Jan Klod Vandamın həyat qanunları. Hollivud aktyorunun indi 59 yaşı var.

  • Mənimlə bağlı yalanlar mənə maraqlı deyil.
  • 40 yaşım olan zaman bir anlıq anladım – bir çox mənim pərəstişkarlarımda mənimlə yaşıddırlar.
  • Nəzamansa mənə ulduz vəzifəsi veriblər.
  • İnsanlara elə gəlirki, Staloniyə, Arnolda və mənə səf etmək xüsusiyyəti yaddır. Ancaq səhflərimiz çox olur, sadəcə Hollivudda bizə çox şeyi bağışlayırlar.
  • 10-15 il öncə biz ciddi cəhtlə əzələlərimizi şişirtməli, özümüzü formada saxlamalı və əziyyət çəkərək yaxşı senari axtarmalı olurduq. İndi isə döyüş səhnələri olan kinoların ulduzu olmaq üçün sənə böyük bisepslər gərəkli deyil. Heç sənə yaxşı senaridə lazım olmayacaq. Gərəkli olan yalnız yaşıl ekranla işləmək bacarığı olan yaxşı rejisordur.
  • Fikrimcə ekranların ilk əsl qəhrəmanı Çarli Çaplin olmuşdur.
  • Bunlar artıq məni bezdirib: havada üç dəfə salto vurmaq, düşərkən kiminsə başını əzmək, sonda isə stolun üstə eniş edərək “salam mən Jan Klod Vandamam” demək.
  • Sizə əsl qəlblərə toxuna biləcək filmin nə olduğunu deyim? Çəkiliş zamanı səhnənin üç, dörd, beş dubla (cəhdə) çəkildiyinə örgənmisən. Ancaq, bu zaman sənə yalnız iki dublun olduğu bildirilir. Pis alındı, yaxşı alındı fərq etmir, davam edək. Arxandakı dekorasiya Amerikanı əks etdirir və sən güyakı Amerikalısan, özünü belə göstərməyə cəhd edib danışığını bənzətməyə çalışırsan. Sanki Mayamidəsən. Ancaq özünü bunlara hazırladığın zaman gözlənilmədən yanından “Lada (rus istehsalı olan maşın)” keçir.
  • Bu hamının başına gəlir. Bəzən anlayırsanki, sən senarinin arxasınca getmirsən, senari sənin arxanca gəlir. Nəticədə, sən filmin içində yaşayırsan. Fikrimcə DeNiro ümumiyyətlə senari haqqında düşünmür.

Jan Klod Vandamın həyat qanunları

    • Mən Amerikaya təzə gələn zaman istənilən işlə məşğul olmuşam: limuzin sürücüsü, masaj salonunda çalışmışam, pitza çatdırılması, xalça təmizlənməsi ilə gəlir əldə etmişəm. Bir dəfə mənim limuzinimi iki qadın kirayilədi. Təxmini 40 yaşları olardı. Yol gedərkən onlar məndən soruşurlar: “Sürücü sizdə çeynəməyə nəsə var?” Mən isə: “Hə var – saqqız”. -“Yox biz istəyirdikki ağzımızda nəsə olsun. Özün başa düşürsən yəqin”. Bir sözlə onlar məni pul müqabilində ödənişli istəyirdilər. Ərləri onları Beverli-Hilsə plastik əməliyyat üçün göndərmişdilər. Onlar isə məni istəyirdilər. Ancaq heçnə baş vermədi. Eybəcər idilər.
    • Amerikaya getməmişdən öncə özümlə itimi – Taronu (qara Çau-Çaunu) götürdüm. Və Fransaya dincəlməyə yollandım. Orda parkda bir nəfəri gördüm. Mənə tərəf xüsusi qulluq edilmiş iti ilə addımlayırdı. Olduqca ciddi birinə bənzəyirdi. Mən Taronu özümlə Amerikaya apara bilməyəcəyimi anladığımdan itimi ona təklif etdim. Bir ildən sonra yolum yenidən Fransaya düşdü. Taronun məni tanımaması üçün gözümə eynək taxıb, başıma papaq geyinib və həmin parka yollandım. Yadımda deyil, ya həmin gün, yada ertəsi gün onu gördüm. Başını aşağı salaraq boğazında ip gəzişirdi.

    Öz-özümə dedim: “Sən necə axmaq birisən Jan Klod. Sən yerinə yetməyəcək axmaq bir arzun üçün, Amerikaya getmək xatirinə itini kiməsə verdin. Orda isə səninlə axırıncı adam kimi davranırlar, saatına iki dollar verillər.” Tarona yaxınlaşmaq istədim, ancaq bunu etmədim. Ona əzab yaşatmaq istəmədim.

    Eyni hadisə haçansa sevdiyin qadını illər sonra yenidən görəndədə yaşanır. İndi o sənin üçün yalnız dostdur. Ancaq o bunu anlamır və düşünür ki, hələdə əvvəlki sevgidir. Heçnə etmədim, çöndüm və getdim. Yenidən yarım ildən sonra Fransaya qayıtdıqda isə Tarona artıq ölmüşdü.

  • Həmin vaxt başqa qadına verdiyim tutuquşumda ölmüşdü. O məni çox istəyirdi. Həmişə əlimdə oturmağa və çiynimdə yatmağa çalışırdı. Mən isə onu qadına verdim. Qadın o öləndə bu barədə məni xəbərdar etmək üçün zəng etmədi. İndi bu haqda düşünəndə anlayıram Allha niyə görə mənə bu qədər sınaq yaşadıb. Axı o heyvanları sevir.

    • Məndə fərqli heçnə yoxdur. Sizinlə adi ailədə doğulmuş, adi insanların arasıda yaşayan biri danışır. Məndə nə dərin məna var, nə ağıl, nədə axmaqlıq. Sizinlə sadəcə itləri, evi olan, mütamadi məşq edən və var olduğuna görə sevinən biri danışır.
    • Hələdə özümə sual verirəm: bütün həyatım boyunca nə edə bilmişəm? Anaq cavabım yoxdur.
    • Nə atam, nə anam məni heç vaxt Brusel əzələsi (ləqəbi) deyə çağırmayıblar. Anam məni Siska deyə çağırardı. Atam isə mənə Jan Klod deyərdi. Çox acığım gəlirdi o belə deyəndə.
    • Düşmənlərim yoxdur. Həyat bunun üçün çox qısadır.
    • Siyasət məni maraqlandırmır. 13 yaşımdan məktəbdən uzaqlaşmışam. Yəqinki, həyatda çox şey bilmirəm. Buna görədə prezident seçkilərindən danışmaqdansa gəlin 20 ildən sonra planetimizdə nələr ola biləcəyindən danışaq.
    • Gözləri olmayan şeyləri yeməyə üstünlük verirəm. Göz-qəlbdir. Qəlbi olan şeylər isə çətinki orqanizmə xeyirli olsun.
    • Mən Fidel Kastro deyiləm. 8 saatlıq çıxış mənlik deyil. Ancaq 6 dəqiqəlik söhbəti bacarıram.
    • Həqiqət hər zaman həqiqət olaraq qalır. Heç kim ona qulaq asmağa hazır olmasa belə.
    • Bədənim 30 yaşlı kimi görünür. Üzüm isə 50 yaşlı kimi. Nə edim, küçdə cavan görünmək üçün lüt gəzəsi deyiləmki.
    • Əgər allah sənə gözəl bədən veribsə, sən bu bədəni səliqləsi saxlamağı bacarmalısan.
    • Həyat… Sən sadəcə pəncərəni açırsan və boylanırsan. Küçədə itlər falan görürsən. Nə qədər vaxt keçdi? Saniyə, dəqiqə? Bax həyat budur.

    Jan Klod Vandamın həyat qanunları

    • Narkotiklər sənin həyatında hər şeyin olduğu vaxt peyda olur. Bütün dünyanı öz evin kimi gəzən zaman, bütün bahalı otellərin nömrələrində olduğun vaxt daha çox şeylər istəyirsən. Bir, iki və sən artıq qəfəsdəsən. O zaman özümü zibil kimi hiss etdim. Ancaq, uzaqlaşmaq üçün özümdə güc tapdım. Hara kimi bilmirəm, ancaq inanmaq istərdimki, gücüm çatacaq.
    • Heç vaxt “təslim olmaq” sğzünün mənasını anlamamışam.
    • Oxuduğum ən kamil söz Kano Jiqaroya aitdir. “Əgər yeddi dəfə yıxılmısansa, səkkizinci üçün ayağa qalx”.
    • 37 filmə çəkildikdən sonra özümə dedim: bundan sonra heç vaxt bəyənmədiyim filmə çəkilməyəcəm.
    • Karate dəişət darıxdırıcıdır. Əvvəl texnikanı örgənirsən, sonra özünü bütünlükdə ona verərək irəli gedirsən. Ruhun və cisminlə onunla olursan.
    • Bir çox kultiristlərin problemi yalnız əzələ böyütmək istədikləri üçün idman zalına getməkləridir. Ancaq kiçik matorlu böyük maşının bir önəmi olmur.
    • Bəzən cavablar sənin ağlına suallardan öncə gəlir.
    • Kim çox dalaşırsa rinqin nə olduğunu, kim çox yemək yeyirsə yeməyin nə olduğunu yaxşı bilir. 5 dəfə evli olmuşam, qadınların nə olduqlarını yaxşı bilirəm.
    • Ən axmaq sual: məşq vaxtı nə yeyirəm. İnsanları əlbətdəki.
    • Hansısa işi yekunlaşdırdıqda özümü heç vaxt yorğun hiss etmirəm. Ancaq, iş qurtarmasa yorğun oluram.
    • 24 yaşda hamı həyat enerjisi ilə dolu olur. 23-ündə ölənlərdən başqa.
    • Həyatda ən vacib şey: dəişə bilmədiyin şeyləri olduğu kimi qəbul etməyi bacar.
    • Mən həqiqətən bir Gay-ikonayam. Bunu dəişmək olmur. Deməli geylərin zövqü var. Onlar məni əzələli arxama görə deyil, mən olduğuma görə sevirlər.
    • İnsanları öldürmək axmaqlıqdır. Onlar çox gözəldirlər.

Porno rejisor Erika Lyust-sex, utanmaq və uşaqlar haqqındaQısa BİOQRAFİYA-Sasha Grey (PORNO aktrisa)

Fikirlərinizi bildirin.