq etməklə bu cür təcrübələrlə mübarizə aparmağa çalışdı: qanuna görə veriləcək cəza törədilən cinayətə uyğun olmalıdır. Məhkəmənin hökmü ilə axtalanan həkimlər sağ qalsalar belə, onlar əbədi olaraq sürgün edilməlidirlər. Lakin, cəza tibbi səbəblərə görə və ya xəstənin özünün istəyi ilə əməliyyat keçirənlərə şamil edilmirdi. Xəstənin gənc olması halında, valideynləri razılığı tələb olunurdu. Yəni, kiçik Bizanslıların xədimə çevrilməsi bu qanunla da (əksər hallarda oğlanlar 6-12 yaşlarında olarkən laxtalanırdılar) dayandırılmadı.

Övladlarına varlanmaq imkanı vermək istəyi qanun və hətta ölüm qorxusundan daha güclü idi. İmperator sarayına girən xədimlərin necə yüksək zirvələri fəth edə biləcəyini hamı bilirdi. Bizans tarixində eunuxların tutmayacağı vəzifələr demək olar ki, yox idi. Qanunvericiliyə görə, onlara yalnız şəhərlərin prefektləri, kvestorlar və ev sahibləri olmaq qadağan edilirdi. Bəzilərinə hətta orduların və donanmaların komandanlığı həvalə edilmişdi.

Pravoslav Kilsəsi öz ləyaqətini itirmiş kişiləri cinsi olmayan mələklərə bənzədirdi. Buna görə də bir çox eunuxların kahin olması təəccüblü deyil. Bizansda hətta xədimlər üçün ayrıca monastırlar da tikilmişdir. Kənar adamların (yaxın qohumlar və yaşlı ağsaqqallar istisna olmaqla) bu monastırlara girişinə icazə verilmirdi. Zamanla bir çox eunuxlar Ekumenik Pravoslav Kilsəsinə rəhbərlik edərək patriarx olurlar. Salnamələrdə Patriarx I Methodiusun (IX əsr) bir qadınla yaxınlıq etməsi barədə ittiham edildiyi qeyd olunur. Əvvəlcə o, söhbətin nədən getdiyini başa düşmür və ona ittihamların mahiyyəti açıqlananda kreslodan bir az qalxıb, paltarlarının qabağını açır. Rüsvayçı cinsiyyət orqanını üzə çıxarıb, nümayiş etdirir. Bununla belə, o ehtiraslardan bu cür azad olmasını ona Apostol Pyotura intensiv duaları sayəsində verildiyini bildirmişdir.

Methodiusun varisi Patriarx İqnati (təxminən 797-877) imperator I Mixailin oğlu idi. Oğlanın 16 yaşı olanda atası dövlət çevrilişinin qurbanı olub. Bizansın yeni hökmdarı varisin kastrasiyasını əmr edib, onu rahib olmağa göndərir. İgnatius əla kilsə karyerası quraraq, hətta iki dəfə patriarx ola bilir. Patriarxlıqdakı fasilə onun növbəti imperatorun qohumları ilə şiddətli mübahisəsi səbəbindən qovulması ilə əlaqələndirildi. Ölümündən sonra İqnatius müqəddəs hesab olunur. Yeri gəlmişkən, o, kastrasiya edilmiş yeganə müqəddəs deyil. Tarixçilər onunla eyni vəziyyətdə olan dörd belə halı qeydə alıblar.

Adi həyatda xədimlər heç bir halda müqəddəslikləri ilə seçilmirdilər. İmperatorların sadiq xədimlərinin Bizans hökmdarlarına qarşı sui-qəsdlərin qarşısını alacağına dair ümidləri əsassız oldu. Eunuxlar əslində taxt-taca iddia etməsələr də, öz qohumlarını taxtda oturtmaqdan çəkinmirdilər. Məsələn, İmperatriça Zoe (978−1050) xədim Conun təhriki ilə əvvəlcə qardaşı Mayklı özünə məşuq etdi, sonra isə evlənərək sevgilisinə tac qoydu. Taclı cütlük tez bir zamanda hökumətdən uzaqlaşdırıldı və eunuxların məhkəməsi bu izdivacı ləğv etdi. Sarayda bəzi kastratilər başqalarına qarşı qəzəbli intriqalar yaradır, gücün və misilsiz sərvətin zirvələrinə çatmaq üçün hər cür cəhd göstərirdilər.

