Kanada Milli Futbol Komandası. Futbol üzrə beynəlxalq tədbirlərdə komandanı təmsil edən Kanada Milli Futbol Komandası Kanada Futbol Assosiasiyası tərəfindən idarə edilir.

Kanada

Turnir cədvəli
# Team MP W D L F A G P
Gözlənilən oyunlar/
Başa çatmış oyunlar
Turnir cədvəli
# Team MP W D L F A G P
Gözlənilən oyunlar/
Başa çatmış oyunlar
Turnir cədvəli
# Team MP W D L F A G P
Gözlənilən oyunlar/
Başa çatmış oyunlar

Ev oyunlarını komanda 2011-ci ildən etibarən Torontoda “BMO Field” stadionunda keçirir. Bundan öncə isə oyunlar Monrealda “Stat Saputo”, Edmontonedə “Dostluq”, Sent Jonsedə “Kong George V Park” stadionlarında keçirilirdi.

İlk yarandığı illərdən bəri Kanada Milli Futbol Komandası öz nəaliyyətləri ilə heç vaxt seçilməyib. Yeganə ciddi nəaliyyəti 1904-cü ildə Sent-Luies olimpia oyunlarında qalibiyyət hesab edilə bilər.

Lakin, XX əsrin 80-ci illərində hər şey dəyişdi. 1985-ci ildə Kanadalılar KONKAKAF çempionatının qızıl medalını qazanır. 1986-cı ildə milli yığma ilk dəfə 1986 Dünya Çempionatında iştirak edir. Təssüfki, ciddi uğur əldəolunmur. Qrup oyunlarında hər üç oyunu uduzaraq (Fransa 0:1, Macarıstan 0:2 və SSSR 0:2) vidalaşmalı olur.

1999-cu ildə Kanada Futbol Assosiasiyası Alman məşqçi Holger Osijeklə müqavilə bağlayır. Nəticə özünü çox gözlətmir. 2000-ci ildə Kanadalılar KONKAKAF 2000-nin qızıl kubokunu əldə edə bildilər. Qrup mərhələsindən çıxdıqdan sonra komanda 1/4 finalda Meksika millisinə 2:1 hesabı ilə, yarımfinalda Trinidanı və Toboqonu 1:0 hesabı ilə, finalda isə Kolumbiya millisini 2:0 hesabı ilə üstələyə bilmişlər.

KONKAKAF 2000-də qızıl kubok qazandıqlarına görə milli yığma 2001-ci ildə Konfederasiya kuboku oyunlarına vəsiqə qazanmışdır. Yaponiyaya 0:3 hesabı ilə məğlub olmuş, Braziliya 0:0 ilə heç-heçə oynamış, Kamerona 0:2 hesabı ilə uduzaraq qrupda sonuncu yeri tutmuşdur.

Qızıl kubok yığmaya həmdə 2001 Amerika Kubokunda da oynamaq şansı versədə, oyunlar təhlükəsislik səbəbindən ləğv edilmişdir. Sonradan oyunun tarixi məlum olsada, Kanada tərəfi iştirak etməyəcəyini bildirmişdir.

KONKAKAF 2002 oyunlarının yarım finalında Amerika komandasına uduzsada, Koreya Respublikasına 2:1 hesabı ilə qalib gəlib bürünc medal qazanmışdır.

KONKAKAF 2003-də komanda vurulan və buraxılan topların sayına əsasən qrupdan çıxa bilməmişdir. Sentyabr ayında baş məşqçi Holger Osijek məşqçilikdən ayrılır və Colin Miller təyin edilir.

Növbəti uğur yalınız 2007-ci ildə mümkün olmuşdur. KONKAKAF 2007-nin bürünc medalı qazanılmışdır.

KONKAKAF çempionatı:
İllər
Nəticə
Oyun sayı
Qələbə
Heç-heçə
Məğlu- biyyət
Vurulan qol sayı
Buraxılan qol sayı
1963-1971 Müraciət etməyib
1973 Kvalifikasyanı keçməyib
1977 4-cü yer 5 2 1 2 7 8
1981 4-cü yer 5 1 3 1 6 6
1985 Çempion 4 2 2 0 4 2
1989 Kvalifikasyanı keçməyib
1991 1-ci raund 3 1 0 2 6 9
1993 1-ci raund 3 0 2 1 3 11
1996 1-ci raund 2 1 0 1 4 5
1998 Müraciət geri çağırılıb
2000 Çempion 5 3 2 0 7 3
2002 3-cü yer 5 2 2 1 5 4
2003 1-ci raund 2 1 0 1 1 2
2005 1-ci raund 3 1 0 2 2 4
2007 Yarım final 5 3 0 2 9 5
2009 1/4 final 4 2 1 1 4 3
2011 1-ci raund 3 1 1 1 2 3
2013 1-ci raund 3 0 1 2 0 3
2015 1-ci raund 3 0 2 1 0 1
2017 1/4 final 4 1 2 1 6 5
2019 1/4 final 4 2 0 2 14 6

Gürcüstan milli futbol çempionatıPortuqaliya milli futbol komandasıİran pro-liqası (fars)

Fikirlərinizi bildirin.