İdman əlavələrinin həzmində problemlər

362
İdman əlavələrinin həzmində problemlər

İdman əlavələrinin həzmində problemlər. Bəzi halllarda bu və ya digər idman əlavələrinin həzmi ilə bağlı problemlərin yaşandığı müəyyən olunur. Bu günki məqaləmizdə əlavələrin qəbulu zamanı daha çox rastlanan narahatlıq hallarından danışmaq istərdik. Bununla yanaşı yaranan problemlərdən yayınma yolları haqda müzakirə aparacağıq.

Bir çox hallarda əks təsir və bədənin idman əlavələrinə qarşı mənfi reaksiyası əlavənin tərkibində mövcud olan məxsusi komponentlə bağlı olur. Daha çox həzm problemləri kimi özünü göstəriri. Bu halda önəmli məsələ ya qəbul həcminin aşağı salmaqdan. Ya da həmin əlavənin analoji əlavələrlə əvəzlənməsindən ibarətdir. Lakin, qeyd etməliyik ki, həll yolunun istənilən növünə xüsusi diqqətlə yanaşmaq gərəklidir.

Meteorizm və protein.

Pretein və qeyner qəbulu bir çox hallarda meteorizm və flatulenslə müşayət olunur.  Bu isə öz növbəsində ciddi sosial narahatlıqlar və diskomfort hissi formalaşdırır. Qazların yaranma mexanizimləri hər zaman dəyişməz olaraq qalmaqdadır: həzm sisteminə protein və ya qeyner qismində yüksək miqdada zülalların əlavə edilməsi müəyyən mənada qıcqırma prosesinə start vermiş olur. Yəni, bağırsaqlarda yaşayan bakteriyalar tərəfindən artıq proteinin parçalanması başlayır. Zülalın bakterial emalı isə, fetid qazların sərbəst buraxılması ilə müşayiət olunur.

Əsas səbəblər:
  • Həddindən artıq protein qəbulu (bir dəfəyə 30 q-dan çox və gündə 250-300 q-dan çox).
  • Həzm fermentləri istehsal edən mədəaltı vəzinin funksiyasının çatışmazlığı. Bu fermentlər zülalları qana daxil olan amin turşularına parçalayır. Zülalın enzimatik işlənməsi nə qədər sürətli baş verərsə, onun daha az hissəsi bakteriyalar tərəfindən emal olunar və müvafiq olaraq bağırsaqda daha az miqdarda qaz əmələ gələr.
  • Bu halda, bağırsaqlarda son dərəcə aktiv bakteriyaların sayı artır. Nəticədə züllların tez həzm edilməsi səbəbindən artıq qazlar yaranmış olur.
Problemin həlli:
  • Protein qəbulunu azaldın (bir porsiya üçün 15-20 q).
  • Həzm fermentlərindən istifadə edin. Bu halda yüksək proteaz tərkibli Pankreatin və ya Abomin ən yaxşı seçim ola bilər. Onlar həzmi sürətləndirir və problemi aradan qaldırırlar. Əlavə həzm fermentlərinin qəbulu, bir çoxlarının səhvən anladığı qədəri ilə sağlamlığa zərərli deyil. Bundan əlavə, 2009-cu ildə Buford TW araşdırması fermentlərin əzələlərin bərpasını və böyüməsini sürətləndirə biləcəyini də təsdiqləmişdir. Onları çox vaxt protein və geynerlərin tərkibinə daxil edilirlər. Buna görə də gələcək üçün bu tərkibli xüsusi əlavələrə üstünlük verə bilərsiniz.
  • Probiyotiklər kursunu qəbul etməyi sınaqdan keçirin (Hilak forte, Linex və s.).
Protein və ishal (diareya)

Bir çox hallarda protein və ya geyner istifadə edərkən yaranan həzm pozğunluğu laktozaya qarşı dözümsüzlük səbəbindən baş verir. Bunu yoxlamaq olduqca sadədir: əgər siz də südə qarşı narahatlıq hisləri varsa, deməli səbəb laktozadır. Bu vəziyyətdə, izolatlar və digər laktozasız protein məhsullarından istifadə edə bilərsiniz.

Protein və qəbizlik

Digər rafinə edilmiş qida maddələri kimi protein də qəbizliyə və aöırlıq hallarına səbəb ola bilər. Problemin həlli bacardıqca çox maye qəbulu və qida rasionuna lifli qidaların əlavə edilməsindən ibarətdir.

Kreatin və həzm prosesi

Bildiyiniz kimi, kreatin monohidrat həzm pozğunluğuna, yəni  meteorizm, ishala (diareya) səbəb ola bilər. Bu, təxminən 10-15% hallarda baş verə bilir. Bir çox istehsalçı kreatinin daha müasir formalarını (krealkalin, kreatin etil efir və s.) təklif edərək bu yan təsir üzərindən daha çox pul qazanmağa çalışırlar. Lakin onların effektivliyi xeyli aşağıdır. Hazırda monohidrat optimal seçim olaraq qalmaqdadır.

Əsas səbəblər:
  • Böyük dozaların istifadəsi (gündə 3-5 q-dan çox). Kreatinin yüklənmə mərhələsində böyük dozalardan istifadənin müasir tədqiqatlar nəticəsində təsirsiz olduğu sübuta yetirilmişdir.
Problemin həlli:
  • Kreatinin qəbul miqdarı və qəbul saatları barəsində daha çox məlumatlanmağa çalışın.
  • Kreatini yeməklə birlikdə və ya ac qarına qəbul etməyi sınaqdan keçirin. Sizin üçün ən rahat varianta üstünlük verin. Bir çoxlarının fikrincə kreatin boş mədəyə qəbul edilməlidir. Lakin, yeməklə birlikdə qəbul cüzi miqdarda onun təsirini azaltsa da, bir çox narahatlıq hallarını aradan qaldıra bilər.
  • Kompleksləri müxtəlif formalı kreatinlərlə istifadə edin. Məsələn, monohidrata alternativ olaraq kreatin malat və s.
Yağyandırıcılardan və ya məşq öncəsi komplekslərdən narahatlıqlar

Məşqdən əvvəl komplekslər (həmçinin yağ yandırıcılar və bəzi azot donatorları) bir çox vazoaktiv komponentlər və stimullaşdırıcıları özündə birləşdirir. Bu da tez-tez belə əks təsirlərə səbəb olur:

  • Əhvalın pisləşməsi.
  • Baş ağrısı və qan damarlarının pulsasiyası hissi
  • Taxikardiya və ürək döyüntüsü
  • Qan təzyiqinin artması
  • Bulantı və qusma
  • İshal (diareya)
  • Yuxusuzluq
Problemin həlli:
  • İstehsalçının göstərişlərinə ciddi əməl edin.
  • Ən aşağı dozadan başlayın.
  • Nəbzinizi və qan təzyiqinizi ölçün.
  • 2 və daha artıq məşq öncəsi kompleksləri birləşdirməyin.
  • Əlavənin qəbul hissələrini azaldın, vücudunuz komponentlərə çox həssas ola bilər.
  • Bütün bunlar kömək etmirsə, məhsulu dəyişdirin.
  • Yuxusuzluqdan narahat olursunuzsa, günortadan sonra kompleks qəbulunu dayandırın.
Vitaminlər və minerallar

Vitaminlərlə bağlı tez-tez verilən suallar:

  • Məşqdən əvvəl kompleks, geyner, vitaminlər və ya vitamin-mineral kompleksləri olan digər əlavələr qəbul etsəniz, hipervitaminoz baş verə bilərmi?
  • Xeyr, çünki bu məhsullardakı dozalar maksimumdan çox aşağıdır.
  • Sidik rəngini və qoxusunu dəyişə bilərmi?
  • Bu normaldır – suda həll olunan vitaminlər bədənə zərər vermədən sidiklə xaric olur.

Vegan-idmançılar formada qalmaq üçün necə qidalanırlar?30-dan sonra məşqlərə, qida rasionuna yenidən baxmaq gərəklidir

Əvvəlki məqaləUlduzlar nələrə maraq göstərirlər?
Növbəti məqaləAzad münasibət yaşayan cütlüklər

Fikirlərinizi bildirin.