Futbolka və kostyum yaradıcı biznesə səyahət – David Parish

Futbolka və kostyum yaradıcı biznesə səyahət – David Parish. Yaradıcılıq Sahələri Birləşmiş Krallıq iqtisadiyyatı üçün müstəsna əhəmiyyətə malikdir, gələcəkdə isə indi olduğundan da vacib olacaq.

Yaradıcılıq Sahələrimizin gələcəyinin parlaq olmasını istəyiriksə, bizə güclü biznes bacarıqları və sahibkarlıq bazası olan kiçik və orta ölçülü müəssisələr lazımdır. Onlar müasir iqtisadiyyatda inkişaf və çiçəklənmənin əsas hərəkətverici qüvvəsidir.

Lakin hal-hazırda Birləşmiş Krallıqda Kiçik və Orta Sahibkarlıq (KOS) biznesinin fəaliyyət göstərdiyi orta müddət cəmi 24 aydır. Bu, pis düşünülmüş biznes strategiyasının zəif cəhətlərinin üzə çıxmağa başladığı dövrdür.

Bəs biz bunun qarşısını necə ala bilərik? Yaradıcı biznesin ömrünün uzadılmasına və bunun onlar üçün can atdıqları uğura çevrilməsinə necə nail ola bilərik? Hökumət bunu 2005-ci ilin sonlarında əsasını qoyduğumuz Yaradıcı İqtisadiyyat Proqramı vasitəsilə tədqiq edir.

Biz bu proqramın əsas mövzularının hər biri üçün işçi qruplar təşkil etmişik. Bunlardan biri biznes dəstəyi və maliyyə resurslarına çıxışdır. Yaradıcılıq və biznes bacarıqları heç də həmişə bir-biri ilə ayaqlaşmır, lakin XXI əsrdə uğur qazanmaq üçün onların hər ikisi vacibdir. Məsələ ilə bağlı iki düşüncə məktəbi var. Bunlardan birinin tərəfdarları beynin sağ və sol yarımkürəsinin mövcud olduğunu və bu ikisinin bir araya gəlməsinin heç bir vəchlə mümkün
olmadığını düşünür. Digər məktəbin tərəfdarlarının fikrincə, yaradıcılıq və mədəniyyət sahələrində işləyənlərin bizneslə məşğul olmamasının səbəbi onların bunun üçün heç vaxt təlim keçməməsidir. Bu dilemma onu göstərir ki, bu sahənin idarə edilməsində çatışmazlıqlar mövcuddur və biz bu problemi həll etməliyik.

“Futbolka və Kostyum” kitabının idarəetməyə yanaşma tərzi yaradıcı düşüncə və biznes bacarıqlarının bir araya gətirilməsidir. “Futbolka və Kostyum” kitabında yaradıcı və işgüzar beyinlərin uğurlu müəssisələrə həyat vermək və onların fəaliyyətini təmin etmək üçün necə birləşə bilməsi barədə misallar gətirilib. Kitab, ən yaxşı biznes ideyaları və konsepsiyalarının yaradıcı müəssisələr tərəfindən necə istifadə edilə bilməsini təsvir edir.

Devid Perriş yaradıcı sahibkarlara ünvanladığı başlıca biznes prinsiplərini aydın çatdırmaq və təsvir etmək üçün öz bilik və təcrübəsindən istifadə etmişdir. “Futbolka və Kostyum” kitabı yaradıcı sahibkarların idarəetmə bacarıqlarının inkişafına və nəticə etibarilə onların müəssisələrinin uğuruna çox böyük töhfə verir.

Mən bu faydalı işgüzar təlimatı ümumən yaradıcılıq sahələrinə və ayrı-ayrı müəssisələrə töhfə verdikləri üçün Devidi və Merseyside ACME1 şirkətini təbrik etmək istərdim. Bu kitabı oxuyanların ondan fayda götürəcəklərinə şübhə etmirəm.

Britaniya Parlamentinin üzvü Şon Vudvord

Qadınların kitabı – OshoKişilərin kitabı – Osho

Əvvəlki məqaləSvetoforun siqnalları (maddə 59)
Növbəti məqaləSEX-simvol statusundan imtina etmiş məşhurlar

Fikirlərinizi bildirin.