Gianni Versace həyat qanunları. İtalyan dizayner, Versace moda evinin təsisçisi. 1997-ci ilin 15 iyul tarixində Florida, Mayami-Biçdə 51 yaşında öldürülmüşdür.

Dəb mədəniyyətdən və dünyagörüşündən yaranır, buna görə də hər bir dizayner heç olmasa biraz təhsilli olmalıdır — misal olaraq mən həfdə sonunu, cümə günümü diskotekada əylənməkdənsə, evimdə kitab oxuyaram. Ancaq, diskotekada olmaq da dünya görüşünün genişlənməsi üçün gərəklidir.

Mən hər zaman qadınlara diqqət yetirirəm. Hətda öz dostlarımdan da bunu etməklərini xahiş etmişəm — yalnız bir şeyi istəyirəm, qadınları gözəl etmək. Maraqlı yox, bu cür istəyim ümumiyyətlə yoxdur. Məhs çox gözəl etmək.

Pullarla çox gözəl münasibətdəyəm — onları azadlığa xərcləyirəm.

Çox sevirəm “Ulduz döyüşlərini”. Ancaq orda şəhsazə Leinin geyimləri və ümumiyyətlə kostyumlar dəişət pisdir — şəhzadə mənim Callaghan kolleksamdan nələrsə geyinməlidir.

Mən istərdim ki, məni hələ edəcəyim şeylərlə bağlı xatırlasınlar — artıq yaratdıqlarım isə məni darıxmağa vadar edir. Onlar həddindən artıq klassikdirlər.

Dəblə məşğul olarkən — mən hər gün doğuluram və yenidən ölürəm.

Əgər siz kor deyilsinizsə, o zaman adi şeylərin hər birində dəbi görmüş olarsınız — problem ondadır ki, bir çox insanlar həqiqətən kordurlar. Həyatın necə sürətlə dəyişdiyini görə bilmirlər. Ona görə də, onlar darıxdırıcı qalstuklu klassik kostyumda gəzməyə davam edirlər.

Ən əsas marağım — sevişməkdir. İkinci yerdə isə, musiqi.

Yalnız dərinliyə sahib insan özünə üzdə olmağa izin verər — başqalarını əyləndirməyi bacarırsınızsa zarafatçıl ola bilərsiniz. Lazımı anda dözümlülük varsa, dəbin inqilabçısı ola bilərsiniz. Əgər sizin tarixdən məlumatınız yetərincə varsa, gələcəyi yarada bilərsiniz. Ancaq, siz axmaqsınızsa, onda heç dəb aləmində də heçnəyə nail ola bilməyəcəksiniz.

Mənim orta məktəbdə rəsmxətt müəlliməm hər zaman deyərdi “sən sexsual manyaksan” — mən həmişə Gina Lollobrigidanı açıq geyimlrdə çəkirdim. O zamanlar o önəmli super ulduz idi.

Mən sex satmıram — Bir dəfə mən iki fərqli qadını, Jane Fonda və  Cheri eyni geyimlə geyindirdim. Jane Fonda bu geyimdə klassik amerikan gözəllik ilahəsi kimi göründü. Cher isə dəişət səxsual təsir bağışladı. Məsələ geyimdə deyil, məsələ həmin geyimi geyinən qadındadır. Əgər mən nə zamansa həqiqətən sexsual bir geyim tikə bilsəm, o zaman inanılmaz dərəcədə varlana biləcəm.

Hər şeyin altından imzamı atmıram — öz adıma çox böyük dəyər verirəm.

İşdə ən əsası səbirli olmaqdır. Qarşılaşdığın hər bir insana hörmətlə yanaşmalısan — bu cür məsələlərdə qarşı tərəfin tutduğu sosial pillənin önəmi olmamalıdır.

Niyə siz məni italiyan dəbinin möcüzəsi adlandırırsınız? — mən çox böyük backgrounda sahibəm. Olduqca çox və ağır şəkildə çalışmışam.

Dəbdə inanılmaz qadınlar gərəklidir — diri, həvəsləndirici, müasir, Diana Vreeland kimi — o çox yaxşıdır. Onun necə danışdığına diqqət yetirin. Özü üçün vacib olan şeyləri danışır.

Mənim yeganə arzum — qocalmaq və qocalığımda aldığım bütün kitabları oxuya bilməkdir.

Kişi tərzinin əlifbası“Brazzersin keçəli” indi və illər öncəBen Affleckin həyat qanunları

Fikirlərinizi bildirin.