İlk tibbi yardım qutusunun tərkibi

87
İlk tibbi yardım qutusunun tərkibi

İlk tibbi yardım qutusunun tərkibi

Azərbaycan respublikası Nazirlər Kabinetinin 09 sentyabr 2019-cu il tarixli 399 nömrəli qərarı ilə təsdiq olunub 

Travma (çıxıqlar, sınaqlar, əzilmələr), şok, yaralanmalar zamanı istfadə olunan ağrıkəsici, şoka qarşı və iltihab əleyhinə vəsaitlər:
1.1 Analgin 0.5 №10 (yaxud əvəzedicisi) 1 qutu
1.2 Portativ hipotermik (soyuducu) paket-konteyner 1 ədəd
1.3 Aspirin 325 mq doza və ya Aspirin 100 mq doza 1 qutu
1.4 Natrium sulfasil məhlulu 1 tübik
Qanaxmanın dayandırılması, yaranın təmizlənməsi və sarğı üçün vasitələr:
2.1 Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün tənzimlənən (təzyiqli) jqut 1 ədəd
2.2 Steril bint 10×5 1 ədəd
2.3 Qeyri-steril bint 10×5 1 ədəd
2.4 Qeyri-steril bint 5×5 1 ədəd
2.5 Çirkli yaraları sarımaq üçün dioksidli və ya gümüş nitratlı 8×10 sm ölçüdə MAQ atravmatik sarğısı 1 ədəd
2.6 Steril tibbi sarğı paketi 1 ədəd
2.7 Bakterisid leykoplastr 2,5×7,2 sm, yaxud 2×5 sm 8 ədəd
2.8 Kapillyar və venoz qanaxmaları üçün 6×10 sm, 10×18 sm ölçüdə furaginli “Колетекс ГЕМ” steril salfetləri, yaxud statin (toz halında) 1,0 q 3 ədəd
2.9 Stiril tibbi salfet (tənzif materialından) 18×14 sm 1 ədəd
2.10 Spirtdə 5 faizli yodun, yaxud 1%-li brilliant abısının məhlulu (zelyonka) 1 flakon
2.11 1×500 sm və ya 2×500 sm, yaxud 1×250 sm ölçüdə leykoplastr 1 ədəd
2.12 Qeyri-steril boruşəkilli tibbi elastik bint 1 ədəd
2.13 Pambıq 50q 1 bağ
Ürək ağrılarına qarşı vəsaitlər:
3.1 Nitroqliserin həbləri №40, yaxud kapsulası (trinitrolonq) 1 qutu
Bayılmaya qarşı vəsaitlər:
4.1 Ammiak məhlulu (naşatır spirit) 1 flakon
Qida və digər zəhərlənmələrdə dezintoksikasiya üçün vəsaitlər:
5.1 Aktivləşdirilmiş kömür 1 qutu

 

6 Kütuclu qayçı 1 ədəd
7 Birdəfəlik istifadə üçün qeyri-streil tibbi əlcək 1 cüt
8 İlk tibbi yardımın göstərilməsinə dair şəkilli (illüstrsiyalı) təlimat kitabçası 1 ədəd
Qeyd:
1.Siyahıda göstərilən dərmanları və tibbi ləvazimatları özbaşına dəyişmək olmaz.
2.Komplektləşdirmə qabı zədələnmiş və vaxtı ötmüş dərmanlardan (vəsaitlərdən) istifadə etmək olmaz.
3.İstifadə edilmiş və ya vaxtı ötmüş dərmanların (vəsaitlərin) yerinə dərhal yeniləri qoyulmalıdır.

Online sürücülük imtahan testləri 47 (şərhlərlə) – Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 53 (şərhlərlə) -Yol hərəkəti qaydaları

Əvvəlki məqaləDavid Duchovny həyat qanunları
Növbəti məqaləTibbi statistikaya görə 6 ən təhlükəli sex növü

Fikirlərinizi bildirin.