Kəşflərinə görə heç nə qazanmayan dahilər. Tarixdə qalacaq bir şeylər kəşf etmək və bunun əvəzində heç nə əldə etməmək çox acıverici bir haldır. Bu cür haqsızlıqla üzləşmiş insanların bəzilərini sizə təqdim etmək istərdik.

Walter Hunt

Kəşflərinə görə heç nə qazanmayan dahilər 1

Nyu-York sakini Walter Hunt dahi mühəndis olsa da, uğursuz biznismen idi. 1834-cu ildə ABŞ-da ilk dəfə tikiş maşınını ixtira edir. Bu tikiş maşını ucluğunda xüsusi deşik olan iynə ilə təciz edilmişdir. Lakin, bu ideyanı Hunt potentləşdirmir. O tikiş istehsal sahəsində çalışan işçilərin işsiz qalmaması üçün bu addımı atmır. Hadisədən 12 il keçdikdən sonra bu cür maşını Elias Howe potendləşdirməli olur. Ailəsinin təkidlərindən bezən Hunt yalnız bundan sonra məhkəməyə müraciət edir. Nəticədə məhkəmə Huntı kəşf edən kimi tanısa da, potent hüququnu Howedə saxlayır.

1849-cu ildə Hunt yeni variant düşünür – o zamanlar artıq mövcud olan sancaq. Onun modeli tək bir teldən ibarət olmuşdur. Bu yeniliyi potentləşdirə bilir. Hunt o zamana qədər tanışına 15 dollar borcu olduğundan və ödəyə bilmədiyindən, patenti 400 dollar məbləğinə W.R. Grace and Co şirkətinə satır. Nəticədə şirkət sancaq satışından yaxşı gəlir əldə etmiş olur. Bir neçə il sonra Hunt pnevmaniyadan yoxsul şəkildə dünyasını dəyişir.

John Clifford Pemberton

Kəşflərinə görə heç nə qazanmayan dahilər 2

Atlantadan olan farmasept John Pemberton ABŞ vətəndaş müharibəsi zamanı döyüşdə yaralanır və nəticədə morfdan asıllıq hiss etməyə başlayır. Buna görə də, asıllığı koki ilə aradan qaldırmaq istəyir. 1886-cı ildə əczaçı koki yarpaqlarından, koki dənlərindən və şəkərdən hazırlanmış dərman müəyyənləşdirir. Bundan sonra coca-cola müharibə veteranlarına morfidən asıllığın müalicəsi üçün təklif edilməyə başlanıldı. Eyni zamanda yeni dərman depressiya və əsəbi gərginlik hallarına da yardımçı olmağı ilə seçilirdi.

Çox gümanki, kəşfi Pembertonun özünü tam sağalda bilmədi. Əks halda onun ağılsız hərəkətinin başqa izahı yoxdur. 1888-ci ildə brendə olan hüquqlarını biznes üzrə tərəfdaşı Eiza Griggs Kandlerə 1484 dollara satır. Nəticədə Kandler içkinin yeganə qanunu sahibi hesab edilir və The Coca Cola Company şirkətini qurur.

Randi Schuler

1982-ci ildə Marvel Comics şirkəti Hörümçək adam fanatları arasında istedatlı rəssamların yarışını təşkil etdi. İllinoysda olan adi gənc oğlan Randi Schuler superqəhrəmanın yeni kostyumunu çəkməyə başladı. Nəticə komiks redaksiyasında böyük təəcübə və həvəsə səbəb oldu. İdeyaya görə Randiyə 220 dolla mükafat verildi. Ancaq, Hörümçək adamın qarderobunu bundan sonra yeniləmədilər.

Bir müddət sonra kostyumda bir balaca dəyişiklik apararaq Hörümçək adamın düşməni rolunda çıxış edən, parazitlər planetindən gələn Venom obrazı yaradıldı. Schuler isə 25 il sonra ComicBookResources adlı komiks sevənlərin formunda Marvelə qarşı narazılığını və incikliyini qeyd etmişdir: ən azından onun da adını komikslərdə qeyd edə və qəhrəmanın yaradılmasında rolunun olduğunu yaza bilərdilər. Lakin, sözü gedən irada rəsmi cavab gəlməmişdir. Görünür 220 dollar çoxdan xərclənib bitmişdir.

Harvey Ross Ball

Kəşflərinə görə heç nə qazanmayan dahilər 4

Massaçusetdən olan dizayner Harvey Ball 1963-cü uldə State Mutual Life Assurance adlı sığorta şirkətindən əlvan, həyatdolu, pozitiv, təbəssüm yaradacaq simvol hazırlanması sifarişini alır. Simvol sığorta agentlərinin yaxalarından asılmalı və ya sancaqla bərkidilməli idi. Ball işi 15 dəqiqəyə yekunlaşdırır. Sadəcə sarı, gülümsəyən sima çəkir. İşin qiyməti də çəkilən əziyyətə nisbətdə ödənildi – 45 dollar.

Ballın əl işi şirkətin nümayəndələrinin çox xoşuna gəlir və işarədə 10 min nüsxə sifariş edilir. Qısa müddət ərzində bütün ölkədə sevilir. Şansdan digər biznesmenlər istifadə etməyə başlayırlar. Lakin, Ball yaratdığı təbəssümünü qeydiyyatdan keçirmir.

