Hər şey səninlə başlar – Mümin Sekman
Hər şey səninlə başlar – Mümin Sekman. Şəxsi inkişafa tuşlanan kitabları ilə tanınan Mümin Sekmanın 10-cu əsəri “Hər şey səninlə başlar” sosial uğura gedən yolları anladır.
Kitabda yerli və dünya təcrübəsindən olan misallarla uğursuzluğa necə alışıldığı və uğur qazanmanın necə öyrənildiyi haqda bəhs edilir.
Əsərin təməlindəki sual budur: Nə üçün uğursuzluğa uğrayırıq? Çarəsizlik psixologiyasını necə yenməliyik? Uğur qazanmağı necə öyrənə bilərik? Uğurlu insanların bildiyi və digərlərinin bilmədiyi nədir?
“Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənindir!” kəlamı ilə çıxan və uğuru öyrədən bu kitab özünün də uğur tarixçəsini yazıb. İlk nəşri 100 min tirajla çıxan əsər 2 ildə 500 min, 8 ildə isə 1 milyon oxucuyla görüşərək Türkiyədə rekord qırıb. Bununla da “Ən uğurlu uğur kitabı” adlanmağı haqq edib.
MÜMİN SEKMAN
Fərdi inkişaf və sosial uğur sahəsində kitabların müəllifidir.
“Uğurlu olmaq öyrənilə bilər” fikrini müdafiə edən yazıçının kitabları aşağıdakılardır:
1.Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil! (53-cü nəşr)
2.Kəsintisiz öyrənmə (21-ci nəşr)
3.Uğur qazanmağın türk üsulu (8-ci nəşr)
4.Uğur Universiteti (35-ci nəşr)
5.Fərdi ətalətə qalib gəlmək (43-cü nəşr)
6.Çevik şirkətlər: təşkilati ətalətə qalib gəlmək (7-ci nəşr)
7.Hər şey səninlə başlar (1.000.000 nüsxə)
8.Hər şey səninlə başlar 9+ (Uşaqlar üçün uğur kitabı – 26-cı nəşr)
9.Limit sizsiniz (300.000 nüsxə)
10.Hər şey beyində başlar (150.000 nüsxə)
Bu kitablardan başqa, sıfırdan zirvəyə çıxanların uğur hekayələrindən bəhs olunan “İnsan istərsə: əzmin qələbə hekayələri” silsiləsinin məsləhətçisidir.
İstanbul şəhərində anadan olan yazıçı Ankara Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Amma hüquq sahəsində bir gün belə çalışmayıb. O, uğurlu insanların həyatını incələyib, zirvəyə necə çıxdıqlarını, onların bunu necə bacardıqlarını öyrənib, uğur qazanmaq istəyənlərlə danışmağı özünə peşə seçib.
Çoxsaylı universitet, şirkət və dövlət qurumlarında uğur haqda seminarlar keçib. Məşhur adamlara uğurun idarə olunması sahəsində məsləhətlər verib. Bir müddət “Uşaqlar eşitməsin” serialında ssenari müəllifi işləyib.
“Fərdi İnkişaf Mərkəzi”nin (kigem.com) yaradıcısıdır. Kigem.com Türkiyənin ilk fərdi inkişaf istiqamətli internet saytıdır və Türkiyədə mütəmadi olaraq “Beyin həftəsi” keçirir.
Türkiyədə “Fərdi inkişaf mütəxəssisi” titulunu ilk istifadə edən şəxs olan Mümin Sekman mərkəzi Londonda yerləşən “The Success Think Tank”ın qurucusudur. Yazar dünyanın hər kvadratmetrinə düşən uğurlu insan sayını artırmağı şəxsi missiyası hesab edir.
Mümin Sekman karyerası statistik rəqəmlərdə:
- Bu günə qədər 7-dən çox kitabı çap olunub.
- Türkiyənin 40 şəhərində seminarlar keçirib.
- Konfranslarında 100.000-dən çox insan iştirak edib.
- Kitablarının ümumi nəşr sayı 2.000.000 nüsxəni keçib.
- “Hər şey səninlə başlar” adlı kitabı isə 1.000.000 nüsxə ilə nəşr olunmaqla Türkiyədə kitab nəşri sahəsində rekorda imza atıb.