Kastrati sevməyən Andronik Komnenosun hakimiyyəti dövründə xədimlərin rolu əhəmiyyəti dərəcədə aşağı düşür. 1204-cü ildə səlibçilər Konstantinopolu ələ keçirdilər. İyirmi min saray xədimi dəhşət içində imperiyanın kənarlarına və qonşu ölkələrə qaçdı. Bir neçə ildən sonra onların bir çoxu geri qayıtsa da, sarayda artıq əvvəlki təsirə nail ola bilməyəcəklərini anladılar: yeni Palaiologos sülaləsinin nümayəndələri kastratiləri ilk növbədə şikəst insanlar kimi gördüklərindən, taxt-tac varisliyi haqqında yeni qanunlar xədimlərin sarayda sui-qəsd əleyhinə fəaliyyətini mənasız etdi. Bizans türklər tərəfindən zəbt edildikdən sonra xədimlər hərəmlərdə məskunlaşmalı olurlar. Burada öz ağalarının arvadlarının və cariyələrinin əmin-amanlığını və sədaqətini qoruyurlar. Hərəm kastratilərinin çoxu qaradərili idilər. Onlar Osmanlıya vassalı Afrika ölkələrindən göndərilirdilər.

Demək olar ki, Bizansda hakimiyyətin itirilməsi ilə eyni vaxtda eunuxlar Asiyanın digər tərəfində – Çində güc toplamağa başladılar. Qədim dövrlərdən bəri Səma İmperatorluğunun imperatorları özlərini kastratilərlə əhatə edirdilər. Lakin, Ming sülaləsinin qoşulması ilə eunuxlar gücü görünməmiş yüksəkliklərə çatdı. O vaxta qədər bürokratiyanın əsasını dövlət qulluğuna qəbul olunarkən çətin imtahanlardan keçməli olan mandarinlər təşkil edirdi. Bu zəngin və savadlı insanlar konfutsiçiliyin tərəfdarları idilər. Buna görə də, imperatorun əmrləri ilə razılaşmasalar ona itaət etməmək və istefa vermək hüququna sahib idilər. Xədimlərin isə böyük əksəriyyəti savadsız idi. Lakin onların həyatı və rifahı tamamilə hökmdardan asılı idi ki, bu da onların şəxsi sədaqətinin açarı kimi görünürdü. İmperator savadsızlıqdan istifadə edə bildiyinə görə, tez bir zamanda xədimlər bütün saray vəzifələrini ələ keçirdilər.

Aseksual varlıqlar mərkəzində imperator sarayı olmaqla bütün qapalı şəhəri doldurdular. Onlar təkcə monarxa, onun arvadlarına və cariyələrinə xidmət etmirdilər, həm də cənnət oğlunu əhatə edən hər şeyi istehsal edirdilər: paltar, mebel, binalar, zərgərlik. Saray kastratiləri çörək bişirir, mal-qara otarır, odun hazırlayır, su daşıyırdılar. Bir sözlə, imperatorun gözünə girə biləcək hər şeyi təmin edirdilər.

XV-XVI əsrlərdə eunuxlar mandarinləri əhəmiyyətli dövlət vəzifələrindən uzaqlaşdırdılar. Onlar ordulara rəhbərlik edir, diplomatik missiyalar yerinə yetirir, vergi toplayır,cinayətkarları cəzalandırırdılar. Eunux Zheng He 1405-ci ildə Hind okeanına yola düşən Çin donanmasına rəhbərlik edirdi. Bu nəhəng flotiliyanın bütün gəmilərinə eunuxlar rəhbərlik edirdilər.