Filadelfiyadan olan Speyn qardaşları köynəklərdə, papaqlarda işarəni istifadə edərək öz suvenir şirkətlərini qururlar. Fransadan olan biznesmen Franklin Lufrani isə gülən üzü öz ticarət markası kimi qeydiyyatdan keçirir və özünün kəşf etdiyini bildirir. Harvey Ball bir müddət özünü pula maraqlı olmadığı kimi göstərir və “mən bir oturuma yalnız bir steyk yeyə bilərəm” deyə bildirir. Lakin, bir müddət sonra dizayner işarənin yeni versiyyasını yaradaraq öz adının və soyadının baş həriflərini də daxil edib, kəşfini qeydiyyata saldırır. Ancaq, varlanmaq artıq çox gec idi.

Daisuke Inoue

Kəşflərinə görə heç nə qazanmayan dahilər 4

Yaponiyalı baraban ustası Daisuke Inoue tez-tez Kobe şəhərinin barlarında çıxış edirdi. Orda müştərilər adətən içkidən sonra uca səslə züm-zümə edirdilər. Bu halda musiqiçilər alətlərin üzərində xeyli əziyyət çəkməli olurdular. Hər adamın vakal imkanlarına uyğun çalmağa çalışırdılar. Bəzi müştərilər hətda işlə bağlı ezamiyyələrində də bütün arkestri özləri ilə aparmaq istəklərini bildirirdilər. Nəticədə Daisuke Inoue 1971-ci ildə dostları ilə birlikdə səsgücləndirici üzərində 11 karaoki avadanlığı quraşdırır.

Onun sözlərinə görə Daisuke təzə nəsə kəşf etməyib. Sadəcə əlinin altında olanları birləşdirib: avtomobil stereosistemi, səsgücləndirici, küçə telefon aparatının korpusu və monetoqəbuledici. Eyni zamanda cihaza maqnitafon lenti əlavə edilir. O zamanlar hələ ifa ediləcək mahnının sözlərinin ekranda görülməsi heç kimin ağlına gəlməmişdir.

Ancaq baraban ifaçısı kəşfini qeydiyyatdan keçirməyi düşünmür və bundan karaoki-sistem istehsalçıları istifadə etməyə başlayırlar. Yaponyalı özü siçan və tarakanlara qarşı dərman preparatlarının satışı ilə məşğul olur. Onlar eyni zamanda karaiki avadanlıqlarını tez sıradan çıxara bilirlər. 2004-cü ildə Inoue Şnobelv mükafatı alır.

Karlheinz Brandenburg

Fraunqofer inisitutunun fiziki Karlheinz Brandenburg uzun müddət ərzində rəqəmsal audioaxının kodlaşdırılması üzrə çalışmışdır. İş prosesi zamanı o Suzanne Veganın Tom’s Diner mahnısına min dəfədən çox qulaq asmalı olur. Musiqi nömrəsi sıxılma alqoritmi üçün nümunə olaraq götürülmüşdür. Nəticədə uzun araşdırmalardan sonra 1995-ci ildə MP3 meydana gəldi. Lakin, kəşflə bağlı bütün gəlirlər və xeyir Brandenburga deyil, Fraunqofer inisitutuna aid edilmişdir.

Fizik bundan narazı qalımır. Bu və digər bir çox kəşflərinə görə o dünyaca məşhur bir neçə mükafatlarla mükafatlandırlmışdır. İnisitutun ən çox xərc aparan təcrübələrinin rəhbəri kimi çalışmaq hüququnu qazanmışdır. Müğənni Vega isə zamanla bəzi yerlərdə “MP3-ün anası” kimi də tanınmağa başladı.

Nick Holonyak

Kəşflərinə görə heç nə qazanmayan dahilər 7

Əslən ukraynalı olan amerikalı alim, fizik Nick Holonyak 1962-ci ildə General Electric proyekti üzərində çalışır. Nəticədə dünyada ilk işlədilə bilən təcrübü işıqdiod əldə edə bilir. Kəşf spektorun görünən diapazonunda işıq saça bilir. İlk başdan General Electricin qıırmızı işıqdiotları təxmini 200 dollar qiymətində qərarlaşır. Adətən bahalı labarator təcrübələrdə istifadə edilirdi. 1967-ci ildə kimyaçı Monsanto Holonyakın tələbəsini işə götürür. Bir ildən sonra kəşf kalkulyatorlarda, elektrik saatlarda və televizorlarda istifadə edilməyə başlanıldı.

O zamanlar alim kəşfinə görə heç bir gəlir əldə edə bilmədi. 1995-ci ildə yalnız Yaponiya mükafatı alaraq 500 min dollar məbləğinə sahib oldu. O mükafat da yalnız kəşfə görə deyil, ümumən elmə verdiyi tövhələrə görə olmuşdur.

Bakir və bakirə kimi dünyasını dəyişmiş 6 dahi şəxsiyyətAli təhsili olmayan dahi insanlar

Fikirlərinizi bildirin.