Gabriel García Márquez həyat qanunları. Nobel mükafatının lauriatı, 2014-cü ildə 17 aprel tarixində, 87 yaşında Mexikoda dünyasını dəyişmişdir.

Mən hər zaman operalar yazmaq istəmişəm — mənim kimi adamlar yalnız bir şey istəyərlər: onları etdikləri əməllərə görə sevsinlər. Operalar romanlardan daha effektivdir.

Mübarizə aparmalı oluruq — dilin donması isə. “Xalq”, “demokratiya” kimi sözlər öz mənasını itirmişlər. Bütün, seçkilər təşkil edə bilən insanlar özlərini demokrat hesab edirlər.

Çalışırdım — nağıl yazım. Ancaq heç nə alınmadı. Onlardan birini oğlanlarım kiçik olanda onlara göstərdim. Onlar isə “Ata sən uşaqları axmaq hesab edirsən?” deyə qaytardılar.

Çalışıram — xoşagəlməz surpirizlərin qarşısını alım. Eskalatorları piləkənlərdən üstün tuturam. Təyyarələri isə istənilən uyğun varianta dəyişirəm.

ABŞ investisiya edir — Latın Amerikasına böyük pulları. Ancaq onlar bizim bir qəpik xərcləmədən etdiklərimizi bacarmadılar. Biz onların dillərini, yeməklərini, sevgilərini və həyat tərzlərini dəyişirik. Biz Amerika Birləşmiş Ştatlarına – onlar bizə təsir etmək istədikləri kimi təsir edirik.

AİDS — sevgiyə yalnız risk qatmış olur. Sevgi hər zaman təhlükəli olmuşdur. O özlüyündə ölümcül bir xəstəlikdir.

Fahişələr mənim dostlarım idilər — cavanlığımda. Mən onların yanına sevişməkdən çox təkliyimi unutmağa gedirdim. Hər zaman demişəm: səhər yeməyini tək yeməmək üçün evlənmişəm. Əlbətdə, Mersedes (həyat yoldaşı) deyir ki, mən əclafam.

Mənim arvadım və iki balaca oğlum var idi — piar menecer kimi çalışırdım və kinosenariləri redaktə edirdim. Lakin, kitab yazmaq üçün işimdən imtina etməli idim. Maşınımı satdım və pulunu Mersedese verdim. Hər gün o mənə istənilən halda kağız, siqaret və iş üçün gərəkli şeyləri tapırdı. Kitab yekunlaşan zaman məlum oldu ki, biz ətçiyə 5000 peso borcu qaldıq. Bu böyük puldur. Ətrafda çox ciddi kitab yazdığımla bağlı dedi-qodu yaranmağa başladı. Bütün yaxınlıqdakı dükanlar bunda iştirak etmək istədilər. Yazını nəşriyyata göndərmək üçün 160 peso lazım idi. Ancaq, yalnız 80 peso varım idi.  Bu zaman Mersedesin mikser və fenini satdım. Bunu biləndə o dedi: “Bircə romanın pis alınması çatmır”.

Əgər qadın nəyəsə qoşulubsa — əminəmki, hər şey yaxşı olacaq. Tamami ilə bilirəm ki, qadınlar dünyanı idarə edirlər.

Qadınların — bağışlamadıqları yeganə şey yalançılıqdır. Əgər oyunun qaydalarını öncədən müəyyən etsəniz qadınlar bunu qəbul edərlər. Ancaq oyun boyunca qaydaların dəyişməsini qəbul etməzlər. Bu halda onlar əzazil olurlar.

Mənim Kubada professorlarla — mübahisəm düşmüşdü. Onlar deyirdilər: “Yüz ilin tənhalığı”-qeyri adi kitabdır. Ancaq o çıxış yolunu göstərmir. Mənim üçün bu doqmadır. Mənim kitablarım hadisələri təsvir edir, onlar həll yolu göstrməməlidirlər.

Mən kiçik burjuaziya yazıçısıyam — mənim baxışlarım da kiçik burjaziya baxışları olub. Bu mənim səviyyəmdir, mənim rakusumdur.

Əgər yazıçı olmasaydım — barda çalışardım. Beləliklə sevgililərə bir-biriərini sevməyə daha da kömək edərdim.

Məqsədim — məni sevməkləridir. Ona görə də yazıram. Çox qorxuram ki, məni sevməyən insan mövcud olar. İstiyirəm ki, o da məni bu müsahibəyə görə sevsin.

Böyük fəlakətlər — böyük kəşflərə yol açır. Onlar insanlarda yaşamaq istəyi formalaşdırır.

Stephen King həyat qanunlarıGeorge Herbert Walker Bush həyat qanunları

Fikirlərinizi bildirin.