Futbolçuların TOP 5 ən bahalı maşınları. Heç kimə sirr deyil ki, bahalı maşınlar artıq bir çox futbolçuların hobbilərinə çevrilmişdir. Bəzi oyunçular bu mövzularla bağlı hətda rəqabətə belə girir, sahib olduqlarını nümayiş etdirməyə çalışırlar. Onlar bununla sanki meydançadan kənarda belə üstün olduqlarını sübuta yetirməyə çalışırlar.

Bu günki məqaləmizdə sizinlə birlikdə futbolçuların sahib olduqları 5 ən bahalı maşınla tanış olmaq və sizi tanış etmək istərdik.

Zlatan İbrahimović – Ferrari Monza SP 2 (1.6 milyon dollar)

Futbolçuların TOP 5 ən bahalı maşınları

Zlatanı Zlatanın özü qədər sevən başqa birisi yoxdur. 38 yaşı münasibəti ilə özü-özünə Ferrari Monza SP 2 avtomobilini hədiyyə etmişdir. İsveçrə millisinin dahi bombardiri bu inanılmaz avtomobilə 1.6 milyon dollar xərcləmişdir.

Ən maraqlısı onadır ki, İbrahimović öz avtombili ilə şəklini instagrama yerləşdirərək bu cür rəy əlavə etmidir: “Ad günün mübarək Zlatan”.

Karim Benzema – Bugatti Veyron (2 milyon dollar)

Futbolçuların TOP 5 ən bahalı maşınları

Fransız hücumçusu Karim Benzema dünyanın ən sürətli avtomobillərinin birinə sahibdir. Seçdiyi avtomobil sürətinə görə yalnız Hennessey Venom F5 – dən geri qalır. Karimin özünün sözlərinə görə sevdiyi maşın onun avtomobil qarajının miravrisidir.

Eyni zamanda bu avtomobil Cristiano Ronaldonun da avtomobil qarajında mövcutdur. Ancaq siyahımızda bütün yerləri portuqaliyalıya təqdim etmək fikrimizcə ədalətsizlik olardı.

Cristiano Ronaldo – Bugatti Chiron (3.5 milyon dollar)

Ronaldonun avtoparkında ümumi dəyəri 25 milyon dolları üstələyən 20 avtomobil mövcutdur. Ancaq, ürəyində ən önəmli yeri Bugatti markası tutur. Yəqinki potuqaliyalı sözü gedən markanın ən çox alış edən fanatıdır.

Öz köhnə Veyronu üçün təxmini 2 milyon dollar xərcləmişdir. Yeni Chironun dəyəri is, 3.5 milyon dollar civarındadır. Alışdan həddindən artıq razı qaldığından, demək olarki bu maşını gündəlik olaraq istifadə edir.

Cristiano Ronaldo – Bugatti La Voiture Noire (12 milyon dollar)

Ronalda hər zaman imkanlı həyat tərzi, bahlı əşyaları sevməsi çoxlarına məlumdur. O sahib olduqları ilə öyünməyi sevir. Keçən il ərzində onun yeni bir mirvari əldə etdiyi artıq məlumdur. “Juventus” – un oyuncusu dünyada tək olan və 11 milyon avroya başa gələn Bugatti La Voiture Noire avtomobilinə sahib oldu.

Təəsüfki, Ronaldo yaxın bir il ərzində maşınla sürüşdən həzz ala bilməyəcək. Avtomobil prototib hesab olunur və onun hissələri hələdə hazırlanmaqdadır.

Lionel Messi – Ferrari 335 S SPIDER SCAGLİETTI (3 milyon dollar)

Futbolçuların TOP 5 ən bahalı maşınları

Biz siyahımızda Lionel Messini təqdim etməyə bilmərik. “Barcelona” – nın hücumçusu dünyanın ən bahalı Ferrarisinə sahibdir. Bu avtomobili auksiondan əldə edilmişdir və rekordu argentinalının özü yəni, rəqiblərini 3 milyon məbləğində geridə qoyaraq müəyyənləşdirmişdir.

Maraqlısı bundadır ki, alış zamanı onun əsas rəqibi Cristiano Ronaldo olmuşdur. Portuqaliyalı bu kimi nadir avtomobillərin alışı üzrə lider hesab olunurdu. Ancaq, Messi oponentini üstələyərək, futbolçular arasında ən bahalı avtmobil sahibi adını qazandı.

Futbolçuların ən qeri-adi tatoolarıFutbolçuların bizes-imperyaları

Fikirlərinizi bildirin.