İnsan DNK-sı haqqında 10 qəribə fakt. 1953-cü ilin 25 aprel tarixində Britaniya bioloqları Ceyms Uotson və Frensis Crik DNK molekullarının kimyəvi strukturunu açmışlar. Biz günümüzdə onu iki qat spiral kimi tanıyırıq. O dövürdən etibarən həmin gün “Ümumdünya DNK günü” kimi qeyd olunur.

DNK və ya dezoksiribonuklion turşusu canlı varlığın genetik tərkibini kodlaşdırır. DNK haqqında saysız-hesabsız maraqlı faktlar mövcutdur. Bu gün sizin üçün insan DNK-sı ilə bağlı 10 maraqlı faktı toplamışıq. Bunlar olduqca önəmli və maraqlı qeydlərdir.

Bəzi insanların ciddi şəkildə brokkoli sevməməsinin əsası varmış.

Axırki, alimlər bəzi insanların brokkoli sevməməsi səbəblərini örgənmişlər. Müəyyən olmuşdur ki, brassica növündən olan tərəvəzlər (brokkoli və kələm) feniltiokarbamid kimi kimyəvi tərkibə sahibdir. Bu kimyəvi maddə insanın genetikasından və dad reseptorlarından aslı olaraq tərəvəzə müxtəlif dad verə bilər. Nəticədə, tərəvəzlər ağız dadı üçün acı və ya xoşa gəlməz olur.

Genlər sizə uzun müddət yaşamağa mane ola bilər.

Bioloqların fikrincə bizim həyatda yaşamaq müddətimizin müəyyən həddi mövcutdur. Onların sözlərinə görə bütün canlılar eyni zamanda insanlar öncədən müəyyən olunmuş müddət ərzində həyat yaşayırlar. Sağlam yaşam tərəvəzi və keyfiyyətli tibbi yardım olmasına baxmayaraq təbiəti aldatmaq mümkün deyil. Ən təhlükəli hal isə DNK zədələnməsi hesab edilir. Bu günkü günə uzun ömürlülük rekordu 122 il yaşaya bilmiş Janna Kelmetə aitdir.

Əkizlər eyni DNK koduna sahibdirlər. Buna baxmayaraq bir-birlərindən çox fərqlənə bilərlər.

Əkizlər bir çox hallarda eyni DNK kodu daşıyırlar. Bir sözlə bir-birilərinin kopyasıdırlar. Buna baxmayaraq, bir çox hallarda fərqlənirlər. Eyni DNK-ya sahibdirlərsə, bu necə ola bilər? Məsələ ana bətnində olan zaman uşaqların fərqli miqdarda qida maddələri qəbul etməsindədir. Məhs bu səbəbdən əkizlərdə boy fərqi ola bilir. Eyni zamanda doğuşdan sonra ətraf mühütün təsiri ilə əlaqədar olaraq uşaqlarda müxtəlif inkişaf sikli mövcud ola bilər.

İncəsənətə meyillilik sizin DNK-nızla bağlı ola bilər.

Alimlərin fikrincə incəsənət zövqü məhs DNK ilə, gendəki nüyanslarla bağlıdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, incəsənət adamlarının beyin funksiyaları olduqca oxşardır. Onlar eyni zamanda öz hislərini və emosiyalarını daha yaxşı nümayiş etdirə bilirlər.

İnsan DNK-sı haqqında 10 qəribə fakt

İnsanlar çox oxşardılar.

Bilirdinizmi, bütün insanlar bir-birilərinə bənzəyirlər? Misal olaraq bizim hamımızın DNK məlumatlarının 99.9%-i eynidir. Bu əsasən genimizin heyvanlarla bir çox funksiyaları təkrarladığı ilə bağlıdır. Yerdə qalan 0,01% DNK bizim hansı xəstəliklərə meyilli olmağımızı, eyni zamanda saç və göz rəngini müəyyənləşdirir. Demək, fərqliliyimiz çox az faiz səbəbindən baş verir.

Ən fərqli kənarlaşmalar genetik mutasiyaya görə baş verir.

Bəzən düzgün funksiyalaşmamış genlər insan görünüşünün normadan artıq fərqlənməyinə səbəb ola bilər. Ancaq, bu dəyişikliklər heçdə həmişə fərqli yöndə olmur. Misal olaraq, Elizabet Teylor öz uzun və xoş kiprikləri ilə seçilib. Onun kipriklərinin uzun olması genetik mutasiya ilə bağlıdır.

İki DNK nəticəsinə eyni zamanda sahib olmaq mümkündür.

Yunan mifalogiyasında iki DNK nəticəsinin cəmlənməsindən yaranan canlıları himerlər adlandırırdılar. Bu termin sankı şirlə keçinin və əjdahanın birləşəmsi anlamına gəlir. Himerlər daha çox sümük iliyinin kğçürülməsi zamanı yaran bilir.

Sizin DNK-nızda köhnə virusların qalıqları mövcutdur. Əcdadlarınızın tutduqları viruslar.

Bizin DNK-mızın 5-8%-i viruslardan ibarətdir. Bu virusların bir hissəsi bizim ətraf mühitə adaptasiya olunmamız üçün gərəklidir. Eyni zamanda, onlar bizi virusa yoluxmaqdan qoruyur. Digər hissə isə əcdadlarımızın yaşadığı xəstəliklərdən yadigardır.

Bizim DNK-lar bir çox bitki və heyvanların genləri ilə oxşardır.

Dünyada olan bütün canlıların genlərində müəyyən qədər oxşarlıq mövcutdur. Alimlərin fikrincə bunun səbəbi eyni yerdən yaranmağımızla bağlıdır. Genetikamızın 96%-i şampanzenin genetikasına bərabərdir. 90%-i pişiklərin, 80%-i inəklərin, 60%-ə qədəri meyvələrin, 60%-i bananın.

İnsanın DNK-sında bütün həyatı boyunca milionlarla genetik mutasiya baş verə bilir.

İnsanın həyatında təxmini 10 000-ə yaxın DNK mutasiyası baş verir. Bizim orqanizmimiz bunların çoxusunu sağalda və dəff edə bilir. Ancaq, bəzən gücü çatmır. Misal olaraq, dəyişikliklər və zədələnmələr çox olarsa və orqanizm bunun qarşısında aciz qalarsa, nəticədə müxtəlif ciddi xəstəliklər, eyni zamanda xərçəng problemi yarana bilər. Bu mutasiyalar adətən ətraf mühütün təsiri nəticəsində yaranır. Misal olaraq: ultrabənövşəyi şüalar, kimyəvi maddələr, ətraf mühitin çirklənməsi və s.

Kişilərə qarşı allergiyaPotensiya ilə bağlı çətinlik?İçkidən sonra baş ağrılarından qutarmağın yolları

Fikirlərinizi bildirin.