Girlfriend tattooları nə deməkdir: qadın bədəni üçün tam bələdçi

677
Girlfriend tattooları nə deməkdir qadın bədəni üçün tam bələdçi

Girlfriend tattooları nə deməkdir: qadın bədəni üçün tam bələdçi. Yenicə tanış olduğunuz qızın bədənində mürəkkəb təsvirlər və yazılar tapsanız, saytımızın sizlərə təqdim etdiyi bələdçidən rahatlıqla istifadə edə bilərsiniz. Döymələr seçdiyiniz şəxsin xarakteri və həyat tərzi haqqında sizə çox şey deyə bilər.

Ölçü

Bir qızın iynə altına qoyduğu gözəl bədənini yaxından izləməklə siz onun sosial vərdişləri haqqında çox şey örgənə bilərsiniz.

<1%

İngilis psixoloqu Paul Wilson bizimlə bölüşdü: “Belə kiçik döyməsi olan bir qız macəraya hazırdır. Ancaq bunun üçün özünü rahat hiss etməlidir”. Sizə ürəyini açması üçün ona daim alışdığı ortamı təqdim etməlisiniz. Onun dostları ilə birlikdə əylənməyə gedin. Bəlk də, məhs bu gecə onun klubda necə gözəl rəqs etmək qabiliyyətinin olmasını kəşf edəcəksiniz”. Tattoo ustası Alexander Twig əlavə edir: “Çox vaxt kiçik döymələri ofislərdə olan qızlar edir. Naxışların paltar, qol və şalvar ilə asanlıqla örtülməsi üçün gizli yer seçilir. Bundan əlavə, ilk döymə üçün bu ölçü klassik hesab edilir. Yadımdadır, bir gün, yeni qız gəlmişdir. Yersiz gülür, titrəyir, dəhşətli dərəcədə narahat olmuşdu. Çay təklif etdik, sakitləşdirdik, kiçik ölçülü çiçək döydürdü və getdi. On dəqiqədən sonra eyvana çıxıram – səkidə uzandığını görürəm.. O, huşunu itirmişdi”.

Mosteller düsturuna görə, hündürlüyü 170 sm və çəkisi 60 kq olan şərti bədənin sahəsi 1,68 m²-dir. Müvafiq olaraq, 1% – 168 sm²-dir (ovucunuzdan bir qədər böyükdür).

1-3%

Cənubi Brittani Universitetinin professoru psixoloq Nikolas Gueguin deyir: “Bu ölçüdə ilk döyməsini çəkdirənlər adətən özlərini nümayiş etdirməyə çalışan, özünü bəzəməklə kişilərin gözündə daha da cəlbedici olmaq istəyən qadınlardır”. Tattoo rəssamı Andrey Elma, bu qızların zərgərlik əşyalarına da eyni dərəcədə həssas yanaşdıqlarını bildirmişdir: “Son zamanlar qadınlar tattooları bahalı sırğa və üzüklərlə ahənglik olsun deyə seçməyə başlayırlar”. Brilyantlara pul xərcləmək istəmirsiniz? O zaman, belə bir qızdan telefon nömrəsi istəməzdən əvvəl bu haqda düşünün.

3-10%

Moskva Tatu Konvensiyasının qalibi Alexander Twig izah edir: “Bu cür döymələri, məsələn, bütün qol üçün nəzərdə tutulan döymələri, əsasən yaradıcı peşə sahibləri olan qızlar etdirir: rəssamlar, dizaynerlər, fotoqraflar. Çox güman ki, bu cür döyməli qadın uğurlu və yaxşı qazanclı xanımdır. Yaxşı bir usta üçün belə bir işin qiyməti 1000 ilə 2000 manat arasındadır”. English Journal of Sexual Medicine formalaşmış obrazı daha da tamamlamağa çalışır: bədəninin xeyli və gözəgəlimli hissəsini rəsmlərlə örtmüş qadınlar, ümumiyyətlə, riskli hərəkətlərə meyllidirlər (məsələn, belə qızlar bir meqapolisin orta statistik sakinindən daha tez cinsi fəaliyyətə başlayırlar).

