Kəpək problemi. Saç kəpəyi saçlarda ola biləcək ən geniş yayılmış problem hesab edilir. Bu problemlə qadınlar və kişilər tez-tez rastlaşırlar. Bir çox insanlar ev şəraitində bu problemdən yaxa qurtarmaq haqqında geniş məlumat əldə etmək istədiyindədirlər.

Məlumat üçün bildirəkki, əgər yaranmış problem yalnız kosmetoloji problemdirsə ev şəraitində tədbirlərin görülməsi çətinliyin qarşısını ala bilər. Lakin, kəpəyin səbəbi patoloji kənarlaşmalardandırsa, o zaman mütəxəsislərə müraciət etməlisiniz. Elə isə, gəlin saç kəpəyinin nə olduğunu, yaranma səbəblərini, aradan qaldırma yollarını nəzərdən keçirək.

Kəpək və yaranma səbəbləri:

Kəpək – epidermis toxumalarıdır. Dəri toxumaları su və xüsusi vasitələrlə yuyulub təmizlənmir. Saç diblərində ağ qabıq şəklində olur və olduqca qeyri-estetik görünür.

Nəzərə alın ki, epidermis toxumaları daima yenilənir və bu tam təbii prosesdir. Lakin, saç dərisində kənarlaşma olmazsa, onlar duş qəbulu zamanı rahatlıqla təmizlənər. Əgər vizual olaraq saçda kəpək görünürsə, deməli seboreya kənarlaşması aşkarlanmışdır.

Kənarlaşmanın bir neçə forması mövcutdur:
  • quru;
  • yaş;
  • qarışıq.
Yaranma səbəbləri
Lazımı gigiyenanın olmaması

Hər bir saç tipi özünə uyğun şəkildə yuyulma tezliyi tələb edir. Əgər saçınızı nəzərdə tutulduğundan gec yuyarsanız, kəpək qaçılmazdır. Gündəlik həyatda xüsusi saç lakından, gellərdən, düzləşdirici vasitələrdən istifadə edirsinizsə, bu halda saçlar tez-tez yuyulmalıdır.

Saç yuyulması üçün vasitələrdən yanlış istifadə

Saçları tələsik şəkildə yumaq düzgün deyil. Əgər yuyulduqdan sonra saçda, tüklərin arasında şampun qalarsa bu saç dərisində qıcıqlanmalara səbəb olar. Saç maskaları və kondisioner vasitələr təmizlənmədikdə dəridə nazik yağ qatı yaradır. Nəticədə toxumaların forlaşma prosesi pozulur. Çalışın ziyanlı tərkibə sahib şampunlarla saçınızı yumayın: laurilsulfat, paraben və rəngləyicilər (boya maddələri). Onlar adətən saçın normadan artıq qurumasına səbəb olur.

Kəpək problemi

Vitamin çatışmamazlığı

Bir çox hallarda saç kəpəyi insanın ciddi və ağır pəhrizlərdə olduğu zaman yarana bilir. Bu zaman orqanizm ehtiyacı olan vitaminləri və mineralları tam həcimdə əldə edə bilmir. İlk öncə saç dərisi üçün A və B qrup vitaminləri vacib hesab edilir.

  • Vitamin A (Restinol) – kökdə, şirin bibərdə, ərikdə, qarpızda, yumurta sarısında rast gəlinir. Sümüklərin böyüməsində vacib hesab edilir, dərinin, saçın və dişlərin sağlamlığı üçün mütləqdir.
  • Vitamin B1 (Tiamin) – kələm, çörək, kök, noxud, kartofda rast gəlinir. Beyinin fəaliyyətini stimullaşdırır, orqanizmin böyüməsində yardımçı olur, maddələr mübadiləsini yaxşılaşdırır, əzlələr və ürəyin fəaliyyətini normallaşdırır.
  • Vitamin B2 (Riboflavin) – kəsmik, barkkoli, badam, yumurta, süddə rast gəlinir. Göz yorğunluğunu azaldır, saçı, dırnaqları, dərini yaxşılaşdırır, hormon sintezində böyük rola sahibdir.
  • Vitamin B6 (Piridoksin) – Pomidor, ləpə, kartof, çiyələk, portağalda rast gəlinir. Mərkəzi sinir sisteminin fəaliyyətində olduqca gərəklidir, imuniteti yüksəldir, orqanizmi qocalda biləcək turşuların sintezinə köməklik edir.

