Justin Timberlake həyat qanunları. Musiqiçi-aktyor, Nyu-York

Heçbir günah hiss etmirəm — uğurlu olduğuma görə.

İlk yadımda qalan şey — yemək stolunun ətrafında oturub anamla atamı güldürməyə çalışdığımdır.

İstedat və uğur — tamami ilə fərqli şeylərdir.

Hər zaman düşünmüşəm ki, — əgər nəsə ekstraordinal bir şeylər edirsənsə, bu səni ekstraordinal etmir.

Müasir ulduzluq anlayışı xoşuma gəlmir — fikrimcə ulduz həkimlər hesab edilməldirlər. Onlar həyat xilas edirlər. Biz sadəcə insanları əyləndiririk.

Heç vaxt — “N Sync”-də (Amerikan boys-bend, 1995-ci ildə koryerasını başladığı təhsil müəssisəsi) etdiklərimlə bağlı peşman olmamışam.

Musiqi — həyatımın böyük bir hissəsidir. Hətda heçnə züm-zümə etmədən beş dəqiqə belə yaşaya bilmərəm. Bəzən mənə elə gəlir ki, hamı mənə baxır, məndə nələrsə düzgün deyil. Sonradan anlayıram ki, dodağımın altında nəsə oxuyuram.

Deyilənə görə mənim mahnılarımda banallıq var — ancaq birlirsiz nə var: nəyisə milyon dəfə demək olar. Lakin, bunu oxumaq tamami ilə başqa şeydir.

Əvvəllər ən sevdiyim iş insanları oxumağa həvəsləndirmək idi — sonradan isə insanları güldürməyi örgəndim.

Fikrimcə 25 yaşına qədər kişilər kim olmaq istədiklərini dəqiq anlamırlar — çünki yalnız 25 yaşdan sonra kişi özünü dərk edir.

Əgər sən etdiklərini nəyə görə edirsən sualını anlamırsansa — deməli bunu əbəs yerə etmirsən.

Əgər sən 100 faizlik qarşılıq almaq istəyirsənsə — deməli 150 faizlik əziyyət çəkməlisən.

İndi yaşa. İndi — bu sənin həyatının ən dəyərli vaxtıdır. İndi heç vaxt təkrarlanmayacaq.

Dünənki gün — bir tarixdir. Sabahkı gün isə, bir sirr.

Alice Cooper demişkən — bütün günü dayanmadan içmək mümkündür. Ya da qolf oyunu oynamaq.

Əgər mən heç kim tərəfindən tanınmayan insan ola biləsydim — sadəcə gəzintiyə çıxardım. Bəlkədə ya Romaya, ya da Parijə yollanardım. Və ya ümumiyyətlə heç tanınmasaydım daha vəhşicəsinə nələrsə edərdim: nəyisə yandırardım, ya da oğurluq edərdim.

Əgər mənə nəsə deyirsinizsə, — mən necə gəldi cavab verirəmsə, düşünməyinki sizi dinləmirəm. Sadəcə çox danışmağı sevmirəm.

Boz zona — ağla qara arasında bir məkandır. Bu məhs həyatın cərayan etdiyi bir məkandır.

Hər zaman kumirlərim — hər şeyə nail ola bilmiş insanlardır: Gene Kelly, Fred Astaire, Sinatra və Din Martin.

Heç vaxt — paxıllıq səbəbindən heç nə etməmişəm.

Mənə elə gəlir ki, fikir gücü sayəsində əşyaları yerindən tərpədə bilən insanlar var — ancaq onlar özləri bu haqda çox vaxt məlumatlı deyillər.

Mətbuat mənim haqqımda yalnız gərəkli bildiklərini yazırlar — bir qayda olaraq məlumatların 10-15%-i doğru olur.

Bəzən burnumu qurcalayıram — bunu boynuma almaqdan utanmıram. Əgər burunda çirk varsa, bunu çıxarmaq lazımdır.

Sexuallıq — bu sahib olduqlarını təqdim etmək bacarığıdır. Misal üçün, mənim burnum çox yekədir, ancaq onu fəxirlə daşıyıram.

Müasir pop-musiqi nə deməkdir? — deyərdim ki, bu hip-hopdur.

Xardal — ən yaxşı ədviyyatdır.

Demək olar ki, hər şeyi yeyə bilərəm — səkkizayaqdan başqa. Ancaq yəqinki, onu da yeyə bilərəm. Ona görədə əgər nədənsə ölsəm, bu dəqiq acgözlükdən olacaq.

Biz hamımız nəyəsə inanmalıyıq — inanıram ki, indi bir qədəh tekila içməyin əsl zamanıdır.

Dünyada ən darıxdırıcı şey — sakitlikdir.

Will Smith həyat qanunlarıGeorge Herbert Walker Bush həyat qanunları

Fikirlərinizi bildirin.