Girlfriend tattooları nə deməkdir qadın bədəni üçün tam bələdçi 3

10-25%

Borş, ütülənmiş köynəklər, üç uşaq – bütün bunlar, əlbəttə ki, nə zamansa sizi də gözləyir. Amma, bu qadınla deyil. Britaniya universitetlərinin qız tələbələri arasında aparılan araşdırmanın nəticələrinə görə, iddia etmək olar ki: bu cür boyalı şəxslər sərxoşluğa və əyləncəli maddələrdən istifadəyə meyllidirlər. Mütəxəsislər əlavə edir: “Düzdür, bu cür döymələri təkcə zorakı xarakterli qızlar deyil, həm də dəridəki qüsurları gizlətmək istəyən qadınlar da edir. Yanıma 30 yaşlı bir qadın gəldi, onun öz maliyyə şirkəti və ailəsi var idi. Amma bir müddət sonra işdə problemlər başladı, kimsə onu məhkəməyə verdi. Qız əsəbi və gərgin günlər yaşadı, bütün bədənində heç bir həkimin müalicə edə bilmədiyi səpgilər yarandı. Nəticədə, indi müştərimin demək olar ki, bütün bədənində rəsmlər var – ancaq, narkotiklərlə heç bir əlaqəsi yoxdur.

>25%

Bədən dörddə birindən çoxu döymələrlə örtülmüşdürsə, o zaman məsələ artıq imicdə deyil. Çox güman ki, bədənində yeni rəsmlər görünəndə həzz alır, bu bir növ asılılıqdır. Bir dəfə özləri üçün plastik əməliyyat keçirən qızlar kimi, sonradan dayana bilmirlər – bu eyni seriyadandır. “Əslində, ilk döyməsini etdirməyə gələn hər beşinci qız yenisi üçün geri qayıdır. Sonra daha çox gəlir. Eyforiyanın gəlib, sonradan getməsi səbəbindən, insanın bunu təkrar etmək, döyməni daha da genişləndirmək istəyi yaranır. Ancaq ölkəmizdə ağır döymələri olan qızlar azdır – axı Azərbaycan hələ də çox mühafizəkardır” – yerli tattoo ustası.

Tattoo yeri

Qızın döymə ustasını tam olaraq hara qədər buraxdığına görə, onun şəxsi həyatını mühakimə etmək asandır.

Bikini sahəsi

Panty xətti xüsusilə vacibdir. Əgər döymə bu xəttdən aşağıdırsa, bu, sadəcə olaraq qızın cinsi cəhətdən azad olması deməkdir. Xəttən yuxarıda çəkilmiş şəkil isə tamamilə fərqli bir hekayədir: “Bu, çox vaxt xüsusi olaraq konkret şəxs üçün edilir. Şəkildə hərflər varsa, diqqətli olun: qız artıq məşğuldur” – deyə, London tattoo ustası Kev James bizə məlumat verir. Belə bir döymə birliyi pasportdakı möhürdən daha güclü saxlayır. Sonradan pasport ağrısız şəkildə dəyişdirilə bilər və bikini zonası çətin. “Bir gün, bir oğlan və bir qız yanıma gəldi, məndən bir-birinin adını məhz bu zonada çəkməyimi istədi. Bir həftə sonra müştəri xanım döyməni təcili silmək üçün mənə yalvarır – oğlanla geridönüşsüz mübahisə etmişdi. Çətinliklə onu bir az gözləməyə inandırdım – bəlkə yenidən barışdılar. O, daha mənim yanıma gəlmədi “deyə Alexander Twig öz təcrübəsini bölüşür.

Qarın hissə

“Bu, çox güman ki, uşaqlıqdan gələn xatirədir və onun ilk döyməsidir – bura rəsmi valideynlərdən gizlənmək üçün ən əlverişli yerdir” – James təcrübədən danışır. “Böyük qadınlar da bu yerdə döymələr edirlər. Sanki, şəkil var, amma elə bil yoxdur. Üstəlik, adətən qarın demək olar ki, həmişə paltarla gizlənir. Bir hekayə başıma gəlib: təxminən 35 yaşlı bir müştəri gələrək pişik şəkli çəkməyimi xahiş etdi. Deyir ki, ərim mənə diqqət yetirmir və əgər fərq edərsə, deməli, hələ hər şey itirilməyib “deyə Twig şərh edir.

Omba nahiyyəsi

“Bu, o deməkdir ki, qadının bir sirri var, amma bunu hər yoldan keçənə göstərməyəcək. Ombadakı döymə qızın seksual, lakin təmkinli olduğunu bildirir. Çox güman ki, bu rəsm müəyyən bir şəxs üçün nəzərdə tutulub”deyə psixoloq Paul Wilson deyir.

Sinə

Bunu yalnız romantik insanlar edə bilər. Çox vaxt belə bir döymə sinənin sol tərəfinə edilir, ürəyə daha yaxındır. “Mən çox nadir hallarda sinədə döymə etmişəm – cəmi bir neçə dəfə. Yadımdadır, bir qız gəldi və uzaqdan görünməsi üçün kiçik bir quş tattoo etməmi istədi. Ümumiyyətlə, çoxları zaman keçdikcə sinənin sallanmasından və naxışın formasını itirəcəyindən qorxur. Bununla mən də razıyam, buna ehtiyac yoxdur”.

