Hər dördüncü kişi sex məcburiyyətini normal hesab edir. İntim münasibətlər qarşılıqlı razılaşma və inam əsasında olmalıdır desək Amerika kəşf etmiş olmarıq. Lakin, statistika tamami ilə əks göstəriciləri təqdim edir. Gənclər arasında cinsi münasibətlər barədə yeni araşdırmalara əsasən rəyi soruşulanların hər dördüncü insan kişilər tərəfindən sex barəsində qadınlara təzyiqi tamami ilə normal hal hesab edir.

İllərdir qadınlar və onların uşaqları üzərində zorakılıq halları ilə aktiv mübarizə aparan “Our Wacth” təşkilatı 12-20 yaş arası 604 gənc insan arasında sorğu keçirmişdir. Onların sexsual razılaşma ilə bağlı fikirləri örgənilmişdir. Nəticə etibari ilə rəyi soruşulanların 55%-i qadınların razılığı olmadan onların sexsə cəlb edilməsini müsbət qarşılamadıqlarını dilə gətirmişlər. Lakin, 25% insan bu hərəkəti adekvat adlandıraraq, burda qəribə heçnə olmadığını bildirmişlər. Bu isə bütün sorğudakı kişilərin dörddə bir hissəsini təşkil edir deməkdir.

Araşdırmalar əsasında məlum olan digər məlumatlar da o qədər ürək açan deyil. Beləki,: 12% insan qadının içkili və ya narkotik vasitələrin təsiri altında olarkən sexsə məcbur edildiyi halda müəyyən qədər məsuliyyət daşıdığını söyləyir. 11% insan isə əmindir ki, qadın kifayət qədər açıq geyimlərdən istifadə edirsə, zorlanma və məcbur edilən hallar anlaşılacaq bir məsələdir.

Bununla yanaşı təşkilat digər göstəriciləri də ictimayiətə açıqlamışdır: 73% oğlanlar əmindirlər ki, qarşı tərəfi sex barəsində razı salmaq üçün rəfdar edilmə qaydalarını yaxşı bilirlər. 60%- inin fikrincə qadınlar tam anlaşıqlı formada sex istəmədiklərini bildirməlidirlər. Əgər bu həqiqətəndə belədirsə, qəti şəkildə həmin an “yox” deməlidirlər.

Yəqinki araşdırmanın nəticələri sizdə də qəribə hislər oyatdı. İndiki dövürdə qadın zorakılığına qarşı məsələlərin çox aktual olmasına və ciddi yanaşılmasına baxmayaraq hələ də araşdırmalara xeyli ehtiyac duyulmaqdadır. Bu sahədə olan problemlər sosioloqlarla birlikdə müxtəlif zamanlarda məşhur insanlar tərəfindən də göz önünə gətirilmişdir. Misal olaraq, Ledy Qaqanın “Oskar-2016”-ıdakı “Til It Happens to You” adlı mahnısı ilə çıxışını xatırlamaq yetərli olar. Qeyd edək ki, xanım özüdə gənclik illərində zorlanmaya məruz qalmışdır.

Niyə qadınlar zorlanma barədə fantaziyalar ququrlar?“Bütün qardaşlar bunu edirlər” sexual zorlanmaya məruz qalanların etirafları

Fikirlərinizi bildirin.