Kələkbaz Karlos Kayzer futbol oynamadan Braziliyanın ən tanınmış futbolçsu oldu. Hekayəsi isə inanılmaz dərəcədə fantastikdir, 24 il Braziliyaın ən böyük klublarında forma geyinməyinə baxmayaraq top demək olar ki, ayağına dəyməyib.

Kələkbaz Karlos Kayzer futbolçu

Tam adı Carlos Henrique Kaiser olan 24 il profisional futbolçu § həyatı yaşayıb. 1980 və 1990 cı illərdə Braziliyanın Flamengo, Botafogo, Fluminense, Vasco da Gama’da futbolçu olub. Bu komandalardan başqa :Amerika, Meksika və Fransada müxtəlif klublarda oynayıb.

Kələkbaz Karlos Kayzer futbolçu

Karlos ilə bir komandada oynamış Anastacio deyirdi:” Onun tək istəyi futbolçuların möhtəşəm həyatını yaşamaq idi, ancaq bununla belə futbolçu kimi çətinliklərə sinə gəlməyi istəmirdi.”

Əslində Karlos istedadsız futbolçu deyil. Onun futbol istedadını ailəsi kəşf edir və bu sahəyə yönəldir. Ancaq o futbol oynamaq istəmir və öz aləmində bir çarə tapır: necə?-“zədə almaqla”

Müqavilə bağladığı hər komandanın məşqinə çıxdığında özünü yalandan zədələyirdi.Bütün ili yata-yata başa vururdu. Bununla belə məşqçisindən tutmuş azarkeşinə kimi hamı ilə yaxşı münasibət saxlayırdı.Hamıya möhtəşəm karyeri haqqında yalan danışıb inandırırdı, hər kəs elə bilirdi ki, Kayzer sağalıb meydanlarda fırtına kimi əsəcək. Həmin dövr internetində yayılmaması səbəbindən onun fırıldaqları keçirdi.

Kayzer Bangu komandasında oynayarkən məşqçi ona isinmə hərəkəti etməyə tapşırdı ki, meydana daxil olacaq. Ancaq Karlosun meydana daxil olmaq fikri yox idi. Ona görədə isinmə vaxtı qapının arxasındakı azarkeşlə mübahisə edib onu topla vurdu. Hakim o oyuna daxil olarkən Karlosa qırmızı vərəqə göstərdi. Çox hirslənmiş klub prezidenti soyunub-geyinmə otağına daxil olaraq Karlosu komandadan qovmaq istəyirdi ki, Karlos fikirləşdiyi kələyi həyata keçirərək prezidentə belə dedi;

“Siz mənim 13 yaşımda olarkən itirdiyim atama bənzəyirsiz. Azarkeş sizi söyəndə çox əsəbləşdim və dözməyib onu vurdum.”

Bu sözlərdən sonra klub prezidenti Karlosu qucaqlayır və səhəri gün nə etsə yaxşıdır,,,??-onunla müqavilə 1 illik uzadılır.

Kələkbaz Karlos Kayzer futbolçu

Kayserin fırıldaqlarından biri də oyuncaq telefon olur. Belə ki, həmin dövrdə mobil telefonlar hətta futbolçular üçün də bahalı sayılırdı. Kayser oyuncaq telefon alaraq, hər dəfə guya hansısa klubla transfer danışığı apardığını göstərir. O, bunu məşqlər vaxtı, əlində oyuncaq telefon, guya hansısa klub nümayəndəsi ilə danışırmış kimi edir. Bəli, məhz belə edir. Klubu onu əldən çıxaracağını hesab edib, yeni müqavilə təklif etsin deyə, baş məşqçinin gözü qarşısında, “Mən komandamda xoşbəxtəm, sizin kluba transfer olmaq istəmirəm” kimi sözlər deyir. Kayser bu fırıldağını dəfələrlə, müxtəlif klublarda edib. Hər dəfə də insanları aldada bilib. Hər dəfə müxtəlif bəhanələrlə oyuna çıxmaqdan canını qurtaran bu “moşennik”, həmişə klubları aldada bilib. Baş məşqçiləri həmişə əllərində çox istedadlı futbolçu olduğunu, onun bir gün mütləq özünü göstərəcəyinə, “partlayacağına” inanıblar. Onları buna əla artistlik bacarığı olan Kayser özü inandırıb. Qəribədir, elə deyil?

Hazırda ölkəsində idman zalı işlədən Kayserin bu hekayəsinə – heç vaxt futbol oynamadan davam edən 24 illik karyerasına həsr olunan film də çəkilib. Filmin adı “Kayser: Heç futbol oynamamış ən böyük futbolçu” adlanır. Filmdə Kayser rolunu kim oynayır, bilirsiz? Əlbəttə, dünya futbol tarixinin ən böyük fırıldaqçılarından biri olan Kayser özü!

“ Kələkbaz “

Futbol haqqında maraqlı faktlarFutbol-Canlı hesablarFlorentin futbolu – hər kişinin işi deyil

Fikirlərinizi bildirin.