İmmuniteti gücləndirən 5 kokteyl. Təbii içkilər arasında ən çox bəyənilənlər meyvə, tərəvəz kokteylləri, smuzilər hesab edilir. Bir qayda olaraq onları hazırlamaq olduqca tez və rahat olur.

Heç kim üçün sirr deyil ki, artıq çəkilərdən qurtarmağın ən düzgün yolu gündəlik qida rasionunda xeyirli ərzaqları ixtisar edərək kalori miqdarını azaltmaqdır. İdmanla məşğul olduqda isə bu cür yanaşma ümumiyyətlə gözəl nəticələr verir. Sağlamlığın səviyyəsi yüksəlir, bədənin dözümlülüyü yaxşılaşır.

Düzgün qidalanma ilk öncə balanslaşdırılmış qidalanma, tərkibində meyvələr, tərəvəzlər, ət, balıq və digər ərzaqlar aid edilmiş fərqli rasion hesab edilir.

Hər gün təbii sıxılmış şirə içmək üçün sizə mütləq qaydada elektrik şirəçəkən gərəkli olacaq. Əlbətdə, siz bu prosesi əllə və ya sosial mediada göstərilən digər vaistələrlədə edə bilərsiniz. Lakin, burda məsələ vaxt itkisinin baş verməsindən gedir.

Vitaminlərin və xeyirli mikroelementlərin əsas mənbəyi aşağıdakılar hesab edilir:


Nanə əlavəli alma-kök şirəsi

Bu məşhur və çoxdan tanınan içkidən görmə qabiliyyətindən əziyyət çəkən və ya narahatlıq hiss edən insanların istifadə etməsi məsləhət görülür.

Tərkibində xeyli miqdarda Beta-karotin § mövcutdur. Nəticədə orqanizm təmizlənir, müxtəlif infeksiyalı xəstəliklərdən azad olur.


Pulpa ilə balqabaq şirəsi

Bu şirə təbii vitamin çəlləyi hesab edilir. Spesifik içkinin dadına ilk başda örgənmək sizə çətin ola bilər, ancaq bunu ən azından proflaktik məqsədlər üçün etməyə dəyər. Balqabaq şirəsi maddələr mübadiləsində iştirak edən orqanlarda və genitoriya (cinsi orqanın fəaliyyəti ilə bağlı) sistemində baş verə biləcək problemlərin qarşısını alır.

İmmuniteti gücləndirən 5 kokteyl
Xiyar şirəsi

İçki daxilə qəbul və kompress maskalar üçün çox xeyirlidir. Onu əsasən dəridə peqment ləkələrinin aradan qaldırılması üçün və dəri quruluğunun normadan artıq olması zamanı istifadə edirlər.

İmmuniteti gücləndirən 5 kokteyl
Laym şirəsi

Təbii immunomodulyator hesab edilir. Ürək, qan-damar sistemi, nəfəs yollarının proflaktikası üçün istifadə edilir.

İmmuniteti gücləndirən 5 kokteyl
Pomidor şirəsi

Duzsuz təbii sıxılmış şirə pəhriz normalarını ideal saxlamaq istəyən insanlar üçün məsləhətli hesab edilir. Minimum kalorili olmasına baxmayaraq, müvəqqəti toxluq hissi yaradır.

Bir sözlə bütün meyvə və tərəvəz şirələri artıq çəkidən azad olmaq istəyən, orqanizminin dayanıqlılığını qorumağa çalışanlar, səhətinin qeydinə qalanlar, metobolizmini yüksəldənlər, daxili orqanlarının vəziyyətini yaxşılaşdırmaq niyyətində olanlar üçün ideal seçimdir.

Vitaminlər haqqında 9 mif. İllərdir bunu doğru bilirdikDepressiyanı artıran 5 ərzaqHəblərsiz potensiyanın artırılmasının 8 üsulu

Fikirlərinizi bildirin.