Gil vasitəsi ilə avtomobilin təmizlənməsi. Avtomobilin kuzovunun təmizlənməsi üçün gil özündə aşağı aşınma səviyyəsini cəmləyir ki, nəticədə onu rahatlıqla laklı-rəngli müxtəlif örtüklərin, eyni zamanda şüşələrin təizlənməsi üçün istifadə etmək mümkündür. Bu günki məqələmizdə bu şəkildə edilə biləcək təmizliyin yollarını açıqlamaq istərdik.

Gil sənaye tozlarının və ləkələrinin təmizlənməsini həyata keçirə bilər. Metal və tormoz yollarının çirkdən azad edir. Ləklər laklı-rəngli kusova hoparaq rəngi solğun göstərir və avtomobilin yuyulması, hətda polirovkası zamanı belə yuyulmur. Xoşagəlməz mənzərənin həlli yoluavtomobil təmizliyi üçün istifadə edilə bilən gildir. Maddənin elastikliyi sayəsində səthə gözəl çəkilir və yayılır.

Təmiz gil laklı-rəngli örtükdən ləkə hissələrini təmizləyir, bir növ yeni görkəm verir. Buna baxmayaraq, özündən sonra səthdə cızıq və ya digər izlər salmır. Nəticədə tamami ilə təhlükəsiz hesab edilir. Gillə təmizləmə polirovkadan daha məqsədyönlü hesab edilir. Beləki, ləkələrlə birlikdə səthin kimyəvi tərkibi təmizlənmir, rəngə ziyan dəymir. Ancaq, istifadə zamanı çalışın normadan artıq sürtməyin.

Gillə avtomobilin kuzovunu təmizləməmişdən öncə maşın ciddi şəkildə yuyulmalıdır. Daha sonra səthə bir balaca sabunlu və ya şampunlu su tökərək dəsmalın ucunu gilə batırın. Bundan sonra sürətli hərəkətlə və ən əsası bərk basmadan rəngin üzərinə sürtərək təmizləyin. Yekun halda təmizlədiyiniz hissənin şüşə kimi sürüşkən olduğunu və xırda ləkələrdən azad olduğunu görə biləcəksiniz.

İstifadə zamanı vaxtaşırı gil hissəsini dəyişməyi unutmayın. Əgər o ləkələri normadan artıq özünə yığarsa, sonrakı sürtünmə zamanı lak və ya rəng örtüyünü cıza, zədələyə bilər. İşi icra etdikdən sonra kuzovu yuyun və örtüyün qorunması üçün vosk sürtün.

Avtomobil haqqında 9 mənasız faktElektroavtomobillər haqqında 6 mif

Fikirlərinizi bildirin.