Hansı ölkələrdə və xalqlarda kişi kimi doğulmağa dəyməz? Biz kişinin evin başçısı olması fikrinə örgənmişik. O ailədə lider olaraq ailənin digər üzüvlərinə görə məsuliyyət daşıyır. Lakin, təəcüblü olsa da bəzi ölkələr vardır ki, orda ailə başçısı qadın hesab edilir. Kişi kimi doğulmaq olduqca istirablı və uğursuz hal kimi qəbul edilir.

Pakistanda Kalaşi

Aleksandr Makednoskinin nəslindən sayılan Kalaşi xalqı. Əhali sayı təxmini 3000 nəfər təşkil edir. Onlar dahi sərkərdələrin nəslindən olanlar hesab edilsələrdə, həmin bölgədə ümumiyyətlə cinayət hallarına rast gəlinmir.

Hansı ölkələrdə və xalqlarda kişi kimi doğulmağa dəyməz

Lakin, xalq özünəməxsus fərqliliyi ilə seçilir. Burda ailənin başçısı qadındır. Əgər o kişini hər hansısa səbəbə görə bəyənməzsə, rahatlıqla evdən qova və yenisinin axtarışlarına başlaya bilər. Evdən qovulmuş kişi isə, heç bir narazılıq bildirmədən evdən çıxmalıdır. Burda qadınla söz güləşdirmək qəbul olunmur.

Çində Moso qəbiləsi

Bu qəbilə olduqca böyükdür. Nümayəndələri bir neçə əyaləti əhatə etməklə məskunlaşmışlar. Fərqlilikləri onların ümumiyyətlə ailə qurmamalarındadır.

Hansı ölkələrdə və xalqlarda kişi kimi doğulmağa dəyməz

Qadınlar bəyəndikləri istənilən kişini evlərinə dəvət edə bilərlər. Onların uşaqları olarkən anaları və ya ana tərəfdən istənilən qohum tərəfindən saxlanılır və böyüdülür.

Hindistanda Meqhaliya ştatı

Burda ümumiyyətlə kişilərin hüquqları qorunmur. İdarəetmə və bütün vacib məsələlərdə söz keçərlilik qadınlara məxsusdur. Qadınlar pulların nələrə xərclənəcəyini müəyyən edər, yeni doğulan uşağın adını və soyadını özləri müəyyənləşdirərlər. Ən maraqlısı isə ondadır ki, bu ölkədə kişilər hüquqlarının qorunması üçün birləşərək təşkilat yaratmışlar.

Minanqkabay və onun matriarxatı

İndoneziya islam dininin mövcud olduğu ölkədir. İslama görə isə qadının öhdəlilkləri onun hüquqlarını üstələyə bilir. O istənilən mövzuda ərinin qərarlarına hörmətlə yanaşmalı və sonsuz dəyər verməlidir. Lakin, Minanqkabay qəbiləsində qaydalar fərqlidir.

Hansı ölkələrdə və xalqlarda kişi kimi doğulmağa dəyməz

Burda oğlan uşaqları 7 yaşından etibarən xüsusi dini məktəblərə göndərilirlər. Məktəbi bitirdikdən sonra onlar doğma yurdlarını tərk etməli olurlar. Məqsədləri ailə qurmaq üçün pul qazanmalarıdır. Nəticədə evdə olmadıqları müddət ərzində qadınlar bütün işləri və bütün qərarları özləri verməli olurlar.

Himalayda vəziyyət

Hindistanın bəzi vilayətlərində, Nepalda və Butanda qadınların eyni zamanda bir neçə kişiyə ərə getmək hüquqları vardır. Lakin, insanların baxış tərzləri müasirləşdikcə bu hallara getdikcə az rast gəlinir.

Xarici kişilərin sevgi adətləriİlk toy gecəsi: dünyada qəribə adətlər

Fikirlərinizi bildirin.