İmkanlı və kasıb kişilərin qadın seçimi

1795
İmkanlı və kasıb kişilərin qadın seçimi

İmkanlı və kasıb kişilərin qadın seçimi. Axırki alimlər xeyli fikirlərdən və araşdırmalardan sonra imkanlı və kasıb kişilərin qadın seçimi ilə bağlı yekun qənayətə gələ bilmişlər. Seçim zamanı hansı xüsusiyyətlərə diqqət yetirilir və “yaxşı köklərə sahib” insan anlayışı bu halda nə kimi rola malikdir?

Artıq imkanlı idmançıların, aktyorların və biznesmenlərin model görünüşlü qızlarla birlikdə gəzmələrinə örgənmişik. İndi isə çinli alimlər araşdırma aparmış və maraqlı qənayətləri açıqlamışlar: kişinin imkana sahib olması onu daha xöşagəlimli edir, qadın gözəlliyini daha dərin anlamağa zəmin yaradır. Uzunmüddətli əməyin nəticələri ilə Frontiers in Psychology dərgisindən tanış olmaq mümkündür.

Pekin universitetinin psixoloq qrupu 73 oğlan və 48 qız olmaqla tələbələrin iştirakı ilə ard-arda iki eksperiment keçirmişlər. Onların hər biri stabil hetrosexsual (qadın+kişi) münasibət yaşayanlardırlar. Könüllülərdən yaxşı imkana, sonra isə zəif imkana sahib olduqlarına inanmağı xahiş edirlər. Bundan sonra gənclər düşündükləri maddi rifahları haqqında qısa məzmunlu hekayə yazmalı olurlar.

Bir neçə gün sonra isə tələbələr mahiyyətini və səbəbini anlamadan yeni eksperimentə dəvət alırlar. Onlara uydurma hekayələr danışaraq inandırmağa çalışırlar. Hər birinə əks cinsin nümayəndələrinin şəkilləri paylanılır və xarici görünüşə görə qiymətləndirmələri tələb edilir. Əgər bir insan digərini şəkildən bəyənərsə, bu halda üç dəqiqə müddətində ünsiyyətdə olmaq imkanı yaradılır.

Sonucda tələbə tanımadığı insana yaxın əyləşirsə və olduqca məmnun görünürsə, deməli münasibətlərə başlamaq üçün hazırdır.

Gedişat zamanı alimlərin gəldikləri qənayətlərə görə: maddi baxımdan özlərini rahat hiss edən kişilər və qadınlar yeni münasibətlərə strat verməkdə daha maraqlı görünürlər. Ümumilikdə kişilər özlərini daha aktiv aparır, qadınlara daha yaxın əyləşməyə cəht göstərirlər.

Bundan başqa, iştirakçılardan seçdikləri insanın xarici görünüşündən nə dərəcədə razı olub-olmadıqları soruşulur.

Məlim olur ki, əgər kişi özünü daha imkanlı hesab edirsə, qarşısındakı xanımın gözəlliyindən məmnun qala bilmir. Əksinə, maddi imkanı zəif kişilər isə qarşı tərəfin görünüşünü bəyəndiklərini söyləyirlər. Maraqlı məqam ondadır ki, sözü gedən hal yalnız kişilərdə rast gəlinir. Yəni, qadınlar arasında kişi seçimi zamanı heç bir fərqə rast gəlinmir.

Müəlliflərin sözlərinə görə, araşdırmaların nəticəsində insanın ətraf təsirlər səbəbindən münasibətlərini dəyişməsi halı baş verdiyi müəyyən edilmişdir.

Budəfəki təhlillər bundan əvvəlki dövrü əhatə etmiş təhlillərlə demək olar ki, eynidir. Əvvəlki təhlillərdə imkanlı qadınların imkanlaşdıqdan sonra seçdikləri kişilərin xarici görünüşləri ilə bağlı fikirlərində dəyişiklik olmadığı sübuta yetiilmişdir. Bu fonemeni bir növ Triversin valideyin nəziəriyyəsi ilə əlaqələndirmək olar.

Nəzəriyyəyə əsasən kişilər və qadınların qarşı tərəfin xarici görünüşünə münasibətləri onların gələcək övladlarına az və ya çox zaman ayırmaları ilə əlaqəlidir.

Qadınlar uşaqları bətinlərində gəzdirdiklərindən və ilk illərində ona qulluq səbəbindən övladları ilə daha çox vaxt keçirirlər. Bu səbəbdən də qadın üçün reproduktiv uğur komfortlu və təmin edilmiş şəraitdə uşaq dünyaya gətirmək üçün uyğun kişi tapmaqdan ibarətdir. Alimlərin fikrincə kişi üçün isə reprotuktiv uğur fertil partnyor sayı ilə bağlıdır. Kişilər qarşısındakı qadının nə dərəcədə fertil olma səviyyəsini onun xarici görünüşü ilə qiymətləndirirlər. Bundan başqa kişilər qadınlardan fərqli olaraq qısa müddətli münasibətlərə daha meyilli olurlar.

Eyni zamanda, strateji plyurailz nəzəriyyəsinə əsasən insanlar ətraf təsir səviyyəsindən aslı olaraq romantik münasibətlərə münasibətlərini dəyişə bilirlər.

Yəni, qadının maddi vəziyyəti yüksələrsə, qadın daha çox diqqətini partnyorun resurlarına deyil, xarici görünüşünə yönəldəcəkdir. Bu halda isə məqsəd yalnız özündən sonra övladına “uğurlu genlər”-i ötürməkdən ibarətdir. Bu halda o qısa müddətli münasibətlərə razılıq vermiş olur.

Kişilər zəif maddi imkana sahib olduqları müddət ərzində xanımlarını başqa cür qiymətləndirirlər. İmkansız kişilər qadına daha ciddi yanaşır, qısa müddətli münasibətlərə az meyil göstərirlər. Qarşı tərəfə qarşı daha az tələbkar olub həyatlarından razı formada yaşamağa davam edirlər.

Qadınlar hekayə danışmağı bacaran kişiləri daha tez sevirlərStatistikaya görə qadınlar bu yaşda xəyanətə meyilli olurlar

Əvvəlki məqaləSon 150 ildə kişi bədən quruluşunda ideallıq anlayışı necə dəyişib?
Növbəti məqaləXəritə: milyon insana düşən porno ulduz sayı

Fikirlərinizi bildirin.