Hərəkət sürəti və NV arasında ara məsafəsi (maddə 50)

53
Hərəkət sürəti və NV arasında ara məsafəsi (maddə 50)

Hərəkət sürəti və NV arasında ara məsafəsi (maddə 50)

I.Sürücü hərəkətin intensivliyini, NV-nin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbiqləri görməlidir.

II.Nəqliyyat vasitələri:

1)yaşayış məntəqələri daxilində – saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə;

2)minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda; avtomagistrallarda – saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda – saatda 90 kilometrdən çox olmayan sürətlə;

3)şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə;

4)digər avtobuslar, yedəyinə qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda; avtomagistrallarda – saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda – saatda 70 kilometrdən çox olmayan sürətlə;

5)banında adamlar daşıyan yük avtomobilləri – saatda 50 kilometrdən çox olmayan sürətlə;

6)yedəyində mexaniki nəqliyyat vasitəsi aparan nəqliyyat vasitəsi – saatda 50 kilometrdən çox olmayan sürətlə;

7)təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitəsi – daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər.

III.Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçilməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

IV.Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitəsinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdılar ki, onları ötən nəqliyyat vasitəsi ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.

V.Üstün hərəkət rejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər. Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün hər cür tədbir görməlidirlər.

VI.Sürücülərə:

1)nəqliyyat vasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdən artıq sürmək;

2)lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitəsi üçün maneə yaratmaq;

3)yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır.

VII.Yollarda nəqliyyat vasitəsinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədi ilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.

Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)

Əvvəlki məqaləAvtomagistrallarda hərəkət (maddə 43)
Növbəti məqaləİdmanda bağlanan reklam müqavilələri şirkətlərə niyə gərəklidir?

Fikirlərinizi bildirin.