İçkidən sonra baş ağrılarından qutarmağın yolları. Dünən dostlarla oturub içdikdən sonra başınız ağrayır və özünüzü pis hiss edirsiniz? Bu məqaləmiz məhs sizin üçündür. Bu gün narahatçılıqlardan qutarmanın praktik və sınanılmış yolları haqqında danışacayıq.

Spirtli içkinin insan orqanizminə vurduğu ziyanlar haqqında hamınız məlumatlısınız. Normadan artıq istifadə bir çox xəstəliklərə səbəb ola bilər. Ürək, damar, ciyər kimi orqanlarla yanaşı insan psixologiyasını belə zərbə altında qoya bilər.

Bəli, bunların hamsını bilə-bilə biz yenədə özümüzü bir çox məclislərdə saxlaya bilmirik. Nəticədə səhəri gün baş ağrısı, ürəkbulanması, başgicəllənməsi, mədə narahatlığı kimi problemlər yaşayırıq. Problemləri azaltmaq, fəsadları aradan qaldırmaq üçün sadalanan məsələlərə diqqət yetirin.

Yaxşı yatmaq

Yuxuda olarkən insan orqanizmi yarana biləcək baş ağrıları ilə yaxşı mübarizə aparır. Dərin, uzun müddətli yuxu dünənki gecənin yorğunluğunu sənə tamilə unutduracaq.

Yuxu orqanizmi taksinlərdə azad edir. Beyin hüceyrələrinin aktivliyi azalır, spirtli içkinin yüklənməsindən azad edir. Yatan zaman çalışın gün işığı düşməyən və sakitlik təmin edilmiş otaqda yatın.

İçkidən sonra baş ağrılarından qutarmağın yolları
Kontrast duş qəbul edin

Əgər yatmağa imkanınız yoxdursa, kontrast duş qəbul edin. Su prosedurları bədəndə yaranmış spirt iyini yox edər. İlk öncə isti su ilə başlayın, sonra isə soyuq suya keçirin (3-5 dəqiqədən artıq olmamaq şərtilə). Duşu çalışın soyuq su ilə yekunlaşdırın. Eyni zamanda 10-15 dəqiqə ərzində isti vanna qəbul edə bilərsiniz. Vanna zamanı efir yağlarından istifadə məsləhətli seçim olardı.

Bacardıqca çoxlu maye qəbul edin

İçki qəbulundan sonrakı gün bir mənalı ağızda xoşa gəlməz tam və boğazda quruluq olur. Bu zaman istəyinizdən aslı olmayaraq bacardıqca çoxlu su için. Daxilə qəbul edilən maye sizi toksinlərdən azad edər. Nəticədə mədədə narahatlıq hiss edərsəniz. Mütəxəsislər yağsız qatıq və yaşıl çaya üstünlük verməyinizi məsləhət görürlər. Çalışın turş qidalardan və içkilərdən uzaq durun. Turş maddələr mədədə həssaslıq yarada bilər. Eyni zamanda turş orqanizimdən mayenin süzülməsinə imkan vermir.

Açıq havada gəzməyə çalışın

Təmiz hava həm beyni açar, həmdə sizi oyadar. Otağınızın havasını dəişin. Gəzinti zamanı ciyərlərinizin daha çox hava axını qəbul etməsinə çalışın. Nəticədə qan dövranı stabilləşər və beyin oksigenlə təmin olunar.

Dərman və vitaminlər için

Spirtli içki zəhərlənməsində ən gözəl yardımçı maddə aktiv kömür və enterosqel hesab edilir. Dərmanı yuxudan öncə və ya oyanarkən içmək məsləhətlidir. Vaisitə bədəninizdən zərərli toksinləri xaric edər və sizi rahatlaşdırar. Eyni zamanda sizə limon turşusu da yardımçı ola bilər. İçkidən sonra limon turşusu qəbul etsəz, səhəri gün baş ağrısının yaranma ehtimalı azalar.


Soyuq kompres edin

Səhərlər dərman atmaq istəmirsinizsə, dəsmalı soyuq suda isladaraq anlınıza qoyun, kompres edin. Bu proseduru buzla da əvəz edə bilərsiniz. Soyuqdan damarlar genişlənər və ağrı azalar.

İdmanla məşğul olun

Oyanarkən idmanla məşğul ola bilirsinizsə bu gözəl haldır. Fiziki aktivlik qan dövranını artırır və yaranan halsızlığı aradan qaldırır. Qaçış zamanı sürətli qaçmağa çalışmayın. İçkidən sonra orqanizm zəifləyir və yüksək aktivlik ürəyin, böyrəyin, ciyərin yüklənməsinə səbəb olur. Sürətli yeriş sizə tamami ilə kifayət edər.

Baldan istifadə

Orqanizimdə yüksək səviyyədə spirt mövcutdursa deməli qlükozanın səviyyəsi aşağı enib. Səviyyəni normallaşdırmaq və toksinlərdən azad olmaq üçün gün ərzində bu dadlı təamdan az-az istifadə edin.

Səhər yeməyi yeyin

Bu halınızla belə səhər yeməyinə yox deməyin. Ancaq, bu gün səhər yeməyi daha yüngül olmalıdır. Ən yaxşısı meyvə-tərəvəzlərə və sıyıqlara üstünlük verin. Duzlu yemək istəyiniz yaransa, istifadədən çəkinin.

Baş ağrısını yenidən spirtli içki qəbulu ilə aradan qaldırmağa çalışmayın

Az miqdarda spirtli içki qəbulu yenidən sizi sərxoş edə bilər. Nəticədə içkiyə qarşı xroniki asıllıq yarana bilər. Yaranmış fəsadlar sadəcə orqanizmin intoksikasiyasıdır.

Ağılla için

Növbəti gün əziyyət çəkməmək üçün ilk növbədə çox içməmək lazımdır. Ac qarnına içməməyə çalışın. Əks halda spirt mədə divarlarından sürətli şəkildə qana keçəcək. Nəticədə sərxoşluq tez yaranacaq. İçkidən öncə biraz kalorili yemək gərəklidir. Ən əsası spirtli içkiləri qarışdırmayın. Dostlarla daha çox ünsiyyətdə olun, rəqs edin, təmiz havaya tez-tez çıxın.

Sexdən əvvəl spirtli içki içməyin 8 ziyanıPivə qadın hormonlarını artırırmı?

Fikirlərinizi bildirin.