Gözlər haqqında 10 maraqlı fakt. Gözlər yalnız qəlbin aynası deyil. Gözlərdə eyni zamanda oftalmollara məlum olan bir çox sirlər və faktlar cəmlənir. Nəticədə, onlardan həm bizim görmə qabiliyyətimiz, həmdə ümumi sağlamlığımız barədə məlumat əldə edə bilərik.

Kompüter gözlər üçün ziyan deyil

“Kompüter gözlərə fiziki baxımdan ziyan vermir” – bu sözləri Oftomologiya Departamentinin rəhbəri Diqlas Ri bildirmişdir. Lakin, müddətdən artıq monitor qarşısında çalışmaq gözlərin yorulmasına səbəb ola bilərki, bu da nəticədə müvəqqəti görmə zəifliyi yarada bilər. Mütamadi olaraq fasilələr edin. Hər iyirmi dəqiqədən bir gözlərinizi kompüter ekranından çəkərək uzağa baxın və gözlərinizi 2-5 dəqiqəlik yumun.

Eynəklər görmə qabiliyyətini zəiflətmir

“Bu sadəcə mifdir” Nyu York Lenox Hill Hospitalının oftalmoloqu Mark Fromer bildirmişdir. – “Eynəklərin edə biləcəyi yalnız sizin yaxşı görə bilmənizə yardım etməkdir”. Bəs onları hansı müddətdən bir yeniləmək gərəklidir? Doktor Fromerin fikrincə bu məsələ yaşla əlaqədardır. Daha sadə şəkildə desək – yeniyetmələr və gənclər ildə bir dəfədən az olmayaraq, yaşca böyük insanlar isə ildə iki dəfədən az olmayaraq linzalarını dəyişməlidirlər. Oxuma zamanı çətinlik çəkirsinizsə və ya tez-tez başağrılarınız olursa, deməli linzaların dəyişməyin vaxtıdır.

Bütün gözlər eyni rəngdədir

Göz bəbəyinin arxa divarı bütün insanlarda eyni rəngdə – qonur rəngində olur. Sadəcə göz rənginin fərqliliyi bəbyin qalınlığı ilə bağlıdır. Bu səbəbdən də yaş keçdikcə göz rənginin dəyişməsi tam normal prosesdir. Ancaq, rəng dəyişikliyi yalnız bir gözdə baş verirsə, bu narahatlıq gətirə biləcək haldır. Bu halda gözün makulo-distrofiya pozuntusu yarana və görmənin zəifləməsi baş verə bilər.

Gün şüalları yaxın görmə çətinliyini azaldır

Kitab oxumaq uşaqlarda yaxını görmə problemləri yarada bilsədə, açıq havada olma və gün şüalarını lazımınca qəbuletmə əksinə bərpa edir. Deməli, kitab oxumağı tərgizməyin, sadəcə açıq havaya tez-tez çıxın. Alimlər bunun nəticələrini tam müəyyən edə bilməsələrdə, səbəbi D vitaminində görürlər. Gün şüası ilə bədənə nüfus edən D vitamini eyni zamanda bütün bədəni gümrahlaşdırır, bərpaolma prosesini sürətləndirir.

Qış aylarında gözləri də dəriniz kimi qoruyun

Əgər sizin gözləriniz daim qızarır və həssaslaşırsa səbəbini quru və soyuq hava şəraitində axtarın. Doktor Ri-nin sözlərinə görə – “gözlərdə olan göz yaşı onların ifraz həcmi ilə əlaqədardır. Hava quru olduqca gözlərdə olan suyun quruması tez baş verir”. Bu səbəbdəndə həkimlər qış aylarında çox maye qəbulunu və xüsusi göz damcılarından istifadə etməyi məsləhət görürlər.

Yatarkən gözlərinizdə olan linzaları mütləq çıxarın

Həkimlərin məsləhətlərinə əsasən linzaların qablaşdırılması üzərində buna icazə verilsədə, heç bir halda yatarkən linzanızı çıxartmadan yatmayın. Əks halda görmə qabiliyyətiniz zəifləyər və müəyyən infeksiyalar keçə bilər. Linzadan istifadə zamanı gigiyena olduqca önəmli məsələdir. İstifadədən öncə əllərinizi sabunla yuyun, istifadədən sonra isə linzaları xüsusi maddələr olan qablara yerləşdirin.

Makiyaj gözlərə ziyan vura bilər

Tuşun kipriklərə çəkilməsi zamanı gözlərin zədələnmə hallarına çox rast gəlinir. Həkimlərin sözlərinə görə bu zaman insanlar göz bəbəklərini zədələyə bilirlər. Bu halda antibiotik tərkibli göz damcılarından istifadə etmək gərəkılidir.

Siqaret çəkmək gözlərə ziyandır

Siqaret çəkmək makulo-distrofiya riskini artıtır. Nəticədə gözlərdə zəifgörmə və tədricən korluq yarana bilər. Siqaret mikro qan damarlarını zədələyir, görmə sinirlərini sıxır. Nəticədə görmə qabiliyyəti tədricən zəifləyir.

Masturbasiya haqqında 12 təəcüblü faktOrqazmla bağlı 18 bilmədiyiniz fakt

Fikirlərinizi bildirin.