İntim tatoolar nədir və nəyə lazımdır? Bu gün sizinlə dəbdə olan yeni trend haqqında danışmaq istərdik. Bu haqda düşünmək bəziləri üçün qorxunc, bəziləri üçün isə soruşmaq belə utancvericidir.

Buna baxmayaraq intim tatoolar lətifələrdən başqa türmə həyatında da rast gəlinir. Real həyatda isə son dönəmlərdə daha çox məşhurluq qazanır. Son illər ümumiyyətlə tatoonun daha çox reklam olunduğu vaxtlarda insanlar əllərində, qollarında, ayaqlarında, sinələrində tatoo etdirməyi artıq darıxdırıcılıq və adi hal hesab edirlər. Bəziləri daha da irəli gedərək bədənlərinin intim hissələrində tatoo etdirmək fikrinə gəlirlər. Qeyd edək ki, tatoo alətləri də olduqca müasirləşmişdir. Cihazlar ən zərif dəri hissəsində belə düzgün, ləkəsiz, ideal şəkil çəkməyə imkan yaradır.

Düzdür, intim tatooya hələ də az rast gəlinməkdədir. Bunu adətən artıq xeyli sayda rəsm çəkdirənlər edirlər. Necə deyərlər, tatoonun acısını yalnız tatoo çəkdirənlər yaxşı bilər. Ancaq, trend sürətlə məşhurluq qazanır. Bizim  bu cür yeniliyin nə dərəcədə gərəkli olduğu və hansı dərəcədə ağrı verə biləcəyi ilə bağlı suallarımız yarandı. Nəticədə suallarımızın cavablarını bu sahədə təcrübəsi olan mütəxəsislərdə axtarmaqda çalışdıq.

Gəlin birlikdə özü də bədəninin intim hissəsində tatoo çəkdirən tatoo ustasının cavabları ilə tanış olaq.

Əsas sual: intim tatoolar ifadəsində intim deyərkən tam olaraq bədənin hansı hissəsi nəzərdə tutulur? Yəni bir başa penisi nəzərdə tutursunuz?

-Bəli, məhs ora. Ancaq ümumiyyətlə əgər tatoo cinsi orqanın ətrafında yerləşirsə, bu da intim tatoo hesab edilir. Bu cür tatoolar kişilər kimi qadınlar arasında da olduqca məşhurdur.

Bəs insanlar nəyə görə bunu edirlər? Onlar heç səbəblərini dilə gətirirlər?

-Müxtəlif səbəblərə görə. Birinci özləri üçün edirlər, özlərini daha inamlı hiss edirlər. İkincisi isə gözəllik üçün. Necə deyərlər dondurmanın üzərində meyvə giləsi kimi. Kimlərsə isə portnyorunun diqqətini qazanmaq istəyir: intim tatoolar sexsual həyatı rəngarəng etməyə yardımçı olur. Yeni hislər və həyəcan qatır.

İntim tatoolar nədir və nəyə lazımdır

Əlbətdəki gözəllik qurban tələb edir. Ancaq qurbanın dərəcəsi nə dərəcədədir? Bu nə qədər ağrılıdır?

-İntim hissələrin tatooları əllərə və əyaqlara nisbətən daha həssasdır. Cinsi orqanın üzərini örtmüş dəri daha nazik və incədir. Bu səbəbdən də piqmentin yeridilməsi prosesi hiss ediləcək dərəcədə diskomfort hissi bəxş edir.

Lakin, məndə misal olaraq  tamami ilə fərqli təcrübə yaşanmışdır. Mən bir qıza pişik rəsimli tatoo edərkən o demək olar ki, heçnə hiss etmədi. Onun sözlərinə görə prosedur tüklərin epilyasiyasına bənzəyirdi.

Cinsi orqan ətrafı aydındır. Bəs penislə necə? Tatoo onun adi halında edilir? Bəs ereksiya baş verən zaman bu necə görünür?

-İstənilən şəklin eskizi yarım ereksiya vəziyyətində olan penisin üzərində edilir. Tatoonun özü orqanın yarımsakit vəziyyətində aparılır. Çəkilən zaman usta tərəfindən dəri bacardıqca dartılır. Əgər hər şey bu senari üzrə davam etdirilsə, sonradan cinsi orqan tam ereksiya halında olanda belə tatoo olduqca səliqəli görünür.

Ancaq, praktikada ideal senariyə riaət etmək olduqca çətindir. Bir çox hallarda tatoo ehtiraslanma yaşanmamış vəziyyətdə çəkilir. Buna görə də, heç kim müştəriyə şəklin tam dəqiq alınacağı ilə bağlı zaminlik verə bilməz. Bu cür tatoolar yalnız mütəxəsislərə etibar edilməlidir.

Bu cür tatoolar necə sağalır? Nə zaman bədənin ziyan görmüş hissəsini məqsədə uyğun şəkildə işlətmək mümkündür?

-İntim tatoolar olduqca çətinliklə sağalır. Bu səbəbdən də ustanın bütün məsləhətləri nəzərə alınaraq xüsusi qulluq olunmalıdır. Xüsusi kremlər çəkilib, sakitlik təmin edilməlidir. Təzə çəkilmiş tatoodan sonra intim əlaqə yol verilməzdir. Sağalma prosesi təxmini iki həfdə davam edir.

Futbolçuların ən qeri-adi tatoolarıLizbilərdən kişilər üçün sex məsləhətləri

Fikirlərinizi bildirin.