“Gündə 10 000 addım” Yalan-doğru? Sağlam həyat tərzi populyar hal aldıqca o qədərdə bu mövzuda ağla gəlməz idealar mövcud olur. Beləliklə, dəbdə olan növbəti trend “sağlam həyat təzi üçün 10 000 addım” ideasıdır. Nəticədə yeni başlayan həvskarlar müxtəlif eketron qolbaqlar alır və mobil telefonlar üçün nəzərdə tutulan proqramlar yükləyirlər. Bəzən yaşadıqları evlərinin başına dayanmadan piyada dövrə vurmağa belə hazırdırlar. Təki istədikləri rəqəmi gözləri ilə görə bilsinlər. Sizinlə səmimi və dürüst olmağa çalışacağıq: heç bir alim bu 10 000 addımın xeyri barədə  heçnə sübut etməmişdir.

“10 000 addım” trendinin tarixi

Əslində bu rəqəmin fitnes araşdırmalarla heç bir əlaqəsi yoxdur. “10 000 addım” trendi 60-cı illərin ən gözəl marketinq siyasəti hesab edilir. O zaman Yaponiya şirkəti Yamasa Toki dünyada ilk “Manpo-Key” adlı addım ölçən cihazı istehsal etmişdir. Cihazın adı tərcümədə “10 000 addım ölçən” mənasına gəlir. Təsadüf? Xeyr. Cihazın adının yazılışı 10 000 rəqəminə bənzədilmişdir. Yaradıcılara rəqəm çox gözəl göründüyündən “100 il yaşamaq istəyirsənsə, gündə 10 000 addım gəz” sloqanı yaradıldı. Nticədə hər şeyin gözəl getdiyi zamanda araşdırmalara ehtiyac qalmadı. Cihazın yaradıcısı nə tibb sahəsinə, nədə idman sahəsinə yaxın adam hesab edilmirdi. İndi isə “Manpo-Key” keçmişdə qalıb. Lakin, “sağlam həyat üçün 10 000 addım” trendi hələdə yaşamaqdadır.

10 000 addım sağlamlığa ziyan vura bilər

Sağlamlıq – qlobal anlayışdır. Yalnız gündəlik gəzinti ilə ona sahib olmaq mümkün deyil. Ancaq, digər məsələlərə diqqət yetirsək, yalnız gün ərzində 10 000 addıma əsaslansaq, bu zaman bu rəqəm çox ziyanlı görünə bilər. Ziyanları barədə fikirləri 2017-ci ildə Amerikalı professor Qreq Hager təsdiqləmişdir. O, araşdırmaları əsasında gəldiyi nəticələr barədə geniş məqalələr dərc etdirmişdir. Beləki, uzun gəzinti sevən insanlar bu kimi gəzintilərdən əziyyət çəkə bilrlər. Məsələ ondadır ki, hərəkətlər və məşqlər insanın yaşından, bədən quruluşundan aslı olaraq individual seçilməlidir. Misal olaraq: yaşlı insanlara gün ərzində 3 000-4 000 addım, yeniyetmə və gənclərə 20 000 – 25 000 addım düzgün hesab edilə bilər. Bu səbəbdən də 10 000 rəqəmini unversal norma hesab etmək düzgün deyil. Aktiv həyat tərzi keçirən insanlar üçün bu yüngül qızışma hərkətləri, təqaüdçülər üçün isə dəişətli yüklənmə və yorğunluq deməkdir.

Gündəlik gəzintilərin xeyri varmı?

Hər şey o qədərdə pis deyil. Praktika göstərirki, fitnes-trek istifadəçiləri oturaq həyat tərzindən sonra aktiv hərəkətlərə başlayırlar. Lakin, böyük rəqəmlərin arxasınca qaçmağa dəyməz. Əks halda gündəlik hədd sizi yorar və daimilik bezdirər. Müasir araşdırmalara diqqət yetirsək, tamami ilə başqa rəqəmlərlə qarşılaşarıq. Alimlərin fikrincə minimal addım sayı 6 000 – 8 000 arası olmalıdır. Fiziki aktivlik önəmli məsələdir, ancaq hərəkətlər sizə komfort hissi bəxş etməlidir. Əgər sizə 5 000 – 7 000 addım rahat gəlirsə, deməli sizin üçün norma budur. Bir sözlə addımlardan yoruldukda idman növünü dəyişin, 10 000 say sizə azdırsa, sayı artırın və ya əksinə. Təki xoş və ürəyinizcə olan aktivlik yaşayın.

Qaçışın kişilər üçün xeyriƏn yaxşı kardio

Fikirlərinizi bildirin.