Çinin tarixi kastratilərə nifrət edən mandarinlər tərəfindən yazılmışdır. Onlar xədimləri müstəsna olaraq rüşvətxor kimi təsvir etmişlər. Bəlkə də belə idi və adi çinlilər həqiqətən də xədimləri sevmirdilər – vergiçiləri və məmurları kim sevir ki? Ancaq çinlilərdə , qadağalara baxmayaraq, qapalı şəhərdə karyera quracaqlarına ümid edərək uşaqlarını kütləvi şəkildə kastrasiya edirdilər. Bir çox dilənçilər eyni məqsədlə özlərini axtaladılar. Vəziyyətin bu şəkildə formalaşması üzə çıxanda cinayətkarlar həbs edilərək hərbiyə göndərilirdilər. Çin ordusunda kastratilərlə tam təchiz olunmuş bir neçə hərbi bölük var idi. 17-ci əsrdə Min sülaləsinin süqutu zamanı Çində yüz min eunux yaşayırdı.

Sonradan, Çin iyerarxiyasında kastratilərin əhəmiyyəti azaldı, lakin onlar 20-ci əsrin əvvəllərinə qədər imperator ailəsinin üzvləri üçün xidmət personalı rolunu saxladılar. İmperator Pu Yinin sonuncu tərbiyəçiləri, eunux Sun Yaoqin 1996-cı ildə, 94 yaşına bir neçə gün qalmış vəfat etdi.

Qərbi Avropada əsrlər boyu kastrasiya yalnız şəxsi qisas aləti kimi istifadə olunurdu. Məsələn, 11-ci əsrin fransız filosofu, şairi və keşişi Abelardı, şairin məşuqəsi Eloizanın əmisi kişilikdən məhrum etmişdir. Kastrasiya Abelardın yüksək kilsə vəzifələrinə gedən karyera yolunu bağladı – katolik kilsəsi xədimləri sevmirdi. 17-ci əsrin əvvəllərində Avropada xədimləmə üçün özünəməxsus bir dəb peyda oldu. Papal bandmeysterləri min il əvvəl Bizans imperatorlarının gənc yaşlarında axtalanmış müğənnilərin mələk səslərindən həzz aldığını xatırlayırdılar. Kastratinin papa kapellasında görünməsi səhnədə vokal hissələrini ifa etmək problemini həll etdi. Çünki, o zamanlar Vatikanda qadınlara səhnədə görünməyə icazə verilmirdi. Tezliklə operalardakı hissələr xüsusi olaraq kastrit olunmuş müğənnilər üçün yazılmağa başladı və Avropada əsl bum partladı.

Bəzi kastratilər əsl ulduza çevrildilər, onlardan ən məşhuru Farinelli (1705−1782) idi. Onun atası, Neapolitan saray bəstəkarı vəfat edəndə ailə məhv olmaq ərəfəsində idi. Problemin yeganə və gəlirli həlli səs bacarıqları böyük ümüdlər verən ən kiçik, 12 yaşlı oğlanın kastrasiyası idi. Risk özünü doğruldur: üç oktavaya çatan səsi ilə Farinelli tez bir zamanda böyük qonorar almağı və ailəni yoxsulluqdan xilas etməyi bacarır. Onun da digər kastrato müğənniləri kimi çoxlu qadın pərəstişkarları var idi.

Kişi müğənnilərin kastrasiyası 1878-ci ildə Papa XIII Leo tərəfindən qadağan edilib. O vaxtdan bəri köhnə operaların müasir quruluşlarında kastrati üçün yazılmış hissələr qadınlar tərəfindən ifa olunur. İndinin özündə də, əsr yarım əvvəl papanın qadağasından yan keçmək istəyən insanlara rast gəlinir.

Bu gün kastrasiya (kimyəvi və ya cərrahi) bəzi ölkələrdə islah olunmayan cinsi manyakların cəzası kimi istifadə olunur. Bu prosedura məruz qalan subyektlər heç bir halda dövlət vəzifələrindən başqa digər imtiyazlar əldə etmək barədə düşünməyə cürət etmirlər.

İki cinsi orqana sahib kişilərQadın cinsi orqanının maraqlı statistik göstəriciləri

Fikirlərinizi bildirin.