İtaliyada boşanmış kişilər üçün sığınacaqlar. İtaliyanı olduqca təəcüb doğuracaq sosial-iqtisadi problem bürüyərək, çıxılmaz vəziyyətə salır: hər il minlərlə kişi boşanma səbəbindən evsiz-eşiksiz və pulsuz qalır. Onların mülkləri və böyük həcimdə aliment ödənişləri həyat yoldaşlarına verilir. Nəticədə bir çox qurumlar tərəfindən İtaliya kişilərinə köməklik göstərilməsi ilə bağlı layihələr düşünülür və hazırlanır. Belə ki, bir-birinin ardından boşanmış, kimsəsiz kişilər üçün sığınacaqlar açılır. Bu barədə İtaliya dərgisi La Repubblica məlumat vermişdir.

Problemlərlə üzləşən kişilər “yeni yoxsullar” deyə adlandırılırlar. Onların yüksək təhsili, uğurlu işi, işləmək həvəsi olduğundan ziyan görmüş kişiləri “tam yoxsul” adlandırmaq da düzgün olmazdı.
Qeyd edək ki, İtaliyada boşanma prosesi çox çətin proses hesab edilir. Nadir hallarda üç ildən az müddətə yekunlaşır. Lakin, boşanmaq istəyənlərin sayı olduqca çoxdur. Statistik məlumatlara əsasən kişilərin çox hissəsi boşanma çəkişməsindən sonra müflis olurlar. 57% hallarda əmlak uşaqlar himayəsində qaldığına görə qadına keçir. 94% hallarda isə kişi həm uşaqlara görə, həmdə qadına görə aliment ödəmək məcburiyyətində olur. Belə ki, qadın uşaqlarla birlikdə örgəşdiyi şəraitdə yaşamağa davam etməli və heç bir şeydə ehtiyac hiss etməməlidirlər. Yəni, bu halda qadın uşaqlar üçün uyğun həyat səviyyəsini təmin etmiş olar.

İtaliyada boşanmış kişilər üçün sığınacaqlar
Nəticədə boşanmış kişi orta hesabla hər ay keçmiş həyat yoldaşına 1000 avro ödəməli olur. Mənzil ipoteka krediti ilə götürülmüşsə, məbləğ hər ay üçün 1500 avroya yüksələ bilər. Ödənişlərin məbləği kişinin işləyib-işləməməsindən aslı deyil. Ölkənin bir çox çalışan kişiləri üçün ödəniş həddi yuxarı hesab edilir. Daimi işi olmayanlar isə ümumiyyətlə qəliz vəziyyətlə üzləşirlər.

Lakin, qanun qanundur. Nəticədə aliment ödəyənlərin özlərinə ayrı mənzil kirayələməsi üçün imkanları çatmır. Ən yaxşı halda dostlarının, tanışlarının evində, ən pis halda isə maşında və ya ümumiyyətlə küçədə yatmalı olurlar. Bu kimi dramatik tarixçələrin sayı il keçdikcə artmaqdadır.

Nəticədə son illər ərzində İtaliyada Boşanmış Kişilər Assosiyası yaranmışdır. Təşkilat ciddi cəhtlə dövlətin fikrini bu sosial problemə yönəltmək istəyir. Sayın çoxalması daha acınacaqlı halların olacağından xəbər verir.

Artıq İtaliyada sığınacaqlar tam gücü ilə işləyir. Cənubdan Turindən Nepola qədər əhatə edərək şimala qədər davam edir. Bu kimi yerləri könüllülər və xristian icmaları təklif edir. Misal olaraq Bolondakı sığınacağı tezliklə mafianın əlindən alaraq qonaqların rahatlığı üçün uyğun vəziyyətə gətirilmişdir. Yataqxanada istifadəçilər üçün bir neçə yataq otağı, studia oturma otağı, uşaqlarla görüş üçün xüsusi otaq, hətda hovuzda mövcutdur. Bu cür şərait həm yalnız ataları bayırda gecələməkdən qoruyur, həm də uşaqları ilə uyğun yerdə zaman keçirməyə imkan yaradır. Eyni zamanda mərkəzlərdə boşanmış şəxslərə ödənişsiz məsləhət verə biləcək, həyatlarını normaya salmaq üçün yol göstərəcək psixoloqlar fəaliyyət göstərir. Yekun nəticədə yalnız kişilərin müstəqil yaşaması üçün onları hazırlamağa çalışılır.


Yataqxana qonaqlarının sözlərinə görə onlar burda o qədərdə rahat olmurlar. Çünki, ayağa qalxmaq üçün yalnız bir il verilir. Məhs bir ildən sonra onlar daimi iş tapmalı, şəxsi evə sahib olmalı və yataqxananı tərk etməldirilər.
İtaliya höküməti problemlərin qarşısını almaq üçün boşanma zamanı cütlüklər arasında kişinin maddi imkanın zəif olması, onun yaşı, ailəyə görə etdiyi imtinalar kimi nüyansların qanunvericilikdə nəzərə alınması haqda düşünürlər.
Əmək isnpeksiyasının (İspettorato del lavoro) məlumatına görə 2017-ci ildə 29 879 qadın və 7 859 kişi iş yerindən ailə ilə işi uyğunlaşdıra bilməməsi səbəbindən kənarlaşmışdır. Digər sözlə desək, İtaliyada hər 5 nəfərdən bir kişi uşağa görə işdən imtina etməli olmuşdur. Bu rəqəmlər höküməti ciddi düşünməyə vadar edir.

Evli kişilər daha uzun ömürlü olurlarKişi qarderobunda səhvlər

Fikirlərinizi bildirin.