İdmanla məşğul olmağın üz dərisinə təsiri. İdmanla daim məşğul olmaq sağlamlığa müsbət təsir göstərir: imuniteti möhkəmləndirir, dözümlülüyü artırır, yaddaşı yaxşılaşdırır. Hər halda gözəllik və idman anlayışları bir-biri ilə sıx əlaqədədirlər. Yəqinki ki, sizdə idmanla məşğul olduqdan sonra xarici görünüşünüzdəki dəyişiklikləri hiss etmisiniz. Bu gün sizə fiziki aktivliyin üz dərisinə təsiri barədə dermatoloqların fikirlərini çatdırmaq istərdik.

İdmanın dəriyə nə kimi xeyri var?

Əlbətdəki, daimi fiziki hərəkətlər və məşqlər ümumilikdə insan dərisinə müsbət təsir göstərmiş olur. Maddələr mübadiləsinin sürətlənməsi və toxumaların mikrosirkulyasiyası nəticəsində toxumalar oksigenlə zənginləşir, toksinlərdən və digər zərərli maddələrdən azad olur. Göz altında olan qaraltılar aradan qalxır, ləkələr azalır. Bir sözlə dəri sağlam görüntü əldə edir.

Daimi məşqlər qocalma prosesini gecikdirə bilirmi?

İdman hərəkətlərini icra edən zaman üz dərisi dartılır və daha çox elastiklik əldə edir. Nəticədə xırda qırışlar azalır.

Dermotoloqların fikrincə bu dəyişiklik botulinoterapiyanın (botulizm toksininin inyeksiya proseduru. Prosedur əzələləri boşaldaraq qırışları azaldır)əvəzləyicisi hesab edilə bilər. O cavanlıq effektini uzadır, ümumilikdə üz dərisinin görünüşünü yaxşılaşdırır.

Tərləmə xeyrilidirdi?

Aktiv tərləmə istənilən dəri növü üçün effektiv hesab edilir. Bu təbii fiziki prosesdir. Nəticədə dəri məsamələri təmizlənir, duz kənarlaşdırılır.

Prosesin neqativ təsirlərinin olmaması üçün üz dərisi öncədən təmizlənməli və məşqlərə hazır formaya gətirilməlidir. Bu məsləhət əsasən qadınlara aitdir. Məşqlər zamanı üzdə kosmetik vasitələr və ya krem qatı olmamalıdır.

Lakin bəzi insanlar ümumiyyətlə məşqlərdən çəkinməli və ya olduqca az zaman sərf etməlidirlər. Rozasea diaqnozlu insanlar (xroniki dəri xəstəliyi dəri qızartıları, kiçik damarların şişkinliyi, dəri səpkisi ilə müşahidə olunur) ehtiyyatlı olmalıdırlar. Təəsüf ki, dermataloqların fikrinə əsasən bu xəstəlik zamanı idman hərəkətləri məsləhət görünmür.

Əzələlərinizi idman zallarından çox şişirdəcək 5 əvəzsiz duruş qaydasıƏn yaxşı kardio

Fikirlərinizi bildirin.