Fahişəxanadan komaya

İmicini məhv etmiş 7 idmançı.

İmicini məhv etmiş 7 idmançı. NBA üzrə ikiqat çempoion və 2010-cu ilin dünya çempionu basketbolçu Lamar Odam heçdə uyğun olmayan şəraitdə huşsuz şəkildə tapılmışdır. 2015-ci ilin 13 oktyabr tarixində atlet Las-Veqas hospitalına məhs fahişəxanadan gətirilmişdir. İdmançı qeyd edilən tarixdən bir il öncə koryerasına son qoymuşdur. Odam komadan bir neçə həfdədən sonra ayıldı və bərpaya təxmini bir ay vaxt sərf etdi. Polislərin araşdırmasına görə basketbolçu pozğun həyat tərzi keçirilən qızlarla zaman keçirməmişdən əvvəl 10 viaqra həbini yüksək miqdarda konyakla içmişdir. Hal-hazırda Lamar normal həyata qayıtmışdır. Lakin, sözü gedən hadisədən sonra ideal imicdən söhbət gedə bilməz.

Yalançılığı qəbul etmək

İmicini məhv etmiş 7 idmançı

Üzgüçü Rayn Loxte üzgüçülük üzrə nəaliyyətlərinə görə çox məşhurdur Rio-de-Janeyroda keçirilən Olimpiyada zamanı Loxte 6 qat çempion olmuş, 4×200 m estafetin qrupuna qoşulmuşdur. Bununla yanaşı səs-küylü narazılıqlarında səbəbkarı olmuşdur. Brazilyada keçirdiyi son gündə Loxte ona və onun dostlarına polis geyimində bir neçə cinayətkarın hücum etdiyini bildirmişdir. Nəticədə hər şeyin realda əksinə olduğu müəyyən edilmişdir. Amerikalı üzgüçülər gecə gəzintisindən sonra dövlət idarəsinin tualetinə getmək istəyində olublar. Bunun üçün isə qapını qırmalı və gözətçi ilə dalaşmalı olublar. Laxte ilk olaraq ABŞ-a qaça bilsədə, brazilya polisi onun dostlarını məsuliyyətə cəlb edə bilmişlər. Nəticədə çempionun yalançı və qorxaq adlandırmışlar. Xalqın fikrincə o olimpik medala laiq deyil. Bir müddət sonra idmançı etdiyi hərəkətdən təəsüflənmiş və üzr istəmişdir. Ancaq bioqrafiyasındakı ləkəni silmək bu qədər asan deyil.

Sevgidən nifrətə doğru

Velosipedçi Lens Armstronqun tarixçəsini çox adam yaxşı xatırlayır. O dünyada “Tur de Frans”-da yeddi dəfə birinciliyə sahib olmuş, xeyriyyə fondu yaradıcısı olmuş, filimlərdə və seriallarda çəkilmiş, xalqının qəhramanı olmuş, gənclərin idealına çevrilmiş yeganə idmançıdır. Armstronqu dəfələrlə qadağan olunmuş vasitələrin qəbulunda günahlandırmışlar. Yalnız 2013-cü ildə o dopinqdən istifadə etdiyini boynuna almışdır. Bu səmimiliyi aparıcı Opr Uinfirinin verlişində hamının gözü qarşısında nümayiş etdirmişdir. Nəticədə idmançının qəhrəman və iradəli imicindən əsər-əlamət belə qalmadı. Yaranan narazılıqdan sonra heç kim Armstronqu ciddiyə almadı. Bəlkədə o, hər hansı bir cinayyət əməli törətsəydi ona qarşı bu qədər nifrət hissi yaranmazdır.

Həyatı məhf edən gecə

İmicini məhv etmiş 7 idmançı

Sadəcə bir gecə sovet dönəminin futbolçusu Eduard Strelsovun həyatını məhf etmişdir. Gənc yaşlarından futbolçunun xüsusi istedada sahib olduğu aydın idi. 16 yaşında olarkən o “Torpedo”-da debut etmiş, 17 yaşında SSSR yığmasında iştirak etmiş, 19 yaşında isə artıq olimpia çempionu olmuşdur. Lakin, 1958-ci ildə dünya çempionatı başlamamışdan az öncə Strelsov zorlama maddəsi ilə həbs edilmişdir. Bu günə qədər idmançının həqiqətən hadisədə təqsiri olub-olmadığı və ya sadəcə ona qarşı təxribat məqsədi ilə planlaşdırıldığı dəqiq bilinmir. Hər halda gənc futbolçu günahkar hesab edilərək 12 il müddətinə həbs edilmişdir. Bir müddət sonra cəza müddəti 7 ilə qədər azaldılmışdır. Azadlığa çıxdıqda isə Strelsov yenidən böyük futbola, “Torpedo”-ya və yığma komandaya qayıtmışdır. Lakin, gözəl itirilmiş illəri və təmiz imici geri qaytarmaq artıq mümkün deyil.

Super ulduzun enişi

Corc Best soyadına uyğun olaraq öz dövrünün bacarıqlı və istedadlı futbolçusu hesab edilirdi. Bu fikirləri onun haqqında Pele və Bobbi Çarlton işlətmişlər. 1968-ci ildə Best “Qızıl top” mükafatını almışdır. O zaman Messi və Ronaldo kimi o da pərəstişkarlarını hər zaman sevindirməyi bacarırdı. Lakin, 10 ildən sonra Corcun spirtli içkiyə aludəçiliyi yarandı və bir-birinin ardınca kobud hərəkətlər etməyə başladı. 1984-cü ildə polislə dalaşdığı üçün 10 gün həbsdə keçirməli oldu. Yüksək miqdarda içki qəbulu ilk vaxtlar televiziya və radio efirlərində davalarla davam etsədə, sonradan futbol ulduzunun ölümü ilə nəticələndi.

Taysonun ilk hoqqası

İmicini məhv etmiş 7 idmançı

Boksun gənc azarkeşləri Mayk Taysonu seçilən idmançıdan çox üç məhkumluğu olan problemli adam kimi tanıyırlar. 1992-ci ilə qədər bütün versiyalar üzrə dünya çempionu imici uğurlu formalaşmışdı. Taysonun uşaqlıq illərində xırda oğurluq halları belə onun uğurlarına kölgə sala bilməmişdir. Lakin, “Rod Aylend şatatının qara gözəli” tituluna sahib 18 yaşlı qızla bağlı zorlama ittihamı cəmiyyəti çox sirkələdi. Tədqiqat zamanı kifayət qədər şübhəli məqam olmasına baxmayaraq hakimlər yekun qərarı idmançının əlehinə çıxarmışlar. Nəticədə Tayson 3 il müddətində həbs edildi. Daha sonra isə qulaq dişləmə, press-konfranslarda davalar, adam döymə, narkotiklərdən istifadə, içkili vəziyytdə avtomobil idarə etmək kimi hallar bütün titulları kölgə altında qoydu.

Qəhrəmanlıqdan caniliyə

Paralimpiya qaçışcısı Oskar Pistoriusun tarixcəsi müəyyən qədər Lens Armstronqun tarixcəsinə bənzəyir. Oskar özünə güc gələrək xüsusi protezlərdə qaçışla məşğul olmuş, yüksək titullar qazanmış, London Olimpiyadasında iştirak edərək bağlanış mərasimində Cənubi Afrika Respublikasının bayrağını daşımışdır. CAR-ın idman azarkeşləri onu öz qəhrəmanları hesab etmişlər. Ancaq o gecələrin birində öz rəfiqəsini gülləliyərək hər şeyə son qoydu. Oskarın iddiasına görə o qızı birinci dəfə görüb və oğru hesab edib. Lakin üç il davam edən ekspertiza nəticələrinə və araşdırmalara əsasən əslində Pistoriusun kimə atəş açdığını yaxşı bildiyi müəyyən edilmişdir. İdmançı 6 il müddətində həbs olundu. 2017-ci ildə isə cəza müddəti ümumiyyətlə 13 il 5 aya qədər uzadılmışdır.

TOP 5 idman rekordlarıUEFA Avro liqaNBA tarixinin ən məşhur 8 həbsi

Fikirlərinizi bildirin.