Heyva kişi potensiyası və sağlamlığı üçün. Qızıl alma – vitaminlərlə, minerallarla, qida lifləri ilə zəngin meyvədir. Heyvanın kişilər üçün xeyri ümumi anlayışlarla yetinmir. Onun imunstimulyasiya, xərçəng əlehinə təsir kimi xüsusiyyətləri vardır. Bununla yanaşı, güclü cinsin nümayəndələri üçün ən önəmli məqam testestronun səviyyəsinin artırmasındadır.
Əfsanəyə görə, Paris onun gözəlliyinə görə məhz heyva məhsulunu Afroditaya vermişdir.
Qədim yunan əsatirlərində Herakla müalicəvi xüsusiyyətlərə malik heyva məhsulunu Qesprid bağından əldə etmək tapşırığı verilmişdir. Lakin, yüzbaşlı əjdahadan qorxan qəhrəman Atlantdan axtarılan meyvəni əldə etməyə inandırmış, özü isə həmin vaxt onun əvəzinə səmanı çiyinlərində saxlamışdı. Bu Heraklın on birinci qəhrəmanlığı hesab olunur.
Heyva meyvəsi məhsuldarlıq və ər-arvadlıq simvoludur. Nikah mərasimi ilə bağlı yaradılmış portretlərdə, qadınlar heyva tuta bilər.
Tərkibi
Qədim qafqaz bitkisi az kalorili meyvələr verir: 50 kilokaloridən 10 qr karbohidrata qədər. Bununla yanaşı həyat üçün önəmli olan nutrientləri təqdim etməkdədir.
Vitaminlər | 100 qramda olan göstərici mq-la | Kişilər üçün sutkalıq % norması |
C | 24 | 26 |
A | 0.17 | 19 |
E | 0.4 | 2.4 |
B2 | 0.05 | 2.3 |
B6 | 0.04 | 2 |
B4 | 8.7 | 17 |
B5 | 0.08 | 1.6 |
B1 | 0.02 | 1.3 |
PP | 0.2 | 1 |
B9 | 0.003 | 0.8 |
Mikroelementlər | ||
Xrom | 20 | 40 |
Dəmir | 3 | 16.7 |
Mis | 0.13 | 13 |
Yod | 0.01 | 7 |
Marqans | 0.095 | 4.8 |
Molibden | 0.0015 | 2 |
Ftor | 0.045 | 1.2 |
Selenyum | 0,0005 | 1 |
Makroelementlər | ||
Silikon | 3.5 | 11.4 |
Kalium | 145 | 5.8 |
Maqnezium | 14 | 3.5 |
Fosfor | 24 | 3 |
Kalsium | 2.3 | 2.3 |
Natrium | 14 | 1.1 |
Heyvanın kişi orqanizminə müsbət təsirinin 19 faktoru
- Qanın tərkibini zənginləşdirir – erotrositlərin ifrazını yüksəldir, tromb əmələ gəlmə hallarının qarşısını alır, xolesterinin səviyyəsini azaldır;
- Şəkərin miqdarını azaldır;
- Maddələr mübadiləsini sürətləndirir;
- Əzələlərin böyüməsini və onlara qan çatdırılmasını təmin edir;
- Ürək xəstəliklərinin proflaktikasını aparır;
- Damarları gücləndirir;
- Qan təzyiqini aşağı salır;
- Görmə qabiliyyətini yaxşılaşdırır;
- İmuniteti yüksəldir;
- Ankoloji xəstəliklərin proflaktikasını icra edir;
- Stress səviyyəsini aşağı salır;
- Libido səviyyəsini və potensiyanı artırır;
- Soyuqdəymə hallarını aradan qaldırır, antioksidant təsirə malikdir;
- İnfeksion xəstəliklərinin müddətini qısaldır;
- Keyimə hallarını aradan qaldırır;
- Arıqlamağa kömək edir;
- Qan laxtalanmasını normallaşdırır;
- Sidik sistemində soyuqdəymə hallarını aradan qaldırır;
- Toksinləri bədəndən xaric edir.
Aşağıdakı problemlər zamanı əsas müalicə proseduruna əlavə olaraq yazılır:
- Anemiya;
- Ürək-damar sistemi xəstəlikləri;
- Virus və bakterial infeksiya;
- Nevroz;
- Qanda şəkərin miqdarının artması;
- Prostatit;
- Diareya;
- Avitaminoz:
Təzə, sıxılmış şirəsi isə ağız boşluğunda və damaqlarda olan yaraların aradan qaldırılması zamanı məsləhət görülür. Dənlərinin dəmlənməsi bronxit, qəbizlik, qarın ağrıları, dəri problemləri və keçəlləşmə zamanı istifadə edilir. Dəriyə sürtülməsi isə konyuktivə və yanıqlara yardım edir.
Məsləhət görülməyən hallar
Ətirli sarımtıl meyvə bəzən məsləhət görülməyə bilər. Bu hallar aşağıdakılardır:
- Enterokolit;
- Xroniki qəbizlik;
- Trobifoliya;
- Plevrit;
- Alergiya;
- İndividual olaraq orqanizmin qəbul etməməsi.
Bununla yanaşı heyva əhval-ruhiyyənin qaldırılmasına şərait yaradır ki, nəticədsə libidonun və ereksiyanın səviyyəsi artmış olur.
Dində keçərli hədislər
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heyva üzün rəngini ağ və övladı göyçəkləşdirir. Mədə divarının aşılanmasına ve ürəyin möhkəmlənməsinə səbəb olur.”
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Heyvanın üç xasiyyəti vardır: 1-Ürəyə aramlıq və şadlıq verir. 2-Paxılın əliaçıq olmasına sebeb olur. 3-Qorxağı şücaətli edir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs acqarına heyva yesə, nütfəsi pak ve övladı göyçək olar.”
Heyvadan hazırlanan maskalar
Təbii botoks
Dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd heyva tumunu çıxardıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez başa gələn maska dərini yumşaldır və onun elastikliyini bərpa edir, qırışları azaldır. Yaxşı nəticə üçün maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.
Qeyd edək ki, su yerinə gül suyu da istifadə edə bilərsiniz. Əlbəttə, bu daha yaxşı effekt verər.
Heyva maskası
Heyva dilimləri ilə üzü silmək qırışlara və dəridəki solğunlu aradan qaldırmaq üçün ideal vasitədir.
Yağlı dəri üçün heyva suyu
Dəymiş bir heyvanı sürtgəcdən keçirərək suyunu çıxarın. Bu suya pambıq batıraraq dərinizi silin. Yağlı dərilər üçün mükəmməl təmizləyicidir. Həmçinin çillərin rənginin açıq şəkildə açılmasını təmin edir.
Təmizləyici heyva maskası
1 heyvanı ürtgəcdən keçirin, içinə 1 yumurta ağı əlavə edib qarışdırın, üzünüzə sürtün. 15-20 dəqiqə gözlədikdən sonra yuyun. Bu maska qırışlar və yağlı dəri tipinə uyğundur. Bundan başqa dəridə təmizləyici, təravətləndirici və canlandırıcı təsiri var.
Yağlı saçlara heyva maskası
30 qram heyva tumlarının üzərinə 1 stəkan su töküb 1 saat saxlayın. Sonra zəif odda qaynadıb süzün. Bunu isti-isti yağlı saçların dibinə sürtün. Saçlar quruduqdan sonra isti su ilə yaxalayın. Bu maskanı 1 həftə ərzində hər gün etməyiniz məsləhət görülür. Qarışığı soyuducuda saxlaya bilərsiniz.
1 ədəd iri yetişmiş heyvanın tumlarını çıxarıb kub şəklində doğrayın. Üzərinə 2 stəkan su töküb 5 dəqiqə qaynadın və soyumağa qoyun. Qarışıq soyuduqdan sonra saçlarınız dibinə masaj edərək sürtün. 1 saat gözlədikdən sonra saçlarınızı şampun istifadə etmədən yaxalayın.
Əncirin kişi potensiyasına təsiri, Bananın kişilər üçün xeyri