Justin Bieber haqqında qeyri-adi faktlar. Müasir dövrümüzün ən məşhur müğənnilərindən biri. Hal-hazırda o Hailey Baldwinlə xöşbəxt ailə həyatı yaşasa da, keçmişi xeyli sayda fərqli faktlarla zəngindir.

İlk vaxtlar

Justin Bieber haqqında qeyri-adi faktlar

Justin Drew Bieber 1994-cü ilin 1 mart tarixində Ontario ştatının London şəhərciyində anadan olmuşdur. Uşaqlıqdan musiqiyə həvəs göstərmiş, gitarda, pianinoda və barabanlarda ifanı örgənmişdir. Sonradan məşhur mahnıların kaver-versiasını YouTube kanalına yerləşdirmişdir. Onun agenti Scott Samuel Braun onu məhs bu cür kəşf etmişdir.

15 yaşında Justin ilk musiqi müqaviləsini bağlayır və 2010-cu ildə ilk singılı – Baby işıq üzü görür. Beləliklə ard-arda bir neçə albom buraxılır və saysız-hesabsız mükafatlar qazanır. Bütün dünyanın sevimlisinə çevrilir. Ancaq, onun həyatı kənardan göründüyü qədər də rəvan getmir.

Təcrübəli dələduz

Justin Bieber haqqında qeyri-adi faktlar

Bieber – məşhurlar arasında ən tanınmış dələduzdur.  2013-cü ildə Brazilyada baş tutmuş tur zamanı o oteldə səs-küy yaratmış, otağı alt-üst etmiş və nömrəyə yüngül əxlaqlı qız keçirmək istəmişdir.

Argentinada isə onu hələdə milli bayrağı tapdaladığına görə ölkəyə buraxmırlar. Argentinalılar çox şeyləri bağışlaya bilsələrdə, bu bağışlamazlar.

2014-cü ildə onu narkotiklərin təsiri altında avtomobil idarə etdiyinə görə saxlayırlar. Müğənni xeyli vaxt polislərlə mübahisə etmiş, onları təhqir etmişdir. Gecəni bölmədə keçirmişdir. Yekunda sürücülük vəsiqəsinin vaxtı keçməsinə baxmayaraq,məsələ unudulmuşdur.

Salamat ol Justin!

Narkotiklər müğənninin həyatında 12 yaşından etibarən başladı. Bunu özü dəfələrlə müsahibələrində bildirmişdir. Bir neçə il asıllıqla bağlı mübarizə aparmış və yekunda qalib gəlmişdir.

Məlumdur ki, Justin o qədər də sağlam biri deyil. Onun xroniki Layma xəstəliyi mövcutdur. Xəstəlik 2019-cu ildə aşkar edilmişdir. Vəziyyət gərginləşdikdə və xəstəliyin göstəriciləri artdıqda ciddi yorğunluq halı baş verir ki, nəticədə uzun müddət çalışmaq mümkün olmur.

Bundan başqa Bieber Epşteyn-Barra virusunun daşıyıcısıdır. Bir çox hallarda virus yaşamağa ciddi maneələr törətməsə də, xroniki mononukleoz yarada bilir.

Nəticədə yaranan ciddi narahatlıqlar səbəbindən ciddi müalicə almaqdadır.

Bəzən bu səbəbdən yaranan çətinlikləri və fərqli hərəkətləri pərəstişkarları narkotiklərə qayıdış kimi qəbul edirlər. Bieber aydındır ki, bunları təqzib edir və çətinliklərini insanlarla bölüşməyə çalışır.

Selena və digərləri ilə münasibətləri barədə

Justin Bieber haqqında qeyri-adi faktlar

2010-cu ildə Bieber Selena Gomezlə görüşməyə başlayır. Münasibət fasilələrlə 2013-cü ilə qədər davam edir. Sonradan cütlük həmişəlik olacaq kimi ayrılmağa qərar verir.

Miranda Kerr, Sofia Richie, Kourtney Kardashian – məşhurun Gomezlə ayrıldıqdan sonra adı hallandırılan qadınların yalnız bir hissəsidir. O isə öz növbəsində nə bunları təsdiq edir, nə də təqzib edir.

2015-ci ildə müğəni Stephen Baldwinin qızı Hailey Baldwinlə görünür. Bir ildən sonra onlar ayrılır. Nəticədə Justin yenidən Selenaya qayıdır. Ancaq Selena hələdə Justinin Haileyə qarşı hislərinin olduğunu anlayır və münasibətlərə fasilə verir.

Bu gedişatla Justin Selenadan tamami ilə ayrılır və Haileyə qayıdır.

Xöşbəxt ər

Justin Bieber haqqında qeyri-adi faktlar

2018-ci ilin yayında onlar nişanlanırlar. 2018-ci ilin setyabr ayında evlənirlər və Baldw soyadını Bieberə dəyişir. Bir il sonra möhtəşəm toy edirlər.

Bieber toydan bir neçə ay əvvəl allaha olan inanclarını möhkəmlətməyə və ailə həyatına hazırlaşmağa başlayır.

2020-ci ildə müğənni özünü pis hiss edir və depresiyaya qapılır. Ona bu haldan çıxmağa xanımı kömək edir. Ancaq, payız aylarında hər şey normasına qayıdır və o yenidən yeni albom üzərində işləməyə davam edir.

Kişi məşhurlar-plastik cərrahiyyədən sonra9 məşhur SEXsaqoliklər

Fikirlərinizi bildirin.