Hansı ixtisas sahibləri xəyanətə daha çox meyillidirlər?

1096
Hansı ixtisas sahibləri xəyanətə daha çox meyillidirlər

Hansı ixtisas sahibləri xəyanətə daha çox meyillidirlər? Siz harda işləyirsiniz? Sizin partnyorunuz harda çalışır?

Yeni araşdırmalarda 5 668 qadın iştirak etmişdir. Onların çox hissəsi, yəni 65%-i öz daimi partnyorlarına xəyanət edirlər. Xəyanət isə adəti üzrə iş yerində və ya işlə bağlı ezamiyyətlərdə baş verir. Satatistika heç də ürək açan deyil. Psixoloqların fikrincə qadınlarda sexual fantazyalarında çox vaxt məhs iş yoldaşları baş rolda olur. Rəyi soruşulan qadınların 80%-i bu təxmini təsdiqləmişlər. Rəylərə əsasən qəhrəman rolunda ikinci yeri isə ərlərinin ən yaxın dostları tutur. Bu faktlar insanı dərindən düşünməyə vadar edir. Elə deyilmi?

Araşdırmalara görə brokkerlər və bank işçiləri qarışıq münasibətlərə daha çox meyilli olurlar. Ən azından müştərilərlə münasibətləri yaxşılaşdırmaq cəhtləri həyatlarının bir çox məqamlarına təsir göstərmiş olur. İkinci yerdə isə, pilotlar, təyyarə bələdçiləri və digər, işləri daim səyahətlər və gəzintilərlə keçən işçilərdir. Deməli, hansısa bir oğlan indi evdə oturub sevdiyi qız üçün darıxan zaman xanım Mile High Club-un fəxri üzvünə çevrilməkdədir.

Buna baxmayaraq, 85% qadın işdə münasibət yaratmağa sonradan peşman olduqlarını bildirmişlər. Onların sözlərinə görə, ayrıldıqdan və hər şeyə son qoyduqdan sonra iş yoldaşları ilə münasibətləri korlanır, narazılıq baş verir. Ancaq, gedişat zamanı işə gəlmək və işləmək həvəsi daha da artır, aktivlik çoxalır.

Beləliklə, xəyanət baxımından təhlükəli ola biləcək ixtisaslar aşağıdakı kimi sıralanmışdır:

  • Bank sistemi (bank işçiləri, brokkerlər, analitiklər);
  • Səyahət sahəsi (pilotlar, təyyarə bələdçiləri, qatar bələdçiləri);
  • Sağlamlıq sahəsi (həkimlər, tibb bacıları);
  • Biznes (rəhbərlər, menecerlər, katibələr);
  • Profesional idman;
  • İncəsənət (musiqiçilər, modellər, fotoqraflar, dizaynerlər və s.);
  • Gecə həyatı və xidmət sahəsi üzrə fəaliyyət (djeylər, adminstratorlar, ofisiantlar);
  • Jurnalistika və piar sahəsi;
  • Hüquq sahəsi;
  • Digər sahələr.

Xəyanət səbəbləri ilə bağlı ardıcıllıqda isə ilk üç yeri “sexual həyatı rəngarəng etmək”, “yeni insanla sexlə məşğul olmaq” və “gözəl vaxt keçirmək” kimi səbəblər tutmuşdur.

Atalıq məzuniyyəti – yeni norma yoxsa qaydaların ixtisar edilməsi?Dünyanın 5 qəribə iş vakansiyaları

Əvvəlki məqaləStatistikaya görə qadınlar bu yaşda xəyanətə meyilli olurlar
Növbəti məqaləArtıq gözlərdən sexual arientasiyanı anlamaq olur

Fikirlərinizi bildirin.