İdmançıların verməli olduqları analizlər və səbəbləri

651
İdmançıların verməli olduqları analizlər və səbəbləri

İdmançıların verməli olduqları analizlər və səbəbləri. Bu gün sizə profeional bodybilderlərin yarışlara hazılıq prosesi zamanı əldə etdikləri təcrübələrini bölüşmək qərarına gəldik.

İdman – böyük əmək sərfi ilə birlikdə əvəzedilməz təcrübədir. Bu eyni zamanda bütün orqanizim üçün böyük stresdir. Daimi məşqlərdən, həyəcanlandırıcı yarışlardan, qələbə sevinci və məğlubiyyət kədərindən başqa özgüvən hiss yarada bilir. Sağlamlığa zərər verməmək üçün profesional idmançılar daim tibbi müayinələrdən keçir, müəyyən analizlər verməli olurlar.

Mütəxəsislərin və məşqçilərin sözlərinə görə hansı şəkildə məşq etməyinizdən aslı olmayaraq ən azından yarım ildən bir orqanizmin tam müayinəsi mütləqdir.

Vacib məsələ. Analiz verməmişdən iki gün öncədən ağır fiziki hərəkətlərdən və sexdən çəkinmək lazımdır. Qan analizi verdiyiniz gün isə ümumiyətlə qida qəbulu edilməməli, maye içilməməlidir.

Qanın ümumi analizi

Müəyyən olunan nəticələr:

  • qanın hemorheologiyası, onun viskozitesi və axıcılığı;
  • bədəndə hər hansı bir iltihablı proseslərin olması.

Nəticələr yaxın müddət ərzində yoxlanılan insanın hər hansısa xəstəlik keçirməsindən aslı olaraq yuxarı həddə müəyyən edilə bilər. Bu səbəbdən vaxtından əvvəl narahat olmağa dəyməz.

Sidiyin ümumi analizi

Müəyyən olunan nəticələr:

  • böyrəyin vəziyyəti;
  • hər hansı xəstəliyin başlanğıc mərhələsinin müəyyən edilməsi.
Testestron analizi

Ümumi və azad formaları mövcutdur. Bu hormon cinsi xüsusiyyətləri təzahür edir, cinsi inkişafın səviyyəsini müəyyənləşdirir və normal cinski funksiyanı təmin edir. Ümumilikdə kişi hormonu hesab edilməsinə baxmayaraq analiz göstəricilərini hər iki cinsi nümayəndələri yoxlatmalıdırlar.

Estradiol analizi

Bu isə qadın cinsi hormonudur. Testestron kimi həm qadınlarda, həm də kişilərdə ifraz olunur. Sadəcə miqdar olaraq fərqlənir. Estradiol bədəndə yağ ehtiyyatına, oksigen mübadiləsinə, orqanizmdə suyun yığılıb saxlanılmasına, sümüklərdə kalsium miqdarına cavabdehdir.

Proqesteron analizi

Hormona bəzən “hamiləlik hormonu”-da deyirlər. Adın bu qədər aydın səslənməyinə baxmayaraq, kişilərdə də ifraz edilir. O birmənalı olaraq əsəb sisteminə təsir edir. Bundan başqa proqesteron digər həyat üçün vacib hormonların sintezində aktiv iştirak edir.

Prolaktin analizi

Hipofiz vəzinin ön hissəsində istehsal olunan və laktasiyadan məsul olan bir hormondur. Bundan əlavə, su-duz mübadiləsini tənzimləyir və immuniteti dəstəkləyir.

SHBG üçün analiz

SHBG – cinsi hormonları əlaqələndirən qlobulindir. Harmonların əlaqələndirilməsi və onun qana sovrulmasına cavabdehdir. Səviyyəsi aşağı olduqda azad testesron miqdarı azalır və nəticədə məşqlərdə göstəricilər zəifləyir.

TSH üçün analiz

Tiroid stimullaşdırıcı hormon tiroid hormonlarının istehsalını və ifrazını stimullaşdırır.

Tiroid hormon testi

T3 (triiodotironin) bədən tərəfindən oksigenin udulmasını stimullaşdırır və istilik istehsalını yaxşılaşdırır. T4 (tiroksin) zülal sintezini stimullaşdırır, istilik istehsalını artırır və oksigenin orqanizm tərəfindən udulmasını təmin edir.

Bu hormonlar üçün analiz həm ümumi, həm də sərbəst formada keçirilə bilər. Sərbəst forma vəziyyətin daha dolğun mənzərəsini verir. Bundan əlavə, bu hormonların səviyyəsi fərdi olaraq deyil, bir-biri ilə nisbətə əsaslanaraq qiymətləndirilməlidir.

Tiroid hormonu antitel testi

Bu test otoimmün xəstəliklərin mövcudluğunu müəyyən etməyə kömək edəcəkdir.

Kortizol testi

Artan şişkinlik və bədəndən mayenin zəif ifrazı olan insanlar üçün göstəricini yoxlamaq vacibdir. Kortizol və ya stress hormonu məhz bunlara cavabdehlik daşıyır. Bədəndə onun miqdarı insanın psixoloji-emosional vəziyyətindən asılı olaraq çox dəyişir.

Aldosteron testi

Hormon bədəndən müxtəlif mayelərin xaric edilməsinə cavabdehdir. Su-duz mübadiləsini, natriumun tutulmasını və kaliumun xaric olmasını tənzimləyir. Ancaq qanda bu hormonun səviyyəsinin bir qədər artıq olması həddindən artıq idman və ya həddindən artıq su qəbulu ilə əlaqələndirilə bilər.

Böyrək yoxlanması

Bunun üçün ultrasəs kimi xüsusi prosedurlar tələb olunur. Siz həmçinin bir neçə qan testindən keçməlisiniz:

  • kreatinin;
  • karbamid;
  • sidik turşusu.

Bununla belə, yadda saxlamaq lazımdır ki, bir çox göstəricilər fiziki güclənmənin artması və ya pəhrizdə protein miqdarının çox olması səbəbindən çox yüksək qiymətləndirilə bilər.

Glikozilləşdirilmiş hemoglobin üçün analiz

Bu analiz bədəndə karbohidrat mübadiləsinin mümkün pozğunluqlarını müəyyən edəcəkdir.

Ümumi qan zülalının təhlili

Hal-hazırda qanda zülalların ümumi miqdarını və nisbətini göstərir.

Belə bir yoxlama orqanizmin vəziyyəti haqqında ümumi bir fikir formalaşdıracaqdır. Ancaq daha ətraflı və dəqiq nəticə əldə etmək üçün mütəxəssislərə müraciət etməlisiniz. Həkim müayinə keçirərək vəziyyətə uyğun xüsusi zəruri olan əlavə testlər təyin edəcək.

Yarım saat sex, yoxsa idman məşqi – hansı daha effektivdir?Əzələlərinizi idman zallarından çox şişirdəcək 5 əvəzsiz duruş qaydası

Fikirlərinizi bildirin.