Unutmayın – Meyvə və tərəvəzlərə yüksək tempraturun təsiri onların tərkibində olan gərəkli maddələrin səviyyəsini azaldır. Çalışın meyvə və tərəvəzlərdə çiy halda istifadə edin.

Zəif qan dövranı

Bu zaman qida əlavələri baş dərisinə tam miqdarda çatmır. Saç kəpəyindən tez və effektiv azad olmaq üçün sizə yardımçı olar:

  • daimi baş dərisinin masajı;
  • kontrast duş, baş nahiyyəsinin kontrast duşda yayılması;
  • acı bibər maskası saç köklərini möhkəmlədər;
  • gün ərzində ən azı iki dəfə saçın daranması;
  • oturaq işlər zamanı boyun masajı.
Quru və yağlı kəpək

Kosmetik problem sürətli şəkildə tibbi problemə çevrilə bilər. Kəpək baş dərisinin üzərini bağladığından dəridə oksigen çatışmamazlığı yarana bilər. Nəticədə saç kökü tədricən zəifləyir və saç tökülməsi yarana bilir.

Vaxtından əvvəl saçtökülmə halları ilə rastlaşmamaq üçün kəpəyin yaranma səbəblərini müəyyən edib, problemi aradan qaldırmaq gərəklidir.

Quru kəpək

Bu hal saçın yuyulmasından bir və ya iki gün sonra baş verir. Adətən dəridə quruluq halları hiss olunur.

Yaranma səbəbləri:
  • hormonal pozuntu;
  • vitamin çatışmamazlığı;
  • baş dərisinə uyğun olmayan kosmetik vasitələrdən istifadə.
Azadolma yolları:
  • ziyanlı vərdişlərdən çəkinmək;
  • vitamin kompleksləri qəbul etmək;
  • balanslaşdırılmış menyu – meyvə, tərəvəz, dəniz məhsulları daxil;
  • trixoloq mütəxəsisi tərəfindən seçilən kosmetik vasitələr.
Yağlı kəpək

Bu kəpək növü yumadan 4-5 gün sonra yaranır. Adətən kəpək sarımtıl rəngdə olur, saç yağlanır, darama çətinləşir.

Azadolma yolları:

  • orqanizmin şlaqlardan təmizlənməsi;
  • rasiondan fast-futu, şirniyyatı, qazlı şəkərli içkiləri çıxartmaq;
  • bədən çəkisini və hormonal fonu normallaşdırmaq.
Proflaktika

Problemin yaranmamışdan öncə qarşısını almaq ən rahat yol hesab edilir. Bunun üçün hər gün saçlarınızın qeydinə qalmaq gərəklidir.

  • Saçda olan kosmetik vasitələri tam yumaq, saç modelləri üçün istifadə edilən vasitələrdən bacardıqca istifadə etməmək;
  • Yumadan öncə və sonra saçı daramaq;
  • Hər gün saç dərisini masaj etmək;
  • Stress hallarından uzaq durmaq;
  • Ultrabənövşəyi şüalardan və soyuq tempraturdan uzaq olmaq;
  • Ən azından həfdədə bir dəfə qidalandırıcı maskalardan istifadə;
  • Ukladka üçün fiks edici vasitələrin istifadəsindən sonra saçları yumaq.

Saça qulluqMetrosexsuallıq nədir? Yaxşıdır yoxsa pis?

Fikirlərinizi bildirin.