Boyun

Belə bir döymə konvensiyalara çağırışdır, çünki onu paltarla gizlətmək çətindir. Hər işəgötürən belə nümunələri olan bir namizədə ciddi yanaşmaz. “Mən belə bir təcrübə ilə üzləşmişəm – müştərini onun boynuna döymə etdirdiyim üçün işdən qovdular. İndi həmişə bir insanın harada işlədiyini öyrənməyə çalışıram. Xüsusən də bu onun ilk döyməsi olarsa.” Elma bildirdi.

Biləklər

Bu yerlərdə döymələrdən bir qız haqqında çox şey başa düşməyəcəksiniz. Bu, yaxşı keçən bir tətilin nəticəsi də ola bilər – bir neçə kokteyl içdikdən sonra qonşu masada yaraşıqlı bir döymə ustası ilə tanışlığın da. “Bir qız üçün başqa bir alt mətn yoxdur. Yeri gəlmişkən, biləklərdə axmaq sitatları döydürmək xüsusilə məşhurdur ” deyə, Twig açıqladı.

Süjet

Bu tapmacanın son hissəsidir. Qızların özlərini bəzədiyi şəkillərin çalarlarını başa düşməyə çalışın.

Sitatlar

“İndi sitat epidemiyası var. İndiyə qədər etdiyim ən axmaq sitatı soruşursunuz? Ərəbcə “Xoşbəxtlik ikimiz olandadır”, portuqal dilində “Bu mənim həyatımdır” sözləri ola bilər. Qızlar son zamanlar hindi dilinə aşiq olublar, onun sirli şrifti var. Dəb səngiməyənə qədər hər halda yazıları ciddi qəbul etməzdim. Belə bir döymə daha çox yoxdan bir sirr yaratmaq cəhdidir. Bəzi insanlar üçün məna əhəmiyyət kəsb etmir, əsas odur ki, gözəl, anlaşılmaz hərflərlə yazılsın.” – Alexander Twig deyir.

Çiçəklər

“Güllər etdiyim bütün döymələrin 80%-ni təşkil edir. Çox vaxt gül və zanbaqları – çiçək çadırlarında satılan bitkiləri istəyirlər. Əksər müştərilər üçün bu şəkillər heç nə demək deyil, bunda gizli məna axtarmağa belə cəhd göstərməyin. Qız özünü gül hesab edir, bu qədər. Lakin, onun çiynində lotus görsəz, çox güman ki, bu qız Buddizmi sevir deməkdir”. Psixoloq Rif Karim əlavə edir: “Tikanlı gül, qızın keçmişdə çox incidiyini ifadə edə bilər. Yaxud bütün dünyaya xəbərdarlıq edir: Mən tikanlıyam, mənimlə asan deyil”.

Ürəklər

Ehtiyatlı olun – çox güman ki, onun həyatında böyük əhəmiyyət verdiyi bəzi münasibətlər var və ya olub. Belə bir naxışlı qız hisslərlə yaşayır və onun üçün duyğular həyatda ən vacib şeydir. “Bir dəfə bir müştəri əjdaha döyməsi ilə gəldi, keçmişdə Taylandda tanış olduğu sevgilisinin şərəfinə bu döyməni vurdurmuşdur. İndi o, yeni bir naxış – ürək çəkməyimi istədi. O, yeni bir sevgi ilə tanış olduğunu deyir. Ondan soruşuram ki, o, növbəti kişilərlə nə edəcək – hamsına bir tattoo çəkdirəcək? Deyir, sən nə danışırsan – bu sonuncudur” – Twig xatırlayır.

Heyvanlar

“Bu, qızın özünü ruhən necə hesab etdiyinin birbaşa göstəricisidir. Ən məşhurları pişiklərdir. Bu yaxınlarda bir qızın kürəyində bir şəkil etdim – pişik balaları olan bir səbət. O, bu şəkli sosial şəbəkələrdə haradasa tapmışdı. Bir il əvvəl isə, bir qadının kürəyində nəhəng pələng çəkdim. Bayquşlar da məşhurdur, çünki onlar müdrik quşlar hesab olunurlar. Düzdür, qədim Misirdə bayquşların ölüm simvolu olduğunu çox az adam bilir. Ancaq əlbəttə ki, mən heç kimi fikrindən daşındırmıram – xüsusən də həqiqətən gözəl göründüyü üçün ” – Elma bizə dedi.

Tattoo ustasından ən çox soruşulan 9 sualTattoo: seçimləri, vurulma yerləri, növləri, tarixi

Əvvəlki məqaləBMW M-in üçrəngi: bu nə deməkdir?
Növbəti məqaləBu hormon kişiləri “seksaqolik” edir

Fikirlərinizi bildirin.