Julia Roberts həyat qanunları. Aktrisa, Taos, ABŞ, 53 yaş.

Ən az istədiyim şey — bu gözəl səhəri özüm haqqında söhbətlərlə açmaqdır.

Bacardıqca çox az danışmamağa çalışıram — çünki, yekunda tez bir zamanda özüm özümdən darıxıram.

Çox tez-tez — insanlar məni həqiqətdə olduğum kimi qəbul etmirlər. Bir çoxları məni ifritə sayır. Bir çoxları isə fahişə. Yəginki, uzun boylu və təhsilli olduğuma görə. Mənim kimi insanları çox az insan sevir.

Mənim atamda xərçəng xəstəliyinin olmasını — onun ölümündən sonra bilmişəm. O zamanlar on yaşım var idi. Və hamı qəsdən mənə bunu demirdilər. Onlar məni sadəcə babamın evinə apardılar və atamın artıq mövcud olmadığını dedilər. Yəqinki məhs həmin anlarda anladım ki, həyat bir göz qrpımında dəyişə bilər. Məhs sənin gözləmədiyin bir anda. Bax, sən ananla oturursan və gülürsən, oynayırsan, onu qucaqlayırsan, bir müddət sonra isə səndən ən yaxşı paltarını geyinməyini xahiş edirlər. Səni maşına otuzdururlar və sən artıq atanın olmadığını eşidirsən.

Təəssüfki, uşaqlara — valideyinlərin səhfinə görə özlərini günahkar hiss etmək xüsusiyyətləri xasdır.

Mənə elə gəlir ki, — bir çox vaxt sənin foralaşmağında dahi müəllimlərin rolu olmur. Əksinə, onların olmaması səni formalaşdırır. Eyn ilə səndən üz döndərdikləri zaman daha çox formalaşırsan, nəyinki, dəstək göstərəndə.

Çox az adam buna inanır — ancaq, kollec illərində oğlanlarla öpüşənlər arasında mən qrupun ən axırıncısı idim. 20 yaşıma qədər isə, ümumiyyətlə lezbianların kimlər olduğunu bilmirdim.

“Nə qdərə az olsa, o qədər yaxşıdır” deyimi — fikrimcə öpüş səhnələrinə daha çox uyğundur.

Mən olduqca uzun boyluyam — qız sayılmaq üçün, ledi olmaq üçün də geyimlərim çox azdır. Və, mən heç vaxt özümü qadın adlandırmazdım. Çox güman ki, xala ilə qız arasında olan biriyəm.

Maraqlı işim var — gəlincik kimi məni geyindirirlər, sonra isə zarafatçıl kişilər dodağıma dodaq boyası çəkərəq xeyli gülməli zarafatlar danışırlar.

Əslində — insanlar məni küçədə nadir hallarda tanıyırlar. Hətda, bəzən mən kimləsə ilk dəfə görüşəndə özüm birinci olaraq “Sabahınız xeyir! Siz təsadüfən məni gözləmirdiniz? Mənim adım Juliadır.” deyirəm.

Bir çox ulduzlardan fərqli olaraq — mən he vaxt əks tərəfindən qəzet oxuna biləcək geyimlər geyinmirəm. Sadə insanlar kimi geyinirəm. Bir çoxları deyirki, “Bu Roberts mənim qonşumdanda pis geyinir.” Bu anlarda isə demək isitəyirəm: “Yaraşıqlı oğlan, maraqlıdır sən özünə qonşu olaraq kimləri seçmisən?”. Ancaq, çox vaxt susuram.

Bəzən o qədər rola girirsən ki, — oyun meydançasından uzaqlaşdıqda belə həmin rolla rəfdar edirsən. Kafeyə gəlirsən, stolda oturursan, sənə isə kofe gətirmirlər. Zaman sənə əbədi görünür. Sənə isə bu dəqiqə bu kofein mütləq lazımdır. Beləliklə, ofisiantı saxlayırsan və “Bağışlayın, siz mənim sifarişimi unutmamısınızki?” demək əvəzinə özün belə gözləmədən qışqırarsan: “Mənim lənətə gəlmiş kopuçinom harda qaldı? Siz hamınız burda qudurmusunuz? Mən ikinci əsəb dalğasına qədər kofeni gözləməliyəm? Ya məni qoruyraq, kofenin sizin kimi eybəcər etməyindən qorxursunuz?”

Əslində isə mən dəliyəm — misal üçün, çəkiliş meydançasında fasilələr vaxtı mən oturub toxuyuram. Mənə elə gəlirki, bu hobbi oturub jurnal vərəqləyənlərə nisbətən qəribə görünməməlidir. Ən azında bu zaman ünsiyyətə açıq oluram.

Yalan danışmağı sevirəm — press-konfranslarda.

“Erin Brokoviz”-in çəkilişlərində — qırxılmamış qoltuqaltılarına görə mənə böyük pullar verirdilər. Müqaviləyə görə hər bir tük öncədən razılaşdırılmış məbləğə bərabər idi. Ancaq, məbəğin nə qədər olduğunu unutmuşam.

Çox vaxt məndən sorşurlar — həqiqətən kinoda kişilər daha çox qazanırlar? Cavab qısa olacaq: “Bəli”.

Böyük pullar qazanmağa başladığım vaxtlar — həyatımda heç nə dəyişmədi. Ətrafda isə hamı nələrin dəyişdiyini soruşmağa davam edirlər.

Hesab edilir ki, məhşurluq — gizlənmə xəstəliyi yaradır. Birdən anlayırsan ki, insanlar arasında görünməməlisən, adi şeyləri etməməlisən, bir sözlə örgəşdiyin yerlərə getməməlisən. Ancaq, bütün bunlara tüpürsən və əvvəlki kimi davam etsən, zamanla anlayacaqsan ki, heç də azadlığını qurban vermək məcburiyyətində deyilsən. Bunun əksini sübut etməyə çalışanlar isə fikrimcə axmaqdırlar.

İnsanların dediklərini eşitdikdə gülməyim gəlir — “Mənə elə gilir ki, Julia mənim haqqımda heçdə yaxşı fikirdə deyil”. Bu cür danışan hər bir insana demək istəyirəm ki, “Əzizim əgər mən sənin haqqında yaxşı fikirdə olmasaydım, sən bunu mütləq bilərdin”.

Yəqin ki, mən — dişlərin estetik restavrasiyası ilə məşğul ola bilərdim. Bu halda qəzetlərdə haqqımda heç bir pis söz yazılmazdı. Ancaq, elə alındı ki, tamami ilə başqa işlə məşğul olmalı oldum.

Pressa indi əvvəlkinə nisbətən o qədərdə aqressiv deyil — ancaq onun axmaqlığı o qədər sürətlə inkişaf edir ki, bəzən hər şeyin əvvəlki kimi olmasını istəyirsən.

Mən heç vaxt — lüt filmə çəkilməyəcəm. Tamaşaçılar qarşısında geyimdə görünmək incəsənət nümayişidir. Geyimsiz görünmək isə artıq sənədli filimdir. Eyni zamanda riyaziyyat müəllimimin mənim arxamın necə göründüyünü görməsini istəmirəm.

Papaqları sevirəm — əsasəndə saçları kirli insanlar papaq geyinəndə.

Ən sevdiyim söyüş — “cinsi orqan soran”-dır. Ən azından bu “arxadan verən” sözündən daha yumşaq səslənir.

Fikirmcə — şirin görsənirəm.

Doğuşdan sonra normal görünməyim faktı — heçdə mənim hansısa bezdirici dietdə oturmağımla əlaqədar deyil. Hər səhər milionlarla məşq hərəkətləri də etmirəm. Öz formama görə 97% genlərimə, 3% isə arada arxamı tərpətməyimə borcluyam. Axı, həyatı boyunca bəyənmədiyim şirniyyata rast gəlməmişəm.

Ümumiyyətlə istəməmişəm — uşaqlarımdan balaca dahi yaradım. Yada, aktyor, yada balaca biznesmen. Xoşum gəlir uşaqlar evə çirkli və tər iyi ilə gələndə.

Özüm də inana bilmirəm ki, — üç uşağım var. Ancaq, sevinirəm ki, uşaqlar olmamışdan öncə qarşıda 20 illik aktyor koryeram var idi.

Şou-biznes anlayışlarının birəşməsində — şouda qalmağa üstünlük verirəm.

Çox tez-tez — fərqli insanlardan eşidirəm ki; “Sənin agentin heç vaxt sənin dostun ola bilməz” və ya “o sənin pullarını öz cibinə yığmaqla məşğuldur”. İnanın mənə, bu yalandır. Çoxları ilə işləmişəm. Bu barədə qardaşım mənə yaxşı söz demişdi: “Unutma, bu biznesdir – dostluq deyil. Hər şey öz yerini tapacaq”.

“Gözəlçə” filimindən əvvəl — fahişələrlə çox ünsiyyətdə olmuşam. Sizə deyə bilərəm ki, onların arzuları və ümüdləri məni işdən tanıdıqlarımın çoxusundan daha təmiz və gözəldir.

Olduqca önəmlidir — əllərinlə nəsə edə bimək bacarığına sahib olmaq.

Heç vaxt şanpun reklamına çəkilməzdim — ancaq otellərdə verilən şanpunlardan xoşum gəlir. Bir dəfə rəfiqələrimdən biri məndən soruşdu: “Julia sənin çox gözəl saçların var. Hansı şanpundan istifadə edirsən?” – “Otel otaqlarından götürdüklərimdən” – deyəndə o kağız və qələm götürərək soruşdu: “Həmin otelin adı nədir?”.

Sevmirəm — başqalarının döşlərindən danışılanda.

Seçimim olanda — normal və dəlilik arasında, dəliliyi seçirəm.

“Respublikaçı” termini — lüğətdə məhs “reptiliya” və “residivist” sözləri arasında yer alır.

Əslində hər bir normal insan — mənim danışdıqlarımın hər birinə tüpürmək istəyər. Heç vaxt anlamamışam ki, niyə ulduz insanların nələrləsə bağlı fikirləri adi insanlara bu qədər maraqlı ola bilər. Yüzlərlə aktyor siyasət haqqında nə düşündüklərini, dini fikirlərini və s. haqqında danışırlar. Hamı isə nədənsə onlara çox diqqətlə qulaq asır.

Gülməyi sevməyən insanın — böyük ayaq barmağında morqun nişanı sallanar.

Əminəm ki, — insanlar məni bikinidə görmək istəməzlər.

Uşaqlıqda — biz hamımız heyvnalarla danışmağı bacarmışıq.

Whitney Houston həyat qanunlarıCoco Chanel həyat qanunları

Fikirlərinizi bildirin.