İlk vibratorlar: kəşfə nə ehtiyac vardı? Vibrator nədir, nə üçün lazımdır kimi məsələləri sizə izah etməyə ehtiyac yoxdur yəqinki. Uşaq deyilik artıq. Ancaq necə yaranıb, ilk yaradılan dövürlərdə həzz üçün yaranıb, ya başqa məqsdlər üçün nəzərdə tutulub suallarına cavab yəqinki sizə də maraqlı olar.

Beləliklə ilk vibratorlar necə yarabıb?

Qədim zamanlarda insanlar orqazm alətləri deyəndə fərqli qəribəlikləri nəzərdə tuturdular. Eyni zamanda onların müalicə metodlarıda spesifik xüsusiyyətlərə mailk idi. Eramızdan əvvəl ikinci minillikdə Kaxuna papirusunda qadın matkasının xəstəliyi barədə məlumat verilmişdir. Bu xəstəlik zamanı qadınlar emosional impulsiv olur, idarə edilməyəcək dərəcədə hissiyyatlı olurlar.

O zamanların təbiblərinin fikrincə qadın matkası hərəkət edir və istiqamətini dəyişir. Nəticədə bu cür qeyri-adekvat reaksiyalar baş verir. Misir həkimlərin fikrincə matkanın hərəkəti digər daxili orqanları sıxır, diskomfort hissi yaradır. Yerdəyişmə halı isə “aclıqla” bağlı olduğu, “yem” axtarışı ilə gəzdiyi düşünülürdü. Qadını normal həyat tərzinə qaytarmaq üçün matkanı təmin etmək, əvvəlki vəziyyətə qaytarmaq gərəkli idi. Müalicə isə acı tamlı bitki dəmləri, tüstü üfürmə və müxtəlif ayinləri, duaları oxumaqla bağlı idi.

Yunanlılar belə Misirlilərlə razılaşırlar. Başqa müalicə üsulu tapmağa cəhd göstərmirlər. Lakin, matkanın xəstəlik baxımdan araşdırmaları davam etdirilmiş, matka narahatlığının səbəbinin sexual pozuntularla bağlı olduğu müəyyənləşmişdir. O dövrün tanınmış alimi Qalen problemi sexual baxımdan tam təmin olunmamaqda görmüşdür. Beləki, kənarlaşma halları daha çox rahibələrdə, bakirələrdə, dul qadınlarda, ehtiraslı və tempiramentli qadınlarda və ərləri tərəfindən təmin olunmayan xanımlarda rast gəlinirdi.

Nəticədə Qalen çıxış yolunu qadın cinsi orqanının masajında görür. Lakin, həkimlər bu müalicə növünü çox yorucu hesab edirlər. Beləki, qadını əllər, barmaqlar vasitəsilə orqazm səviyyəsinə gətirmək çox uzun müddət gərəkdirirdi. Həkimlərə həddən artıq səbr və dözümlülük lazım olurdu. Vaxt sərfiyyatı isə pul itirilməsi demək idi. Eyni zamanda qədim dövürlərdə masturbasiya utancverici məşğuliyyət hesab edilirdi. Fikirlərə görə bu cismə və ruha təhqir kimi qəbul olunurdu. Məhs bu səbəbdən V əsrdən etibarən xəstəlikdən əziyyət çəkən qadınlara cadugər adı qoyularaq inkivizasiya etməyə başladılar.

İlk vibratorlar: kəşfə nə ehtiyac vardı?

Bir müddət sonra isə, XVI əsrdə həkimlər matka tarixini və xəstəliyin nüyanslarını örgənərək cadugarlarla deyil, xəstəliklə mübarizə aparmalı olduqlarını anladılar. Əziyyət çəkən xanım bu barədə həkimə müraciət edir və ya həkimin özü, yada yanında olan tibb bacısı müraciət edən xanımın vaginasını masaj edərək onu orqazma çatdırmağa çalışırdılar. Müalicə illərlə davam edə bilərdi. Seanslar isə olduqca bahalı idi və həfdə ərzində 2-3 dəfə həkimə müracitə zərurəti yaradırdı.

Məhs həmin vaxt ilk vibrator kəşf edildi. Cihaz uzun borudan və həmin borudan təzyiqlə axan isti sudan ibarət oldu. Cihaz həddindən artıq böyük və bahalı olduğundan həkimlər xanımlara müalicəni yer səthindən çıxan isti, mineral su vannaları qəbulu ilə davam etdirməyi məsləhət görürdülər.

1869-cu ildə Qerorq Taylor “Manipulyator” ixtira edir. Cihaz buxar enerjisi ilə çalışaraq cinsi orqanları masaj edirdi. Müalicə yalnız həkim nəzarətində aparılmalı idi. “Manipulyator” müalicə mərkəzlərində və istirahət kurortlarında ququlurdu.

Müalicənin nəticəsini gücləndirmək üçün Sebastian Knayp oturaq vannalar qəbul etməyi məsləhət görür. Bu yolla qadın cinsi orqanı simulyasiya olmuş olur. 1882-ci ildə Londondan olan doktor Mortimer Qranvil ilk elektrik vibratorunu yaradır. Cihaz tibbi alət kimi istifadə edilir.

İlk vibratorlar: kəşfə nə ehtiyac vardı?

İlk zamanlar vibratora yalnız həkim kabinetlərində rast gəlinirdi və olduqca vahiməli görünürdü. Onun istifadəsi üçün soyuducu boyda generator gərəkli idi. Lakin, qadınların rahat istifadəsi üçün cibdə gəzdirilən vibrator ideası artıq müassir dövürlərə aid məsələdir. 1902-ci ildə Hemilton Bitç tərəfindən ilk əl vibratoru potentləşdirildi. İlk görünüşü bugünki elektrikli saç feninə bənzəyirdi.

XX əsrin sonlarında bazarda qadınlara 50 növ vibrator təklif edilirdisə, indi bu çeşid fərqi olduqca böyükdür (plastik, rezin, dəri, düz, əyri, qalın, incə, bığlı, çıxıntılı, iynəli və s.).

Masturbasiya haqqında 12 təəcüblü faktKamasutra – tələsmədən icra edilən 5 duruş

Fikirlərinizi bildirin.