İdmanda bağlanan reklam müqavilələri şirkətlərə niyə gərəklidir?

101
İdmanda reklam müqavilələri şirkətlər niyə gərəklidir

İdmanda bağlanan reklam müqavilələri şirkətlərə niyə gərəklidir? Bəzi idmançılarla sponsor məzmunlu müqavilələr ömürlərinin sonlarına qədər bağlanılır.

Bu gün bazarda gördüyünüz demək olar istənilən brendin (bu idman sahəsi ilə bağlı brend olmaya da bilər) dünya idman ulduzları ilə xeyli sayda müqavilələri mövcutdur. Bu ilk növbədə markanın sağlam həyat tərzinin tərfədarı olduğu və bununla da idmançılara və idman nümayəndələrinə dəstək kimi anlaşırlır. Bəzi şirkətlər isə ümumiyyətlə idmançı auditoriyası arasında potensial müştəri tapmaq məqsədi ilə bu yola əl atırlar. Gəlin birlikdə dünya ulduzları ilə bağlanılan müqvilələrə və onlarla çalışan tanınmış brendlərə nəzər salaq.

İdmançılarla müqavilələr zamanı brendlər nələr əldə edir və nələr itirirlər?

İstənilən sponsorluq məsələlərinin öz müsbət və mənfi tərəfləri mövcutdur. Müsbət tərəflərlə bağlı misal çəksək CocaCola brendinin futbolçu Andres Iniesta ilə iş birliyi Çində satış həcmini 4%, Brazilyada isə 12% artırmış olduğunu deyə bilərik.

İdmançının bir brendə vura biləcəyi mənfi təsirlərlə bağlı isə Gillette, Gatorade, Electronic Arts və digər markaların ciddi həvəslə müqavilə bağladığı qolf ustadı Tiger Woods-un adını çəkmək olar. Sadalanan brendlərin 12 milyard dollara qədər gəlirdən məhrum olmuşlar. Bu isə idmançının saysız-hesabsız davaları və ictimaiyətdə yaratdığı narazılıqlarla bağlı olmuşdur.

Eyni zamanda şirkətlərlər məşhurlarla birgə iş zamanı sosial şəbəkələrdə izləyici sayının artımına nail olurlar ki, bu da öz müsbət təsirini satış həcmində göstərir. Misal olaraq, Pepsi şirkəti Lionel Messi-yə sponsorluq etməyə başladıqdan sonra hər il təxmini Messi tərəfdarlarının bir milyona yaxın üzvü sayəsində öz sosial şəbəkə izləyicilərinin sayını artırmış olurlar.

İdmanda reklam müqavilələri şirkətlər niyə gərəklidir 3

Müqvilələrin məzmununa və təqdim edilmiş maddələrə əsasən idmaçılar reklam inteqrasiyalarında və promovidiolarda iştirak etməyə məcburdular. Bəziləri daim təmsil etdiyi brendin geyimlərini geyinməli, aksesuarlarından istifadə etməlidirlər. Bu halda onların digər rəqib şirkətlərin əşyalarından istifadə etmək hüquqları olmur.

Roger Federer və Uniqlo

1998-ci ildən etibarən Federer Forbesin hesablamalarına görə kortda 126 milyon dollara sahiblənə bilmişdir. Lakin Rogerə bu məbləğdən təxmini beş dəfə artığını Rolex, Mercedes, Credit Suisse, Lindt, Wilson və NetJets aviaşirkəti qazandırmışdır. Bu şirkətlər tenistçi ilə uzun illərdir birgə çalışırlar. 2017-ci ildə Federerin reklam portnyorları siyahısı Barilla pastası artırsada, 2018-ci ildə geyimlərini Nike-dan yapon brendi Uniqlo-ya dəyişməli olur.

10 il müddətinə bağlanmış müqavilə 300 milyon dollara qiymətləndirilir. 2019-cu ilin yazında Nike Federerin brendlənmiş kolleksiyasının satışını dayandırır. Pərəstişkarları artıq ulduzun adının Uniqlo dükanlarındakı geyimlərdə görməyə səbirsizlənirlər.

LeBron James və Nike, Kia, Sprite

İdmanda reklam müqavilələri şirkətlər niyə gərəklidir 5

Nike-da LeBronun adına olan idman ayaqqabları yaxşı satılır. Onun portnyor siyahısında Nike-dan başqa Sprite, Intel və Kia şirkətləri də yer almaqdadır. Reklamlardan gələn pulları James xüsusi bacarıqla şəxsi işinə yönəldə bilir. Misal olaraq, 2018-ci ildə James Arnold Schwarzenegger, Cindy Crawford və Lindsey Vonn ilə birlikdə təbii və təmiz tərkibdə qida əlavələri istehsalı ilə məşğul olan Ladder şirkətini yaradırlar. Eyni zamanda qeyd edək ki, Blaze Pizza adlı fast-food şəbəkəsi də idmançıya aitdir.

Stephen Curry və Under Armour, JBL

Basketbolçuya ən çox gəlir gətirən sahə reklam müqavilələridir. Curry-nin stabil maraq doğuran oyunu və onun oyun meydançasından kənar pozitiv imici olduqca fərqli brendləri cəlb edir: idman geyimləri – Under Armour, audiotexnika – JBL, bank – Chase, Infiniti avtomobilləri və s.

Öz marketing məsələlərini, xeyriyyəçiliyini və investisiya proyektlərini idarə etmək üçün Curry 2017-ci ildən etibarən SC30 şirkətini yaradır. Şirkət hələ də uğurla fəaliyyət göstərir.

Philip Mickelson və Rolex

İdmanda reklam müqavilələri şirkətlər niyə gərəklidir 7

Philip Mickelson öz ən böyük mükafatını, yəni 9 milyon dolları Tiger Woods üzərində qələbədən sonra əldə etmişdir. Buna baxmayaraq, sponsor proqramlarından əldə etdiyi gəlirlər meydançada əldə edilən mənfəətdən çoxdur. Portnyorlar sırasında KPMG, Rolex, biofarmaseptik şirkət Amgen, Mizzen+Main geyim brendi, golf-ləvazimatları Callaway və digər məşhur şirkətlər yer almaqdadır. Onun koryera boyunca reklam glirləri 700 milyon dollar civarında dəyərləndirilir.

Lionel Messi və Pepsi, Lays, Adidas, Huawei, Mastercard

Messinin inanılmaz reklam portfeli vardır. Portnyorlar arasında Pepsi, Lays, Gatorade, Adidas, Huawei, Mastercard və digər şirkətlər yer almaqdadır. 2019-cu ildə siyahını lüks saat brendi hesab edilən Jacob&Co daha da zənginləşdirdi. Bu brend ilə futbolçunun eyni adlı saat kolleksiyası satışa buraxıldı ki, nəticədə hər biri 28 000 dollardan olmaqla 180 nüsxə satıldı. Daha sonra kolleksiyada 46 000 dollarlıq və 150 000 dollarlıq modellər də görünməyə başladı.

2019-cu ilin yayında Messi Store internet-dükanı fəaliyyətə başladı. Burda məhs MGO şirkəti ilə birgə iş nəticəsində geyim kolleksiyaları təqdim edilir.

Lewis Hamilton və Mercedes

Lewis Hamilton altıqat Formula-1 çempionudur və ətraf mühütin qorunması, ekoloji problemlərlə ilə bağlı ciddi işlər görməyə çalışır. Dünyanın aparıcı avtomobil şirkətinin portnyoru olaraq “yaşıl” reklam çarxında “Mercedes”-in gələcək modelini, daha doğrusu elektrik supercar VISION EQS-in tanıtımı ilə məşğul olmuşdur.

Ömürlük müqavilələr nə deməkdir?

Bəzi idmançılar var ki, önlar öz sponsorları ilə ömürlük müqavilələr bağlamışlar. Bu siyahıya yeddi tanınmış insan daxildir. Əlbətdəki, ilk sıralarda Cristiano Ronaldo-nu görə bilərsiniz. O kifayət qədər müddətdir ki, Nike-la birgə çalışır. Marka ilə eyni zamanda LeBron James, Michael Jordan da çalışmaqdadır. Jamesin brendlə 1 milyard dollarlıq müqaviləsi mövcutdur.

İkinci yerdə əfsanəvi Air Jordan idman əyaqqabları gəlməkdədir. David Beckham öz ömürlük müqviləsini 2003-ildən etibarən Adidas-la bağlamışdır. Müqavilədən futbolçü 160 milyon dollardan çox gəlir əldə etməlidir.

Ömürlük müqavilə eyni zamanda tenisçi Roger Federer-in hesabında da mövcutdur: on il əvvəl Wilson şirkəti ilə razılaşmış və hər il 2 milyon dollar gəlir əldə edir. Şirkət eyni zamanda tenisçi Kei Nishikori ilə də işləyir. Lakin, onun mükafatı haqqında məlumat yoxdur.

Yüngülatletika sahəsində idmançı Usain Bolt hələ məktəb illərindən etibarən Puma şirkəti ilə işləmişdir. 2013-cü ildən etibrən ömürlük müqavilə bağlamışdır. Nəticədə razılaşmadan hər il 10 milyon dollar gəlir əldə edir. Lakin, idman koryerasına vida etdikdən sonra gəlir məbləği 4 milyon dollara qədər azalacaqdır.

Şəxsi brendlərini təsis edən və bu işdə uğur qazanan məşhurlarDünya brendlərinin hazırladıqları 5 maraqlı məhsulFutbolçuların bizes-imperyaları

Əvvəlki məqaləHərəkət sürəti və NV arasında ara məsafəsi (maddə 50)
Növbəti məqaləStatistikaya görə sexlə məşğul olmağın ən uyğun yaşı

Fikirlərinizi bildirin.