İdmançılar niyə çuğundur şirəsi içməlidirlər?

285
İdmançılar niyə çuğundur şirəsi içməlidirlər

İdmançılar niyə çuğundur şirəsi içməlidirlər? O yeganə qanunu “Doping” hesab edilir.

2012-ci ildə Londonda Olimpiya oyunları keçirilən zaman idmançılar üçün çuğundurun tam qanunu, leqal gücləndirici maddə olduğu qəbul edilmişdir. Nəticədə bütün məşqçillər məsələni xüsusi nəzarətə götürür və idmançıların nəticələrini bu yolla artırmağı düşünrdülər. Olimpiya marafonçusu Ryan Hall daim çuğundur şirəsindən istifadə edərək göstəricilərini artırmışdır. Hətda futbol üzrə Fillandiya milli komandası oyundan öncə şirə içməyə meyil göstərmişlər. Yaranmış yeni maraqdan sonra alimlər şirənin təkbinini xüsusi diqqətlə örgənmiş və idman göstəricilərinin 16%-ni artırdığını müəyyən etmişlər.

Şirənin xeyri nədən ibarətdir?

Çuğundur şirəsi antioksidantlar, vitaminlər və minerallarla zəngindir. Tərkibində B qrup vitaminləri, C vitamini, flavonoid, dəmir və böyük həcimdə nitratlar mövcutdur. Məhsul orqanizimdə azot oksidinin göstəricisini qaldırır ki, bu da öz növbəsində əzələ bərpasını sürətləndirir, iş fəaliyyətini və idman nəticələrini artırır.

İdman nəticələrinə təsiri

İdmançılar tərəfindən çuğundura maraq 2009-cu ildən etibarən başlamışdır. Məhs həmin ildə idman sahəsi üzrə çuğundurun təsirləri ilə bağlı ilk rəsmi araşdırmalar başlamışdır. Sən demə, şirə enerji sərfiyyatını azaldır, nəticədə məşqlərin müddətini artırır. Daim məşq edən və birincilik qazanmaq istəyənlər üçün məşqlərin uzunmüddətli olması başlıca tələbdir. Qızıl medala yaxınlaşmaq yolunda onlar çox şeyə razıdırlar.

Aparılan eksperimentlərin gedişatı zaman marafon qaçışı ilə məşğul olanların gərəkli məsafəni 20-30 saniyyə daha tez yekunlaşdırdıqları məlum olur. Eyni zamanda gündəlik rasiona məhsul əlavə edildikdə qaçış sürəti 5% artmışdır. Velosipedçilər isə yarışlardan öncə iki fincan çuğundur şirəsi içərək velosipedlərin pedalını 3% daha intensiv fırlatmağa başlamışlar.

Fitnes-həvəskarlar üçün bu nəticələr çox böyük hesab edilməsə də, onlar da sözü gedən məhsuldan xeyir götürə bilərlər. Çuğundur şirəsi ürək-damar sistemini yaxşılaşdırır, nəfəsalma prosesini rahatladır. Bu isə idmanla məşğul olan zaman olduqca gərəklidir. Bundan savayı, məşqlərdən sonrakı müsbət təsirlərini də vurğulamaq gərəklidir. Beləki, tərkibində olan antioksidantlar yüklənmələrdən sonra əzələ ağrılarını azaldır, bərpaolunma prosesini sürətləndirir.

Tərkibində xeyli sayda nitrat mövcutdur. Nəticədə orqanizmdə azot oksidin səviyyəsi artır, qandövranı sürətlənir, əzələ dartılmaları sərbəstləşir. Gərəkli xüsusiyyətlərin kombinasiyası sayəsində dözümlülük artır. Məhs bu keyfiyyətlərə görə azot oksid bir maddə kimi digər qida əlavələrinə əlavə edilir. Onun sayəsində idmançılar əzələ kütlələrini artıra bilirlər.

Beləliklə, əgər fikirlərimizi ümumiləşdirsək:
  • Çuğundurun tərkibindəki nitratlar azot oksidə çevrilir;
  • Azot oksid arteriyanın divarlarından keçərək əzələ toxumalarına siqnallar göndərir. Nəticədə əzələlər boşalır.
  • Eyni zamanda qan-damar sistemində damarlar genişlənir, əzələlərə qanın çatdırılması rahatlıqla təmin edilir – bir növ çüğündür pampig effekti yaranır.
Nə qədər çuğundur şirəsi içilməlidir?

Alimlərin sözlərinə görə 300-500 ml çuğundur şirəsi məşqlərdən öncə içilərsə idman göstəricilərini yaxşılaşdırmaq üçün kifayət edər. Bundan artıq içməyə ehtiyac yoxdur. Ən azından artıq şirə içməklə nəticə artırmaq mümkün olmayacaq.

Nutrisioloqların məsləhətlərinə əsasən şirə məşqlərdən 90 dəqiqə öncə içilməlidir. Onun maksimum təsiri qəbuldan 2-3 saat sonra başlayır.

Satışda olan şirələrdə şəkərin miqdarı nə qədərdir?Armudun kişi orqanizminə xeyri barədə

Əvvəlki məqaləSızanaqlara qarşı 20 üz maskası
Növbəti məqaləDünyanın 7 qeyri-adi idman mərkəzi

Fikirlərinizi bildirin.