İki vajinalı xanımlar barədə

2344

İki vajinalı xanımlar barədə. Britanyanın Dailymail portalı kişilərin olduqca maraqlı etiraflarını dərc etmişlər. Bu kişilər qadınla olan zaman gözlənilməz mənzərə ilə rastlaşmışlar – sevişəcəkləri insanın iki vajinaya sahib olma anomaliyası. O açıq şəkildə onlayn formada təşkil edilmiş, öz intim həyatı  barədə müzakirələrə qoşulur. Nəticədə sadəlövcəsinə həqiqəti dilə gətirmək yer üzündə bu cür orqanizmə sahib olan qadınların az olmadığını müəyyən etdi.

Müzakirəyə qısa zamanda xeyli sayda iki matkaya və iki vajinaya sahib qadınlar qoşulmuş oldular. Yəginki, bu kimi fərqliliklər sizə də olduqca maraqlı göründü. El isə, məqaləmizi oxumağa davam edərək sözü gedən qadınların sexlə necə məşğul olduqları, hamiləlikləri və iki fərqli etabla aybaşı yaşamaqları haqqında məlumatlana bilərsiniz. Bu məsələlər olduqca qəliz görünməsinə baxmayaraq, onlar adi şəkildə həyat sürməyə var gücləri ilə davam edirlər.

Anonim tarixcələr

Twicethefun niki altında yazan oğlanların biri münasibətdə olduğu qızın bu xüsusiyyətə sahib olmasını münasibətlərinin bir ayından sonra örgəndiyini yazır. Söhbət zamanı xanım özü ona “başqa qızların sahib olmadığı fərqliliyinin olmasını və ona surpiriz hazırladığını” bildirmişdir. Əyləncəli söhbətdən bir müddət sonra oğlan söhbətin iki vajinadan getdiyini anlayır. Və bu onu qıcıqlandırmır.

Oğlanla aparılan online söhbət sual-cavab formasında aparıldığından onun ünvanına xeyli sayda atmacalar işlədildi. Bəziləri maraq və həvəslə dolu suallar soruşur, bəziləri isə təhqiramiz təkliflərlə çıxış edirdilər. İnsanların çoxuna fərqli qızla cinsi əlaqədə olmağın hissiyyatı olduqca maraqlı olduğundan bəzən ağılagəlməz suallar fikirləşərək kobud şəkildə cavablandırılmalarını tələb edirdilər. Suallar içində ən təccüblü sual isə oğlanın nəyi seçəcəyi ilə bağlı idi – iki vajina və ya dörd sinə. Cavabında isə qəhərəman düşünmədən iki vajinanı seçir və bu cür sexsin onu tam təmin etdiyini bildirmişdir.

Şəkildə adi vajinanın və ikili vajinanın necə göründüyü təsvir edilmişdir.

Bir müddət sonra isə araşdırmacı jurnalistlər sözü gedən oğlanın münasibətdə olduğu qadının cavablarını ictimayətə təqdim etdilər. Xanım orqanizminin quruluşu haqqında ətraflı izahat verərək sualları cavablandırmışdır. Onun sözlərinə görə 16 yaşı olarkən özündə iki matkanın və iki vajinanın olduğunu kəşf etdi. Həkimlərin sözlərinə görə bu cür diaqnoz reproduktiv funksiyanın nəticəsidir. Bu şəkildə o iki yolla hamilə qala bilər. Lakin, bunun baş verməməsi üçün qadın hormonal həblər qəbul etməli olurdu. Eyni zamanda həkimlər rəsmi olaraq bəyan etmişlərki, iki matka normal bir matkalı qadının matkasından ölçülərinə görə kiçikdir. Bu səbəbdəndə onun uşağa qalma riski olduqca aşağı, uşaqsalma riski isə olduqca böyükdür.

İki vajinalı bloger

Artıq məlum olduğu kimi, dünyada bu anomaliya ilə yaşayan xeyli insan mövcutdur. Sadəcə bu haqda hamıya bildirmək yersiz görünür. Lakin, fərqliliyini dilə gətirən cəsarətli qızlardan biri məşhur beauty-bloger Kassandra Benkson olmuşdur. Bir vaxtlar xanım problemli dəriləri necə gizlətmək olar barəsində videolar paylaşırdı. Xeyli sayda qırışların olmasının gözəl görünmədiyini yaxşı bilirdi. Zamanla onun izləyiciləri artdı. Xanım isə milyonlarla baxış sayı əldə edərək özünə qulluq məsləhətlərini verməyə davam edirdi. Bu səbəbdən də, günlərin birində blogerin iki vajinaya sahib olması barədə etirafı internet məkanında böyük rezonansa sahib oldu. Bəzilərini bu xəbər şoka saldı, bəzilərinə isə həyatda yalnız olmadıqlarını anlamağa yardımçı oldu. Beləliklə anomaliyanın adi həyata təsirinin olmadığını aydınlaşdırdı.

Kasandra Benkson bel ağrıları səbəbindən həkimə müraciət etdiyi barəsində və tam təsadüf nəticəsində bir böyrəyinin olduğunu, iki vajinaya sahib olduğunu müəyyən etdiyini bildirdi.

“Həkim analizlərin cavabını açıqlayan zaman mənim bir böyrəyimin olduğunu və şübhhələndiyi kimi iki vajinaya sahib olduğumu dedi. Sonra mənə izah etdilər ki, zahiri baxımdan məndə hər şey normaldır. Lakin, daxilimdə iki matka və iki cinsi orqan mövcutdur. Bu xəbərdən şokda idim və nə edəcəyimi bilmirdim. Xəbərin mənə qalib gəlməyinə imkan vermədim və adi həyatımdan kənarlaşmadım.”

Bloger Kassandra Benkson eyni zamanda aybaşı hallarının ay ərzində iki etabda yaşadığını da bildirməkdən çəkinmədi. Bəzən etabların arasında bir neçə gün məsafə olmuş olmur.

Tibbi baxımdan kənarlaşma necə izah olunur?

Həkim ginekoloqların sözlərinə görə iki matkalı və iki vajinalı qadınlara olduqca az rast gəlinir. Bu fərqlilik hələ ana bətnində formalaşır. Bu hal uşağın cinsiyyətinin formalaşmasından sonra ananın UZİ yoxlanışından keçdiyindən sonra müəyyən etmək mümkündür.

Maraqlısı ondadır ki, bəzi qızlar tam anlaqlı yaşlarına qədər iki matkaya sahib olduqları barədə məlumatlı olmurlar. Sözü gedən xüsusiyyəti yalnız hamiləlik və ya ciddi həkim müayinəsi zamanı aşkarlayırlar.

İki vajinaya sahib olan qadınların sexsual həyatları heç də pornoqrafiyaya və ya erotik arzulara bənzəmir. Adətən hər hansısa bir vajinaya toxunulduqda onlar narahatlıq hiss edirlər. Bəzi qadınlarda isə iki matka arasında divar olduğundan intim həyatlarında qəlizliklə rastlaşırlar. Bütün sadalanan hallar olduqca individual məsələlər olduğundan xanımlar daimi həkim nəzarətində olmalı, sexsual həyatlarını normal yaşaya bilmələri üçün mütamadi müayinələrdən keçməlidirlər.

İnsanların içində nələr qala bilər?Kişi və qadın masturbasiyası: biz bunu niyə edirik?

Əvvəlki məqaləCoco Chanel həyat qanunları
Növbəti məqaləRuth Westheimer – sexual ədəbiyyatın dahisi

Fikirlərinizi bildirin.