Jude Law həyat qanunları. Aktyor, London

Aman Allahım! — mənə sözlərimi çox diqqətlə seçmək gərəklidir.

Hədsiz dərəcədə darıxdırıcıyam — olduqca xöşbəxt uşaqlığım keçib. Gümüş qaşıq ağzımda doğulmamışam. Ancaq, heç vaxt ac da qalmamışam. Orta təbəqəyəm. Britanyalı orda sinif. Cənubi Londondan olan centelmen.

Mən 14 yaşımdan sinefil olmuşam — dərslərə hazırlaşmaq əvəzinə 14 yaşımda qatara oturub kinoteatıra gedirdim. Sonra isə evə qayıdaraq bütün günü dərsdə olduğumu deyirdim.

17 yaşımda Families serialında rol aldım — o, bütün həyatımı dəyişdi. Şəxsi evim, pulum və əylənmək imkanlarım yarandı. Ancaq, səhər altıda oyanıb çəkiliş meydançasına qaçırdım. Bu gün də günümü bu cür başlayıram.

Bu serialda mənim qardaşımı oynayan Martin Glyn Murray — məni musiqi dünyası ilə tanış etdi. Biz Haçienda klubuna gedib Primal Screamı canlı görürdük. Spike İslanda isə The Stone Roseslə yollanırdıq. Bu möcüzəli anlar idi.

“İstedadlı mister Ripli”-dən sonra — hamı düşünürdüki, mən elə Dikki Grinlifəm (film qəhrəmanı). Bütün günü yaxtalarda gəzib, saksafona üfürürəm.

Fikrimcə bacardıqca yaxşı görünməlisən — əks halda evdən çıxmağın nə mənası varki? Mən demək istəmirəm ki, başdan ayağa Burberry, Armani və ya Prada-dan geyinməlisən. Ancaq, özünü gözəl hiss etmək ilahi hisdir. Uyğun görkəmdə olmayanda özümü yaxşı hiss etmirəm.

Bir dəfə şəklim olan jurnalı mənə göstərdilər: — paparassilər mənim Raffla gəzintim zamanı şəklimi çəkmişdilər. O vaxtlar Raff hələ körpə idi (Raff Law – Jude Law-nun oğlu). Çox təsirlənmişdim. İlk öncə “heç vaxt bu cür olmayacağımı və jurnallarda belə görünməyəcəyimi” düşündüm. Sonra isə anladım ki, buna jurnalistlər qərar verirlər. Və bu məni kədərləndirdi.

Arxaya baxmıram — hər zaman burda və indi yaşamağa çalışıram. Bəlkədə bunun günahı mənim qısa müddətli yaddaşımdır.

22 yaşımda evlənmişdim — otuz yaşımnda üç uşaq böyüdürdüm. Fikrimcə bütün bu faktlar bir-birinin ardınca qadınları yatağa aparan məsuliyyətsiz yaraşıqlılara qarşı münasibətimi izah etmiş olar.

Hələdə demokratiyaya inanıram — eyni zamanda britaniya parlamentinə də. Onların hər ikisi çalışmasa da inanıram. Dövlər inisitutlarımızın təməlinin uçduğunu hiss etsəm belə Böyük Britanyadan başqa bir yerdə yaşamaq istəməzdim. Uzun müddət bu ölkədə və bu şəhərdə özümü rahat hiss etməmişəm. 2009-cu ildə bir neçə ay Nyu-Yorkda yaşamışam. Qayıdanda anladım ki, Londonu və İngiltərəni həm çətin, həm də sevincli günlərimdə sevirəm.

Hər bir aktyor — müəyyən vaxtdan sonra düşünür – bəlkə mən bu sənəti artıq atım?

Geymimlə bağlı söhbətlərdən düzü biraz yorulmuşam — və ya geyinməməklə bağlı söhbətlərdən. Saç düzümüm və görüşdüyüm insanların müzakirəsi ilə bağlı söhbətlərdən. Mən hətda öz aktyor oyunumdan belə danışmaq istəmirəm. Fikrimcə oyunumun özü hər şeyi danışmalıdır.

“Məşhurluq” sözünə nifrət edirəm — bu o deməkdir ki, mən realiti-şou qalibləri, aşbazlar və üzdə olan insanlarla bir kateqoriyadayam.

Heç nədən peşman olmaq lazım deyil — daha doğrusu daxilində təəssüf hissinin böyüməsinə izin verməməlisən. Təəssüflük paxıllıq, qısqanclıq kimi bir hisdir. Bunların hamsı olduqca pis hislərdir. Onlardan xeyir gəlmir.

Həyatımda elə an olub ki, — bütün insanlar barəsində o qədər də yüksək fikirli düşünməmişəm. Ancaq bu an artıq arxada qalıb.

Yataq səhnələrinin uğuru daha çox çəkiliş zamanı sutkanın saatından aslıdır — yadımdadır, səhər saat 7-də çəkirdilər. Hamı səhər qəhvəsini içib özlərini olduqca asexual hesab edirdilər. “Salam, görüşməyə şadam. İndi öpüşmək lazımdır”. Siz narahlığı güclə kənara qoyub çəkilirsiniz, sonradan məlum olur ki, işıq düzgün yerdən düşməyib və yenidən çəkilməlidir.

Qəbul edirəm ki, qəribə səslənə bilər — mən bişirmək qabiliyyəti olan qadınları sevirəm. Anam gözəl bişirirdi. Yemək yeməyi sevirəm.

Sən — bütün həyatını üzür istəyərək yaşaya bilmərsən.

43 yaşında roma papasını oynamaq — biraz əcaibdir, hə? Hələ üstəlik sən ingilissən.

Məni narahat edən yeganə şey — məni hələdə kinoya çəkilməyə dəvət edirlər? Edirlərsə bu əladır.

Elon Musk həyat qanunlarıBillie Eilish həyat qanunları

Fikirlərinizi bildirin.