Kardio hərəkətlərə diqqət yetirin

Həblərsiz potensiyanın artırılmasının 8 üsulu. Ereksiyanın hər zaman sizi sevindirməsi üçün sağlam ürək-damar sistemi mütləqdir. Tibbi məsələlərin dərininə gedərək, qan dövranının testestronun səviyyəsinə təsiri və ya yumurtalarla (xayalarla) beyinin əlaqəsini izah etməklə sizi yormaq istəməzdik. Lakin, qeyd edək ki, kardio məşqlər və hərəkətlər mütləq şəkildə potensiyanın yaxşılaşmasına təsir etmiş olur. Hətda bəzi xarici klinikalarda ereksiyanın disfunksiyası zamanı aerobik hərəkətlərdən istifadə edərək müalicə kursu təin edilir.

Unutmayın: sadə bir qanuna uyğunluq mövcutdur – ürək üçün yaxşı olan hər şey potensiya üçündə yaxşıdır.

Bu səbəbdən də, gün ərzində 30 – 40 dəqiqə kardio məşqlərə zaman ayırmaq mütləqdir. Mütamadi olaraq qaça, baseyndə üzə, tenis oyunları zamanı tullana və ya sadəcə bir neçə avtodayanacağı piyada, nisbətən sürətli yerişlə qət edə bilərsiniz. Nəticədə kəmərdən yuxarı və aşağı orqanlarınız sizə minnətdarlıqlarını bildirmiş olarlar.

Həblərsiz potensiyanın artırılmasının 8 üsulu
Stress hallarını azaltmağa çalışın

Stress, əsəb ereksiyanın əsas düşməni hesab edilir. O, ürək ritminin pozulmasına, qan təzyiqinin qalxmasına, əhvalın pisləşməsinə səbəb ola bilir. Nəticədə sizin sexsual həvəsiniz azalır və fəaliyyətiniz zəifləyir. Əzgin kişi isə, yataqda ruh yüksəkliyi nümayiş etdirə bilməz.
Çıxış yolu: neqativ psixoloji yüklənmələrdən və təsirlərdən qaçmağa çalışın. Yoqa, boksla məşğul olma, psixoterapiya, istədiyiniz insanların əhatəsində olmaq və onlarla ürəkdən dərdləşmək stress hallarının azaldılması üçün yaxşı çıxış yolu hesab edilir.

Pis vərdişlərdən çəkinin

Siqaret və spirtli içkilər vaistəsi ilə sakitləşməyi unudun. Əks halda siz damar qıcolmaları ilə rastlaşınb, normal ereksiya halını unuda bilərsiniz.

Siqaret məsələlərinə bir dəfəlik son qoymaq vacib hal olsada, həvəsləndirici içkilərdə bir neçə nüans mövcutdur. Az miqdarda spirtli içki qəbulu bacarığına sahibsinizsə, bu potensiyaya təsirsiz ötüşə bilər. Əksinə bəzən keyfiyyətini artıra bilər.

Misal olaraq: həfdə ərzində bir qədəh şərab 3 – 4 dəfə qəbul edilərsə, kişi cinsi orqanına müsbət təsiri hiss edilər. Tərkibindəki flavonoidlər və antioksidanlar sayəsində şərab damar divarlarını möhkəmləndirər ürək ritmini yaxşılaşdırar.


Sarımsaq, bibər və banan

Bəzi tərəfəzlər və meyvələr potensiya göcləndirici təsirə sahibdirlər. Kardio məşqlər kimi, onlarda qan dövranını sürətləndirir. HealthLine ABŞ tibb resursunun məsləhətlərinə əsasən:

  • Soğan və sarımsaq (qəbuldan sonra yaranan qoxuya fikir verməsəniz). Qan dövranını sürətləndirir.
  • Banan. Kaliyanın səviyyəsini artırır ki, nəticədə qan təzyiqi normallaşır, libidonun səviyyəsi artır.
  • Acı bibər, çili bibəri. Qan dövranını yaxşılaşdırır, hipertoniya ilə mübarizədə yardımçı olur.
Tərkibi omeqa-3 və B vitamini ilə zəngin ərzaqlar

Omeqa-3 yağ turşuları qan dövranını sürətləndirir. Zeytun yağı, avokado, tuna balığında daha çox rast gəlinir.

B1 vitaminin beynin müxtəlif bədən üzvlərinə, əsasəndə cinsi orqana siqnalların ötürülməsində rolu artıq sübuta yetirilmişdir. Bu vitamin adətən donuz ətində, araxisdə və lobyada rast gəlinir.

B vitamininin geniş formalarını isə toyuq ətində axtarmaq lazımdır. Bura həm qızardılmış, həmdə yağsız hazırlanan toyuq yeməkləri aid edilir. Nəticədə bədənin hormonal vəziyyəti yaxşılaşır, stresin təsir gücü azalır, nəticədə ereksiya güclənir.

Həblərsiz potensiyanın artırılmasının 8 üsulu
Kofe için

Houstonda yerləşən Texas sağlamlıq mərkəzinin tədqiqatlarına əsasən gün ərzində 2-3 fincan kofe içən kişi erektil disfunksiyadan daha az əziyyət çəkirlər.

Sınaqlar kofeinin ereksiyaya viaqra kimi təsir göstərə bildiyini sübut edir. Belə ki, damarları genişləndirir və qan dövranını sürətləndirir. Bu isə olduqca vacib məsələ hesab edilir.

İşıqları yandırın

Alaqaranlıq və ya qaranlıq ortamda orqanizm melatonin ifrazına start verir. Bu hormon öz növbəsində bizə sakitləşməyə və yuxuya getməyə imkan verir. Lakin, bu “yuxuya getmə” bir çox hallarda kişi libido hormonuna da təsir göstərmiş olur.

Yəni, melatoninin azlığı yaxşı ereksiyaya və intim istəklərin artımına müsbət təsir göstərmiş olar. Daha çox gün işığında olmağa, və işıqlı ortamda sexlə məşğul olmağa çalışın.

Arıqlayın

Ürək üçün ziyanlı ola biləcək hər şey ereksiya üçün də zərərlidir. Artıq çəki ürək-damar sisteminin işini qəlizləşdirir. Nəticədə cinsi həvəs azalır.

Avokado – tərkibi və potensiyaya, ürək-damar sistemlərinə təsiri barədəAnanas potensiyanı yaxşılaşdırır

Fikirlərinizi bildirin.