5 avqust tarixi təntənə ilə qeyd edilir – Məhs bu gün ilk elektrik işıqfor ixtira edilmişdir.

İşıqfor necə kəşf edilib: maraqlı faktlar. Amerika birinci dünya müharibəsindən sonra … Bu amerikanın tarixində ən gözəl illər hesab edilir. İqtisadiyyat durmadan inkişaf edirdi, hər an nələrsə ixtira edilirdi – sex, Jazz və boks hər kəsi maraqlandırmağa başlamışdı. Nyu-York məhs bizim tanıdığımız Nyu-Yorka dönüşürdü. Avtomobillər yüksək imkan göstəricisi deyil, əlçatan nəqliyyat vaistəsinə çevrilirdi. Həmin illərdə Henri Ford öz məşhur modeli olan Ford T-ni konveyrə ötürmüşdür. 1916-cı ildə Ford T ortalama 440 dollara satılırdı. Nəzərə alınki, o zaman Ford zavodunda çalışan fəhlə aya 100 dollar nəvacib alırdı. Nəticədə qısa zamanda amerikada maşınların çox olduğu lakin, bunun üçün uyğun infrastrukturun olmadığı müəyyənləşdi. Təsəvvür etmək çətin olsada, o zamanlar amerikada nəyinki sürətli avtomagistral yollar, hətda işıqforlar belə mövcut deyildi.

İşıqfor necə kəşf edilib: maraqlı faktlar

20-ci illərin əvvəllərinə qədər Nyu-Yorkun küçələri maşınlarla doldu.

İlk işıqforun 1868-cildə Londonda ixtira olunduğu fikri qəbul edilmişdir. Lakin, əslində bu belə deyil. Böyük Britanyanın paytaxdında palamentin qarşısında həmin ildə daha dəqiq desək semafor quraşıdırlmışdır. Bir növ dəmir yollarında istifadə olunan vasitəyə daha çox bənzəyirdi. İki böyük oxa mailk idi ki, onlarda əllə ya horziontal, yada 45 dərəcə bucaq altında qaldırılırdı. Birinci halda siqnal “dayan” mənasını, ikinci halda isə “diqqət” mənasını verirdı. Bu semofor işığa sahib olsada, qaranlıqda qaz fənəri ilə çalışırdı. Nəticədə ya qırmızı, yada yaşıl rəng saçırdı. Lakin, 1869-cu ildə fənər partlayaraq, yaxınlıqda dayanan polis işçisini zədələmişdir.

O zamanlar 5-ci avenyu küçəsi Nyu-Yorkun ən işlək küçəsi hesab edilirdi. Məhs orda ilk yarı avtomatlaşdırılmış işıqforun quraşdırılması qərarı verildi. Onlar boyuk quraşdırılmış tikili idi və içində polis işçiləri əyləşirdi. Bu cür hündür tikililər 1929-cu ildə etibarən Nyu-York küçələrində görünməyə başladı.

Lakin, eyni uğurla işıqforun icadçılarını qədim Vavilon cammatını da saymaq olar. Bəzi mənbələrə əsasən eramızdan əvvəl 1973-1750-ci illərdə hakimiyyətdə olan şah Hammurapiqulları gecə vaxtları çiyinlərinə bu kimi vasitələri geyinməyi məcbur edirdi. Vaistələrin sonluqlarında iki fincan bağlanmışdı. Bu fincaların içində olan neftin yandırılması ilə yolda hərəkət edənləri məlumatlandırmaq olurdu.

Əsl işıqfor isə, 1914-cü ilin 5 avqust tarixində Amerikada Klivlenddə Ceyms Hoqonun kəşfi olan yarım avtomat işıqforların quraşıdırlması ilə tarixə yazıldı. Bu işıqforlar qırmızı və yaşıl siqanallarla təmin edilmişdir. Həmin illərdə Klivlentdə maşınlar çox olmadığından hakimiyyət nümayəndələri və əhali işıqforun nə üçün lazımlı olduğunu tam olaraq anlamırdılar. O zamanlar Ford T modeli hələ amerika küçələrini doldura bilməmişdir. Altı il sonra isə Detroyd artıq motorlar şəhəri adlandırılmağa başladı. O zamanlar böyük tıxaclar yaranırdı. Yol düzəminə və idarə etməsinə baxan polislər artıq çatdırmırdılar. Nəticədə 1920-ci ildə Detroydin polis məmuru Uilyam Pottos öz şəxsi vəsaitini nəqliyyat infrostrukturuna yönəltmiş və 37 dollar xərcləyərək ilk işıqforun işıq xətlərini düzəltdirmişdir. Və ilk işıqfor Vudvord və Miçiqan avenyunun kəsişməsində quraşdırılmışdır. Bu zaman onun artıq üç rəngi mövcut idi: qırmızı və yaşıl rəngə sarı rəngdə əlavə edildiki, bu da sürücüləri piyadalarla bağlı məlumatlandırmaq üçün nəzərdə tutuldu.

Bu addımdan sonra Uilyam Pottosu “Mister işıqfor” deyə adlandırmağa başladılar.

Həmin ildə işıqforlar Nyu-York küçələrində quraşdırıldı və burada onlar özlərinin ən yaxşı tərəflərini göstərdi. Əminliklə demək olar ki, məhs Nyu-Yorkdan başlayara işıqforlar dünyanı ram etməyə başladılar. Əgər işıqforlardan əvvəl beşinci avenyuda 57-ci küçədən 37-ci küçə arasındakı məsafəni 40 dəqiqəyə qət etmək lazım idisə, sonradan 10 dəqiqəyə qədər azaldıldı. Əlbətdəki, bəzi çatışmamazlıqlarda mövcud idi. İlk olaraq onlar küçənin mərkəzində quraşıdırılırdı və hərəkətə mane olurdu, ikinci isə, daha ciddi problem, hər bir işıqfor adam tələb edirdi. 20-ci illərin ortalarında Nyu-Yorkun polislərinin 10%-nin işi yolun hərəkətini idarə etməkdən ibarət idi.

İşıqfor necə kəşf edilib: maraqlı faktlar

İşıqforlardan öncə polislər əlləri ilə yolu qaydaya salmağa məcbur idilər. Bunun üçün xüsusi dəmirlərdən, lövhələrdən hətda fənərlərdən belə istifadə etməli olurdular.

1923-cü ildə qaradərili ixtiraçı Qerret Morqan ilk avtomatik işıqforun patentini əldə etdi.

Bu işıqforda işıqlar özü bir-birini əvəzliyə bilirdi. Bu kəşfin sayəsində yol hərəkəti polislərdən və sürücülərdən aslı vəziyyətdə olmadı. Bir sözlə hamı qanun qarşısında eynidir və heç bir ayrı seçkilikdən söhbət gedə bilməz. Maraqlısı bilirsiz nədədir? Morqan öz potentinidə 5 avqust tarixində qeydiyyatdan keçirdi. Bu kəşfə onun gözü qarşısında baş verən qorxulu avtoqəza səbəb oldu.

Bəzi mənbələrə görə Qerret Morqan kəşfindən sonra varlanmağa başlamışdır. Lakin, bu heçdə belə deyil. Morqan işıqfordan öncə varlanmışdı artıq. Öz ilk kapitalını saç üçün kosmetik vaistələrdən əldə etmişdir. 13 oktyabr 1914-cü ildə Morqan ilk əlehqaz patentini də qeydiyyatdan keçirə bilmişdir. Öz işıqfor potentini isə Morqan General Electric konserninə o zamanlar 40 000 dollara satmışdır.

1923-cü ildə ABŞ-da orta hesabla 50 müxtəlif tip işıqforlar mövcut idi. Lakin, Morqan kəşfi o qədər sadə variant idi ki, demək olar bütün növləri geridə qoydu. İndiki dövrdə belə işıqforlar eyni sxemaya əsasən hazırlanır.

İşıqfor necə kəşf edilib: maraqlı faktlar

20-ci illərin ortalarında ABŞ-da fərqli konstruksiyaya malik 50-dən çox işıqfor istehsalına başlanıldı. Misal olaraq, Attica Traffic Signal Company şirkəti ışıqlar yandıqdan sonra geri sayım imkanı olan işıqforlar təklif etməyə başladı. Bir çox avto magistral yollarda bunlardan indidə istifadə edilir.

Yaponyada uzun müddət boyunca işıqforlarda yaşıl rəng əzəvinə göy rəngdən istifadə edilirdi.

Son 100 il ərzində işıqforlar daima inkişaf etdirilərək daha çox əraziləri əhatə etməyə başlamışdır. Daha qəliz və daha rahat növləri istehsal olunmağa başladı. Hal-hazırda velisoped sürənlər, piyadalar, tramvaylar, hətda atlar üçün də işıqforlar mövcutdur.

İşıqfor necə kəşf edilib: maraqlı faktlar

Ən böyük işıqfor hal-hazırda Londonda yerləşir. Düzünü desək bu “işıqfor ağac”-dır. Bu işıqfor heç bir önəm daşımır, sadəcə nəqliyyat xaosuna qalibiyyətin simvolu olaraq quraşdırılıb. Ağacın hündürlüyü 8 metr olmaqla 75 işıqforu özündə birləşdirir. Bir komputerlə idarə edilir.

Son 100 ilin ən gözəl avtomobilləriAvtomobilinizdə ideal təmizliyi təmin edəcək 14 hiylə

Fikirlərinizi bildirin.