Hərəkətə başlama, manevretmə (maddə 42)

84
Hərəkətə başlama, manevretmə (maddə 42)

Hərəkətə başlama, manevretmə (maddə 42)

I.Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq sıqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

II.Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sağ qol sola (geriyə) dönmə siqnalına uyğundur (şəkil 1; 4; 5). Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şəklində dirsəkdən yuxarı bükülmüş sol qol sağa dönmə siqnalına uyğundur (şəkil 2; 6; 7). Yuxarı qaldırılmış sol və ya sağ qol tormozlama siqnalına uyğundur (şəkil 3; 8).

III.Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər) (şəkil 9). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır (şəkil 10). Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir.

IV.Sürücü yola bitişik ərazidən (yolun hər hansı tərəfinə bitişik olan və nəqliyyat vasitəsinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitəsinə və piyadalara (şəkil 11), yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir (şəkil 12; 13).

V.Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir (şəkil 14; 15; 16).

VI.Dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək (daxil olmaq) istisna olmaqla (şəkil 17), sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır (şəkil 18; 19). Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, sola və geriyə dönərkən həmin yollara çıxmaq lazımdır (şəkil 20; 21). Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.

VII.Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən qarşıdan gələn nəqliyyatın yoluna keçməsin (şəkil 22). Nəqliyyat vasitəsi sağa dönərkən hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir (şəkil 23).

VIII.Nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın (şəkil 24).

IX.Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən tramvaya yol verməlidir (şəkil 25). Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfindən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir (şəkil 26).

X.Nəqliyyat vasitəsinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliyi isə qaydalarda göstərmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir (şəkil 27).

XI.Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azltmalıdır (şəkil 28). Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir (şəkil 29).

XII.Aşağıdakı hallarda geriyə dönmək qadağandır:

1)piyada keçidlərində (şəkil 30);

2)tunellərdə (şəkil 31);

3)körpülərdə, estakadalarda və onların altında (şəkil 32);

4)dəmiryol keçidlərində (şəkil 33);

5)ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə (şəkil 34, 35);

6)ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə (şəkil 36).

XIII.Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə edilməlidir.

XIV.Yolarıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır (şəkil 30, 31, 32, 33, 34, 35, 36, 37).

XV.Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir (şəkil 38, 39, 40, 41).

Əlavə məlumat nişanları (lövhəciklər) (maddə 68)Avtomobilin idendifikasiya nömrəsi (VIN nömrəsi)

Əvvəlki məqaləQadağan nişanları (maddə 64)
Növbəti məqaləNiyə qaçış zamanı yalnız burunla nəfəsalmaq olmaz?

Fikirlərinizi bildirin.