Həyat mozaikasının beş əsas fraqmenti – Cim Ron

The Five Major Pieces to the Life Puzzle

Bu kitabda Cim Ron özünəməxsus, unikal stildə, daha yaxşı həyat axtarışında olan insanlara ümid, ilham və suallarına cavab ola biləcək ideya və fikirlərini çatdırır. Bu kitab, müəllifin “Siz hal-hazırda malik olduğunuzdan daha çox şeyə nail ola bilərsiniz, çünki Siz daha böyük olmaq imkanına maliksiniz” fikri ilə şərik olanlara real dəyərlər və ilham bəxş edir.

Həyat mozaikasının beş əsas fraqmentini oxuyub qavradıqda, Siz öz imkanlarınızı indiyə kimi görmədiyiniz şəkildə görəcəksiniz!

Ön söz

Uğur təbiətcə dəyişkən və ələkeçməzdir; o öz mükafatlarını çoxlarından gizləyir və çox az adama, yalnız inadla onu izləyənlərə bəxş edir.

Təbiətin mürəkkəb quruluşu belədir, uğur – bu, izlənilməli yox, özünə cəzb edilməli şərtdir. Biz irəli atdığımız addım və mükafatlara, intensiv ötüşmələr hesabına deyil, necə olmağımız hesabına nail oluruq və son uğurlarımızı məhz bu müəyyən edir.

“Əldə etdiyimiz nailiyyətin böyük olması üçün, əvvəlcə biz özümüz böyük olmalıyıq” – C.Ronun “Həyat mozaikasının beş əsas fraqmenti” kitabında təqdim etdiyi uğur, xoşbəxtlik və şəxsi inkişaf fəlsəfəsinin əsl məğzi məhz belədir.

Məhz şəxsi fəlsəfəmiz, bizim həyata olan münasibətimizi müəyyənləşdirir. Aktiv fəaliyyətimizin kəmiyyət və keyfiyyəti isə bizim həyata olan münasibətimiz tərəfindən müəyyən edilir. Bu aktiv fəaliyyət bizə son və müvafiq nəticə verir, nəticə isə yaşadığımız həyatın stilini müəyyən edir.

Nəticə və həyat stili – bunlar əldə olunan yekundur, lakin, bizim şəxsi fəlsəfəmiz, həyata münasibətimiz və fəaliyyətimiz – yekunu doğuran əsas səbəblər məhz bunlardır.

Yekunu dəyişmək üçün biz səbəblərə təsir göstərməliyik, lakin çox adam səbəbi tərifləyərək, yekunu lənətləməyi üstün tutur.

Bu kitabda Cim Ron özünəməxsus, unikal stildə, daha yaxşı həyat axtarışında olan insanlara ümid, ilham və suallarına cavab ola biləcək ideya və fikirlərini çatdırır. Bu kitab, müəllifin: “Siz hazırda malik olduğunuzdan daha çox şeyə nail ola bilərsiniz, çünki Siz daha böyük olmaq imkanına maliksiniz” fikri ilə şərik olanlara real dəyərlər və ilham bəxş edir.

Qoy müəllifin sözləri Sizə təsir etsin. Qoy Cim Ronun naməsi Sizi ruhlandırsın. Cim Ron fəlsəfəsinin həyatınıza təsir etməsinə imkan verin.

Həyat mozaikasının beş əsas fraqmentini oxuyub qavradıqda, Siz öz imkanlarınızı indiyə kimi görmədiyiniz şəkildə görəcəksiniz !

Kayl Vilson,

“Jim Rohn İnternational” şirkətinin prezidenti

Nikbinliyin gücü – Tom Rat, Donald KlıftonKişilər Marsdan, qadınlar Veneradandır – Con Qrey

Əvvəlki məqaləNə dərəcədə ehtiraslanmısan? Maraqlı cihazlar
Növbəti məqaləAvtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

Fikirlərinizi bildirin.