Jim Carrey həyat qanunları

210
Jim Carrey həyat qanunları

Jim Carrey həyat qanunları. Aktyor, Santa-Monika

Bu cür müsahibələr vermək gərəkli olduğunda – mən çox vaxt həyəcanlanıram. Fikirləşirəm: “Başqa nədən danışmaq olarki?”. Həqiqətən də, furqon haqqında danışmışam, atam haqqında söhbət etmişəm, hər şey haqqında məlumat vermişəm. Hər beşinci ya altıncı sualdan sonra nəsə yeni şeylər uydurmağa havəslənirəm. Yeni axmaq hekayələr uydurmamaq üçün özümü çox sıxmalı oluram.

Əsas həyat qanunlarım? – Birinci: əgər daxilində belə bir hiss varsa ki, “həyat düzgün formada getmir və mən həqiqətəndə olmalı olduğum işlə məşğul deyiləm”, onda bil – hamı sənə ayağını siləcək. İkinci: heç vaxt özünü çox ciddiyə alma.

Komik – incəsənəti ilə dünyanı dəyişdirmiyədə bilər. Ancaq o içindəki həyatı bu yolla daha dözümlü edə bilər. Mənim koryeram durğunluq nöqtəsindən tərpənməmişdən öncə on beş il komedik klublarda fəaliyyət göstərmişəm. Axşamlar yatağımda fırlanaraq kütlənin psixologiyası haqqında düşünmüşəm. İnsanların nəyə ehtiyac duyduqlarını anlamağa çalışmışam. Və məncə, əsas məsələnin harda gizləndiyini anlaya bildim. Ən azı iki saatlıq insanların məni izləyərkən bütün problemlərini unutmaqlarını, düşünməməklərini təmin edə bilirəm. Onlara rahatlaşmaqda yardımçı oluram. Bəzən mən yara üzərində olan kiçik yara bantıyam, bəzən isə yaralarına tökülən kiçicik məlhəm.

Həyatımızın ən yaxşı günləri – çox vaxt elə ən pis günləri olur. Eys Venturonu oynayarkən həyatımın ən xöşbəxt günləri idi. Eyni zamanda ən çətin günləri: arvadımla davalarım başladı. Müəyyən mənada mənim komik olmağım, həyata yumorla yanaşmağım kömək oldu – əzablardan keçərək həyata kənardan baxa bilirdim. Deyilənə görə yumor əslində bir qəddarlıqdır, ancaq qəddarlıq əslində şüuraltı olaraq yeridilmiş bir ağrıdır. Bir neçə gülməli səhnələri mən məhs əsəbi olduğumda, arvadımla dalaşanda oynaya bilmişəm.

Düzdü, məim ailəm – 16 yaşım olarkən uçuruma yuvarlandı. Biz uşaqlar işləməli olduq. Ailəmiz təmizləmə xidmətləri göstərən ailəyə çevrildi. Tualetlərdə saç və tük qalıqlarını təmizləyirdik. Bütün dünyaya nifrət etməyə başladım. Həyatın atamla belə davrandığına görə həm utanırdım, həmdə kövrəlirdim. Ancaq, uşaqlığımdan və gəncliyimdən danışmaq mənə darıxdırıcı gəlir.

Heç bir şərtlər daxilində başqalarının filimlərinə baxa bilmirəm – əgər belə bir filmə baxmağa gedərəmsə, sonradan düşünürəm: “Kinoda keçirdiyim iki saata mən yəqinki yadda qalan bir zarafat fikirləşə bilərdim. İndiyə qədər ekranlarda olmayan bir zarafat.” Vaxt itirdiyimi düşünmək məni dəli edir!

İnanmaya bilərsiniz – ancaq, uşaqlıqda olduqca utancaq idim. Mənim kimi bezdirici insanı dünya hələ görməmişdi. Mənimlə həqiqətən heç kim danışmırdı. “Kim Jim? O psixdir? Onunla vaxt keçirməyə dəyməz!”. Birdən mənə çatdı – evdə etdiyim kloun sayağı hərəkətlər məktəbdə də keçərli ola bilərdi. Yadımdadır, bir dəfə məktəbə gəldim və piləkənlərdən yuxarıdan-aşağı yıxılmağa başladım. Ətrafda hamı gülməyə başladı. Mən bu günə qədər “Axmaq Jim” idimsə, Bundan sonra “həm axmaq, həmdə gülməli Jim” oldum.

Birinci addım atıb, qadınlarla söhbətə başlamaq asan deyil – sən kamera qarşısında improvizə edə bilərsən, inanılmaz idealar sərgiləyə bilərsən, ancaq məsələ yaxınlaşıb: “Salam, siz mənim xoşuma gəlirsiniz. Sizi nahara dəvət etsəm razı olarsınızmı?” deməyə gəldikdə anlayırsan ki, bu tamami ilə fərqli məsələdir. Hər zaman əyaqlarım əsir. Bəzən qorxumu nəzarətdə saxlaya bilirəm, bəzən isə yox. Ancaq özümü buna görə danlamıram. Yəqinki hər şeyi vecinə almayan tipaj olmaq istəmirəm deyə bu belədir.

Musiqini sevirəm – uşaqlıdan bəri. Atam klarnet və saksafon çalıb. Həmişə evimizdə biq-bend səsləndirilib. Mənim qızım hətda cazın fanatıdır. Evimə qonaq gəldikdə Maylz Devisin musiqilərini qoyur. Onun 18 yaşı var və onun başı cazdan məndən yaxşı çıxır.

İlhamlanmağın mənbəyi nədəndir? – mən heyvanların hərəkətlərindən çox şeyi götürürəm. Yeni başlayan aktyor olarkən olduqca fərqli qəribəliklərə sahib pişiyim var idi. Bəzən onun qulaqları arxaya doğru dartılırdı və bu onun nədənsə əsəbləşdiyini işarə edirdi. Bir gün pişiyə baxdıqda necə etməli olduğumu anladım. Qoy izləyicilər hər zaman mənim nəsə dəlilik edəcəyimi, tullanacağımı, ağıla gəlməz hərəkətlər edəcəyimi düşünsünlər.

Bütün həyatı boyu möcüzələrə inanmışam – bilmirəm möcüzələr həqiqətən baş verir, yoxsa bu sadəcə ona inamla bağlıdır. Ancaq, mənə elə gəlir ki, elə inamın məğzidə bundan ibarətdir – əgər sən edə biləcəklərinə inanırsansa, deməli uğurun real olma şansı çoxalır. İkinci sinifdə bizim irlandiyalı təzə müəlliməmiz peyda olmuşdu. O deyirdi: “Əgər mən Müqqəddəs məryəmə dua etsəm, ondan istənilən şeyi xahiş etsəm, o istədiklərimin hamsını mənə verir”. O gün evə gəlib bütün günü Müqəddəs Məryəmdən “mustang velosipedi” üçün dua və xahiş etdim. Atam kasıb olduğundan onu mənə ala bilməzdi, dostlarımın hamsında isə ondan var idi. Və bir gün, dərsdən evə qayıdarkən qonaq otağımdan yataq otağıma keçirəm və qardaşım mənə deyir: “Burda niyə oturmusan? Mətbəxdə nə olduğunu görmüsən?”. Bu mənim “mustanqım” idi. Mən loterayada iştirak etmədən yaşıl rəngli velosiped udmuşdum.

Mənimki həyat deyil – bir dəlinin yuxularıdır. Bəzən doğrudanda dəliliklər baş verir. Bu yaxınlarda Jorc Martin qonağım oldu. Onunla üç saat söhbətləşdim. Buna örgənmək mümkün deyil. Yaxınlaşınb əlimi sıxıb dedi: “Mən sizinlə tanış olmaqdan böyük şərəf duyuram”, mən isə cavabında: “Bəsdi mənimlə zarafat etdiniz. Siz doğurdan belə düşünürsünüz?” söylədim.

Əgər həddindən artıq çox dramatik rollar oynayıramsa – çox ciddi olmağa başlayıram. Ancaq, komedik rollar çox olursa, darıxıram. Nə ilə məşğul olacağımı düşünürəm. Fikrimcə heç kimin məndən gözləmədiyi rolları oynamaq daha yaxşıdır. İstəyirəm filimlərim insanlara daha yaxın olsun. Mən insanam, dərim nazikdir. Və əgər bunlar filimlərimdən hiss olunursa, bununla fəxr edirəm.

Çoxumuzun axmaq qohumları vardır – bəzilərimiz isə qohumlarımzın gözündə ən axmaq insan rolundayıq.

Adriano Celentano həyat qanunlarıDaniel Craig həyat qanunları

Əvvəlki məqaləKişi burnu ilə cinsi orqanı arasında həqiqətən əlaqə varmış
Növbəti məqaləAvtombil (Boyanma) – Təkrar boyanmış avtomobilin quruması

Fikirlərinizi bildirin.