Gülməklə pres əldə etmək olarmı? Nəhayət ki, tənbəliyinizə qarşı həkimlərin məsləhətlərindən istifadə edə bilərsiniz artıq.

Hindistanlı həkim Mumbai Madan Katariyanın qəbuluna yazılan bütün xəstələr yüksək səslə gülməyə başlayışrlar. Bu məsələ onun xarici görünüşü və ya soyadının qəribəliyinə görə deyil.

Katariya dünyaca məşhur gülüştropevtitdir. Beynəlxalq Yoqa-gülüş Assosiasiasının təsisçisidir. Bu zarafat deyil. Bu insan həqiqətən də digər insanları güldürməyə məcbur edərək pul qazanır. Həm individual, həm də qrup şəklində terapiyalar aparır. Bu olduqca qəribə görünür.

Həkimin fikrincə gülüş sağlamlıq üçün olduqca önəmli faktordur. “O xəstələnməyə qoymur, yaşanmış stressin nəticələrini aradan qaldırır, imuniteti gücləndirir və orqanizmi oksigenlə zənginləşdirir”.

“Siz gülən zaman orqaniziminizə oksigen axınını stimulyasiya edirsiniz, nəticədə sağlamlığınızı möhkəmləndirirsiniz. Mən inanıram ki, gülüş yoqası bir çox insanların səhətinə müsbət təsir göstərə bilir. İnsanın xroniki xəstəlikləri olsa belə, gülüş-yoqası bədənin güclənməsinə yardımçı olar”, – deyə Katariya videolarının birində bildirir.

Eyni zamanda gülüş sizə pres əzələlərinizin inkafına yardımçı ola bilər. Sadəcə düzgün gülmək gərəklidir. Gedişatla tanış olun:

Gülməklə pres əldə etmək olarmı

  • Burnunuzla dərindən nəfəs alın;
  • Qarnınızı şişirdin;
  • Nəfəsinizi saxlayın;
  • Ona qədər sayın (vaxtından əvvəl gülməsəniz əgər);
  • Nəfəsini buraxın və hündürdən gülün;
  • Qarnınızı sıxın, yığılmış bütün havanı çıxarmağa çalışın;
  • Dərindən nəfəs alın, orqanizminizi oksigenlə doldurmağa çalışın.
Gülüş zamanı aktiv nəfəsalma diafraqmanı qısaldır və nəticədə bütün pres əzələləri və bel əzələləri çalışır. Ancaq, hərəkəti idman zalında icra etməniz üzərinizə xüsusi nəzərləri yönəldə bilər.

Bologiya elmləri doktoru və komik Helen Pilcher dərgiyə verdiyi müsahibə zamanı araşdırmalarının nəticələri ilə bölüşmüşdür:

  • Gülüşün ən intensiv forması bir saat ərzində 120 kalori yandırmağa imkan verir. Bu göstərici eyni zaman müddətində sürətli yeriməklə eynilik təşkil edir.
  • Qarınla gülmək bir saata 100 kalori yandırmaqla nəticələnir.
  • Özünü sıxmadan, sərbəst gülmək isə 20 kalori yandıra bilir.

Deməli, siz rahatlıqla evdə oturaraq, komediya filmi seyr etməklə yağ ehtiyyatlarınızı əridə bilərsiniz.

Lakin, istənilən idman növündə olduğu kimi gülüş-yoqasının da məsləhət bilinmədiyi halları mövcutdur. Xroniki ürək xəstəliyinə və ya nəfəs problemlərinə sahibsinizsə bu halda gülüşə aludə olmağa dəyməz. Əgər bel yırtığından əziyyət çəkirsinizsə, uzanaraq gülmək böyük əzələ dartınmalarına səbəb ola bilər.

Fikirlərinizi bildirin.