İntim gigiena barədə 6 məsləhət. Biz əminik ki, siz bu barədə yaxşı məlumatlısınız. Bəlkədə siz elə düşünürsünüzki, yaxşı məlumatlısınız. İstənilən halda beş dəqiqənizi ayıraraq bəzi şeyləri təkrarən nəzərdən keçirməyə çalışın. Bəlkədə siz sağlamlığınızı ciddi risk altına almış olursunuz.

Tam qurulayın

Kişi cinsi orqanının dərisi digər bədən hissələri kimi eyni diqqətə ehtiyac duyur. Yəni, gündəlik duş almaq yetərli ola bilir. Cinsi orqan ətrafında normadan artıq nəm qıcıqlanmalara səbəb ola bilər. Buna görə də, duşdan sonra quruluğuna əmin olun. Cinsi əlaqədən öncə və ondan sonra da penisin təmizliyi daim diqqətdə saxlanılmalıdır. Əlbətdə cinsi orqanların gigienasına həssaslıqla yanaşmaq mümkün infeksiyalardan sizi tam qorumasa da yaranma riskini ciddi şəkildə azalda bilər. Duşda olarkən sabun və su sizə tam kifayət edər.

Düzgün alt geyimi geyinin

Alt geyimini hər gün dəyişmək mütləqdir. Bu yarana biləcək infeksiya hallarının qarşısını ala bilər. Eyni zamanda dərinin həssaslığı aradan qalxar, qoxu gəlməz. Lakin, gün ərzində geyimin dəyişməsinə bir neçə dəfə ehtiyac duyula bilər. Bu hal adətən fiziki məşqlərdən sonra baş verir. Gündəlik aktiv həyat tərzinə pampıq parçalardan geyimlər uyğun hesab edilir. Lakin, idmanla məşğul olacaqsınızsa, sintetik materiallara üstünlük verin. O tərləmədən sonra nəmliliyi tez qurudur.

Özünüzü barmaqlarınızla yoxlayın

Şişmələr, qızartılar, soyuqdəymələr və səpkilər venerik, xərçəng və digər ağır xəstəliklərə səbəb ola bilər. İstənilən narahatlıq hallarında həkim qəbuluna yazılın. Ən azından xəstəliyin qarşısını almaq sonradan onu müalicə etməkdən daha rahatdır.

Həkimi ziyarət edin və ona yalan danışmayın

Hər il sizə yaxın tibb məntəqəsində müayinə olunmaq ideal proflaktik tədbir hesab oluna bilər. Unutmayın ki, öz sexual münasibətlərinizlə bağlı həkimlə səmimi olmasanız onun sizə kömək etməsi qəliz məsələdir. Aktiv cinsi münasibətlər yaşayan istənilən şəxs müxtəlif xəstəliklərlə bağlı daim analizlərdən keçməlidir. Bu halda onun sex zamanı qorunub-qorunmamasının önəmi yoxdur.

Nisbətən boş geyimlər geyinin

Dar geyimlər və isinmə – bakteriaların inkişafı üçün ideal ortam hesab edilir. Nəticədə infeksiyalar yarana bilir. Havalandırıcı geyimlərə üstünlük verin. Razıyıq, idman geyimlərində bunu etmək o qədər də mümkün olmur. Buna görə də, məşqdən sonra duşa yollanın və alt geyiminizi dəyişin. Ciddi şəkildə yuduqdan sonra yenidən növbəti məşqlərdə geyinə bilərsiniz.

Sünnət olunmuş ya olunmamış, qadın üçün fərq nədədir?Üz təmizlənməsi üçün 15 aspirinli maska

Fikirlərinizi bildirin.