HİV haqqında 10 ən məşhur və təhlükəli mif

236
HİV haqqında 10 ən məşhur və təhlükəli mif 2

HİV haqqında 10 ən məşhur və təhlükəli mif. Dekabr ayının 1-i Ümumdünya qazanılmış immunçatışmazlığı sindromu günü kimi qeyd olunur. Bu gün birlikdə HİV-lə bağlı formalaşmış yanlış məlumatları nəzərdən keçirmək və yanlış kimi qəul olunmasının səbəblərini müzakirə etmək istərdik.

HİV-in mənə aidiatı yoxdur

Gəlin, ilk öncə daha önəmli məsələdən başlayaq: HİV-in hamiya aidiatı ola bilər. Virus üçün sizin sosial statusunuzun, sexual maraqlarınızın, təhlükəli məsələlərə həvəsinizin heç bir fərqi yoxdur. Digər epidemyalar kimi o insanların ehtiyyatsız davranmaqlarından istifadə edir. Artıq çoxdan risk qrupu anlayışından çıxmışdır. Statistikaya görə HİV-ə yoluxma göstəricilərinin 65%-indən çoxu hetrosexsual (yəni kişi+qadın cinsi əlaqəsi) yaxınlaşmalar zamanı formalaşmışdır.

Buna baxmayaraq, rəsmi immunçatışmazlığı sindromundan əziyyət çəkən insanların sayı az təqdim edilsə də, reallıqda bu rəqəm dəfələrlə yuxarı qiymətləndirilir. Daha doğrusu, əziyyət çəkənlərin heçdə hamsı qeydiyyata düşmür. Bir çoxlarımızın ətrafında yaşından aslı olmayaraq HİV göstəriciləri müsbət olan insanlar ola bilər. Sadəcə bəzən onların statuslarına önəm vermirik.

HİV = QİÇS

İlkin olaraq nəzəriyyəyə nəzər salaq. Bir çoxlarının fikrincə HİV və QİÇS eyni xəstəliyin fərqli adlarıdır. Lakin, bu belə deyil. QİÇS – bu İİV infeksiyasının inkişafı fonunda qazanılmış immun çatışmazlığı sindromudur və onun terminal mərhələsidir. Bu halda insanlarda immunitet sisteminin hüceyrələrinin sayı kəskin şəkildə azalır. Məhs həmin hüceyrələr bizə müxtəlif yoluxucu şiş xəstəlikləri ilə mübarizə aparmağa kömək edir. Bu halda orqanizim qorunmur və olduqca həssas ola bilir.

QİÇS-ə görə dünya Freddie Mercury kimi istedatlı şəxsləri itirmişdir. Lakin insan immunçatışmazlığı virusu (İİV-in mənası budur) müasir antiretrovirus terapiya dərmanları ilə vaxtında yatırılsaydı, itkilər baş verməzdi. Təəssüf ki, QİÇS terapiyasında ilk dərmanlar yalnız 80-ci illərin sonlarından etibarən tədbiq edilməyə başlanıldı. 90-cı illərin əvvəllərindən isə ilk kombinəedilmiş və daha effektiv müalicə üsulları təklif edildi. Zamanında tibb daha çox inkişaf etsəydi, bəlkədə bir çoxlarımız artıq Queen-in konsertlərində iştirak edə bilərdik.

HİV-məhkumluqdur

Bu gün HİV – məhkumluq hesab edilmir. Nəzarətə götürüləbilən xroniki infeksiya hesab edilir. Yuxarıda qeyd etdiyimiz kimi, 90-cı illərin əvvəllərindən başlayaraq kombinəedilmiş müalicə üsulları (antiretrovirus terapiya və ya ARVT) tədbiq edildiyindən xeyli nəaliyyətlər qazanılmışdır.

Virus – bakteriya deyil. Onu məhf etmək olduqca çətindir. Bu səbəbdən də, ARVT-nin məqsədi onun çoxalmasının qarşısını almaqdan ibarətdir. Müsir zamanda tibbin inkişaf səviyyəsi bu imkanı yarada bilir. Virusun insan hüceyrələrinə nüfuz etməsinin bütün mürəkkəb prosesini indi təsvir etməyə fikrimizcə ehtiyac yoxdur. Lakin müalicə rejimlərinə daxil olan müxtəlif dərmanlar kompleksi onun insan orqanizmindəki həyati fəaliyyətini müxtəlif mərhələlərdə bloklamağa imkan verir. Bununla da virus yükünü aşkar edilməyən səviyyəyə endirir və azaldır.

Bu səbəbədən də, HİV-infeksiyalı xəstələt tam formatda həyatlarını davam etdirə bilirlər. Eyni zamanda, mənfi HİV göstəricili insanla münasibət qura, sağlam uşaq dünyaya gətirə bilirlər. Mütamadi araşdırmalar aparıldığından indi gün ərzində bir neçə həbb qəbul etməyə belə ehtiyac qalmır. Bütün komponentlər bir həbdə birləşdirilə bilir.

İİV-ə yoluxmuş insanlardan qaçmaq daha yaxşıdır! HİV asanlıqla ötürülür

Əgər “HİV” kəlməsini eşitdiyiniz zaman əlcək geyinmək və ya qaçmaq haqqında düşünürsünüzsə, bu bölmə tam sizin üçündür. Ümumi yayılmış yanlış inanclara baxmayaraq HİV o qədər də asan yolla ötürülmür. Xəstəliyin ötürülməsi qanla, cinsiyyət mayeləri ilə, eyni zamanda ana südü ilə ötürülə bilir. Bu isə o deməkdir ki, kontraseptik vasitələrin önəminə xüsusi diqqət yetirmək gərəklidir. Ancaq, eyni ortamda nəfəs almaqla xəstəlik qazanmaq olmur.

HİV haqqında 10 ən məşhur və təhlükəli mif 3

Virus hava damcıları və məişət təmasları ilə, məsələn, toxunma, qida, içməli su və ya ümumi məişət əşyaları vasitəsilə ötürülə bilməz.

HİV panika yaratmamalıdır. Bu virusla yaşayan insanları özündən uzaqlaşdırmaq üçün səbəb deyil.

HİV həşəratlar tərəfindən daşına və ötürülə bilər

Bir daha qeyd edək ki, HİV hamıya aidiatı olacaq məsələdir. Səmimi olsaq, siz ailəli olsanız belə, bir partnyora sadiq qalsanız belə, qarşı tərəfə yüz faizli əmin ola bilmərsiniz. Eyni zamanda nəzərə alın ki, virus uzun müddət orqanizimdə gizlənə bilər. İndi hiss etməsəniz belə əvvəkli münasibətlərdən də yoluxa bilərsiniz.

Bu səbəbdən də, mütamadi olaraq HİV testləri vermək gərəklidir. Virusun ötürülmə halları daha çox öz statusunu bilməməkdən irəli gəlir, həşəratlarla bir bağlılığı yoxdur.

HİV testi ayıb deyil, məsuliyyətli olmaq deməkdir.

İİV-ə yoluxmuş insanlar İİV-ə yoluxmamış insanlarla münasibət qura bilməzlər

Pasientlər arasında tez-tez status fərqliliyi olan cütlüklər olur ki, burada partnyorlardan biri HİV-müsbət, digəri isə mənfi olur. Sevgi üçün heç bir sərhəd yoxdur. Müasir terapiyanın insanlara bu kimi şans verə bilməsi sevindirici haldır. Bu cür münasibətlərdə məsuliyyət olduqca önəmli məsələdir. HİV göstəriciləri müsbət olan tərəf daimi mütamadi şəkildə həblərini atmalı, müəyyən edilmiş terapiyadan keçməli və virus yüklənməsinə diqqət etməlidir. Bu halda pasient mənfi göstəricili partnyorrunu qorunmadan baş verən sex zamanı da yoluxdura bilmir.

HİV-ə yoluxmuş insan uşaq sahibi ola bilməz

Bu gün HİV statuslu insanlar arasında sağlam övlad valideyinləri olanlar çoxdur. Bunlar sözü gedən nəticəyə antiretrovirus terapiya nəticəsində nail olurlar. Yəni, əgər qadın doğuşdan öncə və ya doğuş zamanı HİV göstəricisinin müsbət olduğunu örgənərsə və bu zaman onun virusla yüklənmə səviyyəsi aşağı olarsa, o sağlam uşaq dünyaya gətirə bilər.

İİV-ə yoluxmuş insanlar uşaqları övladlığa götürə bilməzlər

Bəzi ölkələrin qanunvericiliyinə əsasən əgər insanın HİV göstəriciləri yüksək yüklənmiş olmazsa, onlar rahatlıqla uşaq himyəyə götürə və ya qəyyumluq edə bilələr.

İİV-ə yoluxmuş insanların peşə seçimində məhdud hüquqları var

İİV-ə yoluxmuş insanlar bütün vətəndaşlar kimi eyni hüquqlara, azadlıqlara və vəzifələrə malikdirlər. Onlar istədikləri peşəni seçə bilərlər. Ümumiyyətlə, qanunla statusları barədə danışmaq tələb olunmur. Bununla belə, icbari tibbi müayinənin tələb olunduğu az sayda xüsusi peşələr mövcutdur. Belə hallarda, şərtlər həm HİV-ə yoluxmuş insanlara, həm də digər xəstəlikləri olan və ya sadəcə sağlamlığı zəif olan insanlara eyni dərəcədə tətbiq olunur.

Sex zamanı dünyasını dəyişmiş məşhurlar“Havalı sex” və digər bu kimi sex yarışmaları

Əvvəlki məqaləVegan-idmançılar formada qalmaq üçün necə qidalanırlar?
Növbəti məqaləFilmlərinə görə sürətlə əzələ yığan aktyorlar

Fikirlərinizi